İCAPP Gənclər Birliyinin yaradılması beynəlxalq fəaliyyətimizdə yeni imkanlar açır
11.10.2012 [21:48]
- Ramin müəllim, Yeni Azərbaycan Partiyası geniş beynəlxalq əlaqələrə malikdir. Bu baxımdan, partiyamızın Gənclər Birliyinin beynəlxalq əməkdaşlıq istiqamətindəki fəaliyyətini necə səciyyələndirərdiniz?
- Bildiyiniz kimi, bu il Yeni Azərbaycan Partiyasının 20 illik yubileyidir. Tarixə nəzər saldıqda partiyamızın 20 il ərzində çox böyük uğurlar qazandığının şahidi oluruq. Təbii ki, bu prosesdə Ümummilli lider Heydər Əliyevin rolu müstəsnadır. Bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyamız daha böyük qələbələrə imza atır. Əldə olunan nəticələr YAP-ın gücünün və nüfuzunun əhəmiyyətli dərəcədə artdığını göstərir.
Partiyamızın inkişafında gənclərin də özünəməxsus rolu var. Ötən 20 il ərzində YAP sıralarında aktiv olmuş gənclər müxtəlif platformalarda partiyamızı, ölkəmizi layiqincə təmsil ediblər. Son zamanlarda da YAP-ın gəncləri bu prosesdən kənarda qalmayaraq partiyanın beynəlxalq əlaqələrinin inkişafı üçün tam gücləri ilə çalışırlar. Bilirsiniz ki, ötən il YAP Gənclər Birliyinin beynəlxalq əlaqələr platformasında çox geniş fəallıq ifadə olunub. Biz bir neçə beynəlxalq təşkilatla əməkdaşlığa başlamışıq. Avropa Parlamentinin ən böyük fraksiyası olan Avropa Xalqları Partiyasının gənclər təşkilatı olan Avropa Demokrat Tələbələr Təşkilatı (EDS) ilə əməkdaşlığa başlamışıq və onların həm şura iclaslarında, həm də yay, qış universitetlərində iştirak etmişik. Bütövlüklə, YAP-la AXP arasında əlaqələr genişlənir və gənclərin də prosesə qoşulması münasibətlərin daha da inkişafına xidmət edir.
Avropanın böyük gənclər təşkilatlarından olan Demokrat Avropa Gəncləri Təşkilatı (DEMYC) ilk dəfə olaraq Azərbaycandan siyasi partiyanı öz tədbirlərinə dəvət edib və YAP Gənclər Birliyinin nümayəndələri oktyabrın sonunda ilk dəfə bu qurumun tədbirində iştirak edəcək.
- Beynəlxalq təşkilatlarla yanaşı, ayrı-ayrı ölkələrin siyasi partiyalarının gəncləri ilə də münasibətlər qurulub. Gələcəkdə bu yöndə daha hansı addımların atılması nəzərdə tutulur?
- Əlbəttə ki, YAP-ın gəncləri ikitərəfli münasibətlərə də çox böyük önəm verir. Biz bir sıra ölkələrin nüfuzlu partiyaları ilə fəal əlaqələr qurmuşuq. Belə ki, Şərqi Avropanın nüfuzlu dövlətlərindən olan Rumıniyanın hakim partiyası Liberal Demokrat Partiyası (PDL) ilə ikitərəfli münasibətlərin qurulmasına nail olmuşuq və bu partiyanın gəncləri ilə çox gözəl əlaqələrimiz var. Eyni zamanda, MDB məkanında bir çox layihələrdə iştirak edirik.
Biz 2012-ci ildə də əməkdaşlıq münasibətlərinin genişlənməsi istiqamətində fəaliyyətimizi davam etdiririk. Bilirsiniz ki, bu ilin əvvəlində Makedoniyanın hakim koalisiyasında olan Türk Demokrat Partiyasının gənc nümayəndələri Bakıya səfər edib və onlarla bir sıra görüşlər keçirilib. Nəticədə Türk Demokrat Partiyasının gəncləri ilə YAP Gənclər Birliyi arasında gələcəkdə vahid platformada əməkdaşlığa dair razılıq əldə edilib.
Bu müstəvidə ikitərəfli əməkdaşlığa dair müqavilələr də imzalanıb. Belə ki, iyun ayında Qazaxıstanın hakim Nur Otan Partiyasının gənclər təşkilatı ilə belə bir sənəd imzalanıb. Eləcə də, Özbəkistanın ən böyük gənclər təşkilatı olan, sıralarında müxtəlif yönümlü gəncləri birləşdirən “Kamelot” təşkilatı ilə müvafiq razılıq əldə edilib və bu ilin sonunda əməkdaşlıq protokolu imzalanacaq.
