31 il əvvəl...
27.07.2022 [10:27]
Məşhur “Dan Ulduzu” yaradıcısını itirdi
MÜŞFİQƏ
27 iyul Gülarə Əliyevanın xatirə günüdür. Şərəfli ömür yolu keçən Gülarə xanım 1933-cü ildə görkəmli dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açıb. 1955-ci ildə Azərbaycan Konservatoriyasını bitirib. Səid Rüstəmov adına xalq çalğı alətləri orkestrində, Ə.Dadaşov adına xalq çalğı alətləri ansamblında işləyib. 1966-1988-ci illərdə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində Musiqi Nəzəriyyəsi kafedrasının müdiri olub.
1966-cı ildə klassik və xalq çalğı alətlərinin sintezindən ibarət “Dan Ulduzu” instrumental ansamblını yaradıb və ömrünün sonuna kimi rəhbərlik edib.
Ömrünün 23 ilini “Dan Ulduzu”na həsr etdi
“Dan Ulduzu” Azərbaycan musiqi mədəniyyətinin böyük səhifəsidir. Bu ansamblla Əlcəzair, Suriya, Livan, Anqola, İtaliya, Bolqarıstan, Efiopiya, İsveçrə, Hindistan, Finlandiya və digər xarici ölkələrdə çıxış edib. Eyniadlı muğamlar əsasında “Şüştər” rapsodiyası, “Humayun” süitası, “Bayatı-kürd”, “Şur” fantaziyalarının müəllifidir. Ansambl üçün bir sıra xalq mahnısını aranjeman edib.
Azərbaycan bəstəkarlarının musiqilərinin yayılmasında “Dan Ulduzu”nun böyük rolu olub. Gülarə Əliyeva deyəndə ağla ilk “Dan Ulduzu”gəlir. Buna “Gülarə Əliyeva məktəbi” də deyə bilərik. Gülarə xanımın rəhbərlik etdiyi kollektivin mühüm özəlliklərindən biri də böyük müğənni və musiqiçi nəslinin sənətə ilk addımlarını məhz buradan atmasında və sonradan böyük sənətkar kimi yetişməsindədir. Onun ansamblından Elza İbrahimova, Telman Hacıyev, Ramiz Mirişli, Oktay Rəcəbov, Emin Sabitoğlu, Fikrət Əmirov, Qara Qarayev, Tofiq Quliyev kimi bəstəkarların mahnılarını dinləmək olardı. Ansamblının repertuarına ancaq peşəkar bəstəkarların mahnıları daxil ola bilərdi. Bu, bədii rəhbərin ifaçılar qarşısına qoyduğu şərt idi. Şövkət Ələkbərova, Yalçın Rzazadə, Akif İslamzadə və digər məşhur sənətkarlar bu kollektivin solistləri idilər. Hüseynağa Hadıyev məhz Gülarə xanımın yetirməsi idi. Bütün bunlar Gülarə Əliyevanın daim istedad sorağında olmasından və rəhbərlik etdiyi kollektivin üzvlərinə, onların peşəkarlıq səviyyəsinin yüksəlməsinə diqqətindən irəli gəlirdi. Bir sözlə, özündən sonra böyük bir musiqi irsi qoyub getdi və həmin irs bu gün də yaşamaqdadır.
Faciəli sonluq yaxınlaşır...
Gülarə Əliyeva tanınmış kulturoloq Adil Adilovla evli idi. 2 övladı var.
Gülarə xanım 1991-ci il iyulun 27-də faciəli şəkildə vəfat edib. Belə ki, həyat yoldaşını müalicəyə yola salarkən kiçik qızı Nuridə və “Dan Ulduzu” ansamblının istedadlı violonçelisti Minirə ilə birgə eyvana çıxır və köhnə eyvanın uçması nəticəsində həlak olur.
Gülarə xanım peşəkar musiqiçi olmaqla yanaşı, həm də gözəl şəxsiyyət kimi xalqının ürəyini qazanmışdı. Onun faciəvi şəkildə dünyasını dəyişməsi nəinki musiqisevərlər, bütün Azərbaycan üçün böyük itki oldu.
Gülarə xanımın yadigarı Ayəndə xanım o dəhşətli günü belə xatırlayır: “Anam mənim xatirimdə mehriban, qayğıkeş bir insan kimi qalıb. Çox narahat insan idi. Biz bir yana gedəndə, evə dəqiq vaxtında gəlməyəndə nigaran qalar, balkona çıxıb gözləyərdi. Bəzən təzyiqi yüksələr, halı pisləşərdi. Evimiz qonaq-qaralı olardı, ansamblın məşqlərini də evdə edərdilər. O, musiqi ilə yaşayırdı. 1991-ci il iyulun 27-si idi. Atamı Moskvaya müayinəyə yola salmağa hazırlaşırdıq. Ansamblın violonçelisti Minirə xanım da bizdə idi, anamla çox yaxın olduqlarından ona kömək etmək üçün gəlmişdi. Atam yol çantasını götürüb evdən çıxmaq istəyəndə mən və bacım Nuridə də onunla çıxdıq. Nuridə çox aşağı düşmədi, atamı əlində tutduğu “Quran” kitabının altından keçirib, geriyə döndü. Mən isə blokun qapısınadək onu ötürdüm. Bu an dəhşətli bir səs eşitdim, tez geriyə, evə qaçdım ki, anam məni görüb sakitləşsin ki, sağ-salamatam. Otağa girib balkona çıxmaq istədim. Balkondan əsər-əlamət qalmamışdı... Dəhşətli mənzərə idi. O hissləri, o dəhşəti, o faciəni sözlərlə ifadə etmək mümkün deyil... Anamla Minirə elə həmin anda canlarını tapşırmışdılar. Bacım Nuridə isə 6 gün xəstəxanada qaldı. Başından ağır zərbə almışdı. Möcüzə gözləyirdik. Amma qismət...”
Nəvəsi adını daşıyır
Gülarə Əliyevanın bu dünyadakı missiyası beləcə bir faciə ilə bitdi. Musiqili ömrü son akkordlarını vurdu. Həyat melodiyası vaxtsız susdu. Həyat yoldaşı birdən-birə çox qocaldı. Xəstəxanaya getməkdən imtina etdi. Ağır serrozu başladı. Onlardan sonra 2 il yaşadı. Ayəndə xanım qızına anasının şərəfinə Gülarə adını verib. İndi o ailədə ikinci Gülarə Əziz qızı Əliyeva böyüyür, nənəsi kimi musiqi ilə məşğul olur.
56 ildir ki, sönməyən “Dan Ulduzu”
Ölümündən sonra “Dan Ulduzu” ansamblına onun adı verilib. Gülarə Əliyevanın 80 illik və “Dan Ulduzu” ansamblının 50 illik yubileyi dövlət səviyyəsində qeyd olunub.
Xatırladaq ki, həkim Əziz Əliyevin qızı, oftalmoloq-akademik Zərifə Əliyevanın, endokrinoloq Tamerlan Əliyevin və onkoloq Cəmil Əliyevin bacısıdır. Ulu Öndər Heydər Əliyevin baldızıdır. O, həkim Əliyevlərin nəğməkar qızı idi.
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
08 Avqust 22:07

