Novruz Məmmədov: Berman ABŞ-ın maraqlarına belə məhəl qoymur
29.09.2012 [16:48]
- Konqresmen Bermanın belə xarakterli bəyanatlar verməsi birinci dəfə deyil. Hamıya yaxşı məlumdur ki, bu konqresmen öz fəaliyyətini erməni dairələrinin maliyyə vəsaitləri hesabına qurur, onların diktəsi ilə bəyanatlar verir və fikirlər söyləyir. Nümayəndələr Palatasının üzvü olsa da, bəzən açıq-aydın görünür ki, heç ABŞ və ya NATO maraqları onun üçün əhəmiyyət daşımır. Yəni bu konqresmen erməni lobbisinin və diasporunun maraqlarına xidmət etməyi artıq özünə peşə seçib. Ona görə də onun bu son bəyanatı da təəccüb doğurmur.
Belə bəyanat verməklə cənab Berman bu ilin noyabr ayında Konqresə keçiriləcək seçkilərdə rəqibi - elə onun kimi ermənipərəst konqresmen - Bred Şermana qalib gəlmək üçün dəridən-qabıqdan çıxır, ermənilərin səsini qazanmaq üçün heç ABŞ-ın maraqlarına belə məhəl qoymur. Elə bu bəyanatla da sentyabrın 29-da erməni diasporunun maliyyələşdirdiyi debatda uğur qazanmaq istəyir.
Bəyanatdan görünür ki, Bermanın xarici siyasətdən xəbəri yoxdur. Xarici işlər komitəsinin üzvü Bermanın arzusu budur ki, ABŞ ermənilərin istəyinə uyğun olaraq Azərbaycanla hərbi-texniki sahədə və NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində əməkdaşlığı dayandırsın. Konqresmen heç bilmək də istəmir ki, Ramil Səfərovla bağlı mövqelər artıq bildirilib və yekunlaşıb. Dəcəl uşaq kimi ayağını bir başmağa dirəyib NATO-dakı tərədarlarını etiraz etməyə çağırır. Ermənilərin təsiri altında başdan-ayağa islamofob və Azərbaycanofob olan bu konqresmen heç təsəvvür belə edə bilmir ki, NATO-nun Azərbaycan ilə əməkdaşlığının mahiyyəti nədən ibarətdir və indiki şəraitdə, bundan sonra Azərbaycanın NATO ilə əməkdaşlığı dayansa, bu, ABŞ və NATO üçün nə demək olar?
Cənab Berman üçün əsas məsələ ermənilərə olan “məhəbbəti”dir. Onun üçün heç də əhəmiyyətli deyil ki, indiki şəraitdə Azərbaycanla əməkdaşlıq daha çox NATO-ya lazımdır. Azərbaycan həm Kosovoda, həm İraqda, elə indi isə Əfqanıstanda aparılan əməliyyatlarda NATO-ya və ABŞ-a öz köməyini əsirgəməmişdir. Hal-hazırda Əfqanıstanda ümumən daşımaların 35%-ə qədərinin Azərbaycan üzərindən həyata keçirilməsinin nə demək olduğunu Berman ya başa düşmür, ya da erməni “məhəbbət”i onun qanmaq hissini kütləşdirib. Görəsən, bu əlaqələr, bu əməkdaşlıq dayansa bu il və xüsusilə də 2014-cü ildən sonra vəziyyət necə olacaq? On minlərlə amerikan əsgərinin və onların təchiz olunduğu texnika-avadanlığın oradan çıxarılması necə mümkün olacaqdır?
Heç şübhəsiz, Berman bunları ya başa düşə bilmir, ya da istəmir. Belə çıxır ki, öz maraqları daha vacibdir. Berman ermənilərin vasitəsilə seçildiyi üçün bütün fəaliyyətini qondarma “erməni soyqırımı”nın tanınmasına həsr edib. Gecə-gündüzünü ermənilərin problemlərinə qayğı göstərməklə keçirir.
Bermanda islamofobiya, Azərbaycanofobiya o dərəcədə anormal xarakter alıb ki, həyatının bir neçə ilini ABŞ-la Azərbaycan arasında hərbi-texniki sahədə əməkdaşlığın qarşısını almağa sərf edib və bunu indi də davam etdirir.
Bu yaxınlarda isə Dağlıq Qarabağda keçirilən qondarma seçkilər münasibəti ilə Bako Saakyanı təbrik etməyi də özünə borc bilib.
Bermanın heç xəbəri də yoxdur ki, bu ilin fevralında NATO-nun Baş katibinin dəvəti ilə Brüsselə səfəri çərçivəsində Azərbaycan Prezidentinin NATO rəhbərləri və üzv ölkələrin səfirləri ilə çox əhəmiyyətli görüşləri zamanı, eləcə də NATO-nun Baş katibi cənab Rasmussenin lap bu yaxınlarda Azərbaycana səfəri zamanı Azərbaycanın NATO ilə vacib və əhəmiyyətli əməkdaşlığına verilən yüksək qiymət, ifadə edilən minnətdarlıqlar nədən xəbər verir, nəyə işarədir. Onun üçün bir vacib məsələ var: erməni diasporunun maliyyə dəstəyi və səsləri hesabına Konqresə seçilmək, vəssalam.
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22