MDB məkanında aktiv təşkilatlardan biri olan “Yedinaya Rossiya” Partiyasının gənclər qolu olan “Molodaya Qvardiya” təşkilatı ilə əməkdaşlıq münasibətləri də diqqət mərkəzindədir. Bu ilin sentyabr ayında təşkilatın növbəti qurultayında iştirak etdik. Həmin qurultayda 30-a yaxın ölkədən qonaqlar iştirak edirdi. Azərbaycanı təmsil edən YAP Gənclər Birliyi bu tədbirdə partiyalararası əlaqələr və əməkdaşlığın hər iki tərəfə verəcəyi bəhrələr mövzusunda fikir mübadiləsi aparıb. Biz qarşı tərəfi Bakıya dəvət etmişik və ilin sonuna qədər onların səfəri gözlənilir.
Eyni zamanda, Gürcüstan, Türkiyə gəncləri ilə sıx münasibətlərimiz mövcuddur və bu münasibətləri uğurla davam etdirirk. YAP Gənclər Birliyi həmçinin, Macarıstanın hakim partiyası FİDEŞ-in gənclərini də Bakıya dəvət edib. Oktyabrın sonu - noyabrın əvvəlində FİDEŞ partiyasının gənclər birliyinin nümayəndə heyəti Bakıya səfər edəcək. Səfər çərçivəsində ikitərəfli əməkdaşlığa dair müqavilənin imzalanması nəzərdə tutulur.
Qeyd etdiyim məsələlər göstərir ki, YAP Gənclər Birliyi həm coğrafi, həm də ideoloji cəhətdən bizə yaxın olan və gələcək əməkdaşlıq prizmasından bizə potensial dost olan təşkilatlarla əməkdaşlıqda maraqlıdır. Beynəlxalq əlaqələr istiqamətində işlərimiz davam etməkdədir. Güman edirəm ki, növbəti ildə də bu prosesin davam etməsinin şahidi olacağıq və Gənclər Birliyi kifayət qədər güclü və geniş dostluq-əməkdaşlıq çevrəsinə malik olacaq.
- Bu günlərdə İCAPP-ın Gənclər Birliyinin təsis konfransında iştirak etmisiniz və yeni yaradılmış qurumun vitse-prezidenti seçilmisiniz. Sizcə, İCAPP-ın Gənclər Birliyi müstəvisində beynəlxalq fəaliyyət partiyamızın gəncləri üçün hansı imkanları açır?
- Beynəlxalq əlaqələrin inkişafı dedikdə, bir çox məqamlara diqqət yetirməliyik. 2011-ci ildə daha çox Avropa istiqamətində işlər aparılırdısa, 2012-ci ildə isə gənclərimiz daha bir istiqamətdə - Asiya ölkələrinin siyasi partiyalarının gəncləri ilə əməkdaşlığın inkişafına təkan verib. Bildiyiniz kimi YAP Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) fəal üzvlərindən biridir və qurumun Daimi Komitəsində təmsil olunur. Bildiyiniz kimi İCAPP-ın növbəti, 7-ci Baş Assambleyası noyabrda Bakı şəhərində keçiriləcək. Bu çox böyük tarixi hadisədir və bu hadisənin YAP-ın 20 illik yubileyinə təsadüf etməsi bizim bayram sevincimizi ikiqat artırır.
Onu da xatırladım ki, 5 oktyabrda Malaziyada İCAPP-ın Gənclər Birliyinin təsis konfransı keçirildi və həmin konfransda mən YAP Gənclər Birliyini təmsil etmişəm. Tədbirin gündəliyində duran əsas məsələlərindən biri rəhbər strukturların seçilməsi və növbəti illər üçün fəaliyyət proqramının tərtib olunmasından ibarət idi. Asiyanın aparıcı ölkələrindən olan Çin, Yaponiya, Cənubi Koreya, Malaziya, İndoneziya, İran, Vyetnam, Kamboca və digər ölkələrin gəncləri həmin konfransda iştirak edirdilər. Təşkilatın qurulması gələcəkdə Asiyada gənclərin daha sıx platformada əməkdaşlıq etməsinə zəmin yaradacaq və gələcək liderlərin əməkdaşlığının daha yaxşı qurulması üçün münbit şərait yaradacaq. Konfransda təşkilati məsələlərə baxıldı. Malaziyanın hakim partiyası UMNO-nun nümayəndəsi cənab Dato Şarikan Kassim yeni qurumun prezidenti seçilib. Eyni zamanda İCAPP Gənclər Birliyinin İdarə Heyəti və vitse-prezidentlər seçilib, işçi qruplar yaradılıb. Qurumun 7 vitse-prezidenti seçilib və onların 5-i regional təmsilçilik xarakteri daşıyır, 1 vitse-prezident qadın məsələləri üzrə, 1-i isə beynəlxalq təşkilatlarla əməkdaşlıq məsələlərini koordinasiya edəcək. YAP-ın İCAPP-ın fəaliyyətində aktiv iştirakı təşkilatın Gənclər Birliyinin yaradılmasında özünü göstərdi. Böyük dəstəklə mən YAP-ın nümyanədəsi olaraq İCAPP-ın Qafqaz və Mərkəzi Asiya üzrə vitse-prezidenti seçildim. Təbii ki, bu, mənə yox, YAP-a verilən qiymətdir, partiyamızın nüfuzunun göstəricisidir. İCAPP GB ildə iki dəfə Baş Assambleyasını keçirməklə fəaliyyətini davam etdirəcək. Buna uyğun olaran hər vitse-prezident regional müşavirələrin keçirilməsi kimi öhdəliyi öz üzərlərinə götürüb.