Xəbər lenti
08 Avqust 20:19

İdman
08 Avqust 19:01

Xəbər lenti
08 Avqust 18:46

Xəbər lenti
08 Avqust 17:57

Xəbər lenti
08 Avqust 16:41

Xəbər lenti
08 Avqust 16:39

Xəbər lenti
08 Avqust 16:02

Xəbər lenti
08 Avqust 15:36

Xəbər lenti
08 Avqust 14:53

İqtisadiyyat
08 Avqust 13:48

Xəbər lenti
08 Avqust 13:47

Xəbər lenti
08 Avqust 13:25

Xəbər lenti
08 Avqust 12:48

Xəbər lenti
08 Avqust 12:34

Xəbər lenti
08 Avqust 12:32

Xəbər lenti
08 Avqust 11:55

Dünya
08 Avqust 11:51

Xəbər lenti
08 Avqust 11:17

Prezident bu gün
08 Avqust 11:08

Dünya
08 Avqust 11:05

Xəbər lenti
08 Avqust 10:52

Xəbər lenti
08 Avqust 10:31

Xəbər lenti
08 Avqust 10:15

Xəbər lenti
08 Avqust 09:41

Xəbər lenti
08 Avqust 09:38

Siyasət
08 Avqust 09:35

Xəbər lenti
07 Avqust 18:14

Xəbər lenti
07 Avqust 17:11

Xəbər lenti
07 Avqust 15:02

Xəbər lenti
07 Avqust 13:06

Xəbər lenti
07 Avqust 12:27

Xəbər lenti
07 Avqust 11:28

Xəbər lenti
07 Avqust 11:25

Dünya
07 Avqust 10:55

Dünya
06 Avqust 19:50

Xəbər lenti
06 Avqust 18:31

Dünya
06 Avqust 16:37

Xəbər lenti
06 Avqust 16:01

Dünya
06 Avqust 13:32

Xəbər lenti
06 Avqust 13:31

Xəbər lenti
06 Avqust 13:28

Xəbər lenti
06 Avqust 13:27

Siyasət
06 Avqust 13:25

Xəbər lenti
06 Avqust 13:24

Gündəm
06 Avqust 13:22

Ədəbiyyat
06 Avqust 12:25

İqtisadiyyat
06 Avqust 12:05

İqtisadiyyat
06 Avqust 11:47

Analitik
06 Avqust 11:29

Sosial
06 Avqust 11:27

Xəbər lenti
06 Avqust 11:26

Xəbər lenti
06 Avqust 11:25

İqtisadiyyat
06 Avqust 11:17

MEDİA
06 Avqust 11:03

Xəbər lenti
06 Avqust 10:48

Xarici siyasət
06 Avqust 10:30

Müsahibə
06 Avqust 10:24

Siyasət
06 Avqust 10:15

Xəbər lenti
06 Avqust 10:12

Prezident bu gün
06 Avqust 10:08

Siyasət
06 Avqust 10:05

Siyasət
06 Avqust 10:00

Gündəm
05 Avqust 23:40

Xəbər lenti
05 Avqust 21:10

Xəbər lenti
05 Avqust 21:09

Xəbər lenti
05 Avqust 20:48

Xəbər lenti
05 Avqust 19:35

Xəbər lenti
05 Avqust 19:25

Dünya
05 Avqust 17:24
