Razılaşma Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olmalıdır
14.07.2009 [14:24]
istifadə etmədən statusun müəyyənləşməsi ilə bağlı hansısa addımın atılması gözlənilən deyil
“Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması ilə bağlı inamı heç zaman itirmək olmaz, amma hansısa bir vaxtla bağlı ciddi proqnoz vermək də istəməzdim. Nəzərəçarpan odur ki, danışıqlarda bir intensivləşmə var. Azərbaycan Prezidenti İlham Əliyev artıq bir neçə dəfə öz çıxışlarında danışıqlar prosesi haqqında fikirlərini ifadə edərkən, irəliləyişlərin olduğunu vurğulayıb”.
Bu sözləri Milli Məclisin sədr müavini Bahar Muradova jurnalistlərlə söhbətində bildirib. Amma o, hesab edir ki, Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi ilə bağlı razılaşmanın da əldə olunacağını indidən söyləmək olmaz. Eyni zamanda, bu razılaşmanın prinsiplərinin nədən ibarət olacağının ilin sonuna qədər müəyyənləşdirilməsi də gözləniləndir. Hər halda, söylənilənlər bunu deməyə əsas verir.
- Necə hesab edirsiniz, münaqişə ilə bağlı ilkin razılaşma olarsa və yaxud olacaqsa, bu məsələdə üstünlük hansı tərəfə verilə bilər?
- Bilirsiniz, hər iki tərəf razılaşmanın əldə edilməsinə çalışarkən, məhz öz maraqlarını güdməyə çalışır. Buna da bəlkə zahirən təbii baxmaq olar. Amma obyektiv olanı ondan ibarətdir ki, bu razılaşma Azərbaycanın ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını təmin etməlidir. Bununla yanaşı, Dağlıq Qarabağın yalnız Azərbaycanın tərkibində mövcudluğunu təmin edən bir razılaşma olmalıdır.
- Son dövrlər tez-tez gündəmə gətirilən Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsini nəzərdə tutan referendum məsələsinə necə yanaşırsınız?
- Yaxın zamanlarda bu məsələnin rəsmi şəkildə gündəmə gələcəyini düşünmürəm. Referendum, danışıqlar prosesinin müəyyən mərhələsində meydana çıxa bilər. Hər halda, bunun Azərbaycan Konstitusiyasında müəyyən olunmuş qaydası mövcuddur. Amma bununla belə, əvvəlki şərtlər yerinə yetirilmədən, yəni, ərazi bütövlüyü təmin olunmadan, işğalçı qoşunlar Azərbaycan torpaqlarından çıxarılmadan, Azərbaycan vətəndaşları öz evlərinə qayıtmadan, tam vətəndaş hüquqlarından istifadə etmədən statusun müəyyənləşməsi ilə bağlı hansısa addımın atılması, referendumun keçirilməsi gözlənilən deyil.
- Bahar xanım, bəs parlamentin Dağlıq Qarabağ probleminin sülh yolu ilə tənzimlənməsi prosesinə töhfəsi nə ola bilər? Məsələn, parlamentin növbədənkənar sessiyasının sonuncu iclasında millət vəkili Nəsib Nəsibli “Qarabağ Milli Proqramı”nın hazırlanması və qəbul olunması təklifi ilə çıxış etmişdi...
- Bilirsiniz, çox gözəl adlar, proqramlar düşünmək olar. Amma o proqramlar bizim bu məsələ ilə bağlı nəzərdə tutduğumuzu bizə verəcəkmi? Bu barədə müzakirə aparmaq olar. Yəni, hər kəs bu məsələyə öz töhfəsini vermək istəyir. Bu baxımdan, əlbəttə, parlamentin, millət vəkillərinin, bu gün Azərbaycan hakimiyyətində, ictimai-siyasi proseslərdə təmsil olunan hər bir kəsin bu prosesə töhfə vermək imkanı var və bu imkanlardan maksimum yararlanmaq lazımdır.
- Yaxın zamanlarda Azərbaycan və Ermənistan ziyalılarının növbəti qarşılıqlı səfərləri gözlənilir. Belə səfərlərə necə yanaşırsınız?
- Mən yenə də əvvəlki mövqeyimdə qalaraq bildirmək istəyirəm ki, Azərbaycan və Ermənistan ziyalılarının qarşılıqlı səfərlərinə pis baxmıram. Bununla belə, bir daha onu təkrar olaraq dilə gətirmək istəyirəm ki, bu yöndə təşəbbüslər təxminən 7-8 il öncə meydana çıxan zaman münasibət tamamilə fərqli idi. O zaman bu təşəbbüsləri etmək, onu reallaşdırmaq mümkün deyildi. Müvafiq zaman yetişməliydi ki, ona uyğun da addımlar atılsın. Yadınızdadırsa, ölkə başçısı İlham Əliyev dəfələrlə qeyd edib ki, icma nümayəndələri danışıqların müəyyən mərhələsində bu proseslərə qoşula bilərlər. Bu mənada hazırda “xalq diplomatiyası” adlandırılan-bunu başqa cür də adlandırmaq olar-diplomatiya çərçivəsində bu cür görüşlərin, səfərlərin reallaşdırılmasına pis baxmıram. Hesab edirəm ki, bu, prezidentlərin işinə, apardığı danışıqlara müəyyən dəstək rolunu oynaya bilər. Əlbəttə, bunu da ən müxtəlif şəkildə qiymətləndirənlər var, mən bunlara da təbii baxıram. çünki insanların heç də hamısı çıxış yolunu bu cür addımların atılmasında görmürlər. Bəziləri nifrətin, kinin qalması, münasibətlərin daha da kəskin xarakter alması şəklində mövqenin bildirilməsini çıxış yolu kimi görürlər, bəziləri də bu cür addımların prosesləri yumşaldacağı qənaətindədirlər. Hər halda, biz beynəlxalq təşkilatları, ATƏT-in Minsk qrupunun vasitəçiliyini qəbul edirik, sülh danışıqları prosesində iştirak edirik və bu vasitəçiliyin də istiqamətlərindən biri bu cür görüşlərin, səfərlərin reallaşdırılmasıdır ki, bu da həmin formatda baş verir. Ona görə də, mən bunu gözlənilməz hadisə kimi qəbul etmirəm. Bir sözlə, hazırkı danışıqlar prosesini və onun intensivləşməsini nəzərə alaraq, belə bir addımların atılmasını məqbul hesab etmək olar.
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51