Noyabrda Bakıda İCAPP Baş Assambleyası çərçivəsində qurumun Gənclər Birliyinin ilk iclası keçiriləcək. Həmin iclasda qurumun strukturu və 2013-2015-ci illər üçün fəaliyyət proqramı təsdiq ediləcək.
Hesab edirəm ki, 300-dən çox partiyanı birləşdirən bu təşkilat Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında böyük vasitədir. YAP bu yöndə böyük işlər görür və gələcəkdə dostlarımızın sayı daha da artacaq.
- Siz həmçinin, Dünya Azərbaycanlı Gənclər Birliyinin sədrisiniz. Yeni yaranmış birliyin təşkilatlanma işi hansı səviyyədədir?
- Məlum olduğu kimi bu ilin mart ayının 12-də gənclər üçün tarixi hadisə baş verib. Həmin gün Bakı şəhərində Dünya Azərbaycanlı Gənclər Birliyi təsis edilib. Təşkilatın təsis edilməsində dünyada yaşayan gənclər iştirak edib və gəncləri maraqlandıran məsələlər müzakirə olunub. Burada əsas məqsəd gənclərin həmrəyliyinin daha yüksək səviyyəyə qaldırılması, Azərbaycan həqiqətlərinin, dövlətin mövqeyinin daha geniş yayılması, yerlərdə diaspor çərçivəsində fəaliyyətdə olan gənclərə dəstək verməkdir.
Biz “Dünya Azərbaycanlı Gənclər Birliyi - dünya azərbaycanlı gənclərinin evidir” şüarını seçmişik. Buna uyğun olaraq çalışırıq ki, hər bir azərbaycanlı gənclər fəal olsunlar. Qısa müddətdə bizim ofis və texniki məsələlər öz həllini tapıb. Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ofis üçün yer ayrılıb və yaxın vaxtlarda ofisin açılışı olacaq. Təşkilat olaraq Koreyadan tutmuş ABŞ-a qədər olan layihələrin həyata keçirilməsinə nail olmuşuq. Koreyada “Dünya sülh təşəbbüsü” (“World Peace Initiative”) adlı beynəlxalq festivalda iştirak etmişik. Eyni zamanda, ABŞ-da BMT çərçivəsində birliyin nümayəndəsi Azərbaycan haqda məruzə ilə çıxış edəcək.
Bu yaxınlarda Strasburqda keçirilən “Demokratiya: Köhnə modellər və yeni reallıqlar” beynəlxalq forumunda təmsilçimiz Dağlıq Qarabağ problemi ilə bağlı çıxış edib. Sentyabrın 18-də Fransanın Ermənistandakı səfirliyi qarşısında keçirilən mitinqdə də gənclər fəal şəkildə iştirak edib.
Bütün bunlarla yanaşı, ölkədaxili layihələrin reallaşmasına da nail olmuşuq. Belə ki, Təhsil Nazirliyi Respublika Gənc Turistlər və Diyarşünaslıq mərkəzi, Gənclərin Həmrəyliyinə Dəstək İctimai Birliyi, Dünya Azərbaycanlı Gənclər Birliyinin təşkilatı dəstəyi ilə “Ölkədaxili turizmin inkişafı” layihəsi çərçivəsində turizmin inkişafı, digər sahələrin də inkişafı təbliğ olunur. Bundan başqa, Bakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı , Azərbaycan - Avropa Gənclərinin Əməkdaşlığı Ictimai Birliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə və həmçinin Dünya Azərbaycanlı Gənclər Birliyinin təşkilati dəstəyi ilə “Azərbaycan - gözəl diyar” adlı layihə zamanı ölkəmizdə təhsil alan əcnəbi tələbələr bölgələrimizlə yaxından tanış olurlar. Bu onlarda Azərbaycan barədə daha böyük təəssürat yaradır.
Noyabr ayında təşkilatın Mərkəzi Şurasının ilk iclasının keçirilməsi nəzərdə tutulur. İclasda birliyin strukturu, 2012-2015- ci il fəaliyyət proqramı təsdiq ediləcək və yeni üzvlərin qəbulu prosesinə start veriləcək.
Hesab edirəm ki, bu təşkilatın yaradılması dövlətimizin gənclərə olan qayğısıdır və biz bu qayğıdan bəhrələnirik. Gənclər bu şəraitdən istifadə edərək həm özlərinin inkişafını, həm də ölkəmizin təbliği üçün əllərindən gələni etməlidirlər.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43

