2019-cu ilin dövlət büdcəsi Azərbaycanın sosial-iqtisadi inkişafını daha da gücləndirəcək
28.11.2018 [09:56]
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Musa Quliyev www.yap.org.az saytına müsahibə verib:
- Musa müəllim, bildiyimiz kimi, 2019-cu ilin dövlət büdcəsi haqqında məsələlər cəmiyyətimizdə geniş müzakirə olunur. Gələn ilin dövlət büdcəsində sosial sahəyə ayırmaları necə dəyərləndirirsiniz?
- 2019-cu ilin dövlət büdcəsi müstəqillik tariximizdə ən böyük büdcəmizdir. Gələn ilin dövlət büdcəsinin gəlir və xərclərinin yüksək olması, ötən ilə nisbətən xeyli artması onu göstərir ki, Azərbaycan iqtisadiyyatı davamlı surətdə inkişaf edir. Büdcənin əlamətdar xarakteri bundan ibarətdir ki, büdcə vəsaitlərinin üçdəbirindən çoxu sosial sahənin maliyyələşməsinə yönələcək. Bu da çox ciddi göstəricidir. Bu amil Azərbaycanın sosial dövlət olduğunun göstəricisidir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, əsas məqsədimiz dünyanın ən inkişaf etmiş ölkələri sıralarına qoşulmaqdır.
2019-cu ilin dövlət büdcəsinin digər xarakterik xüsusiyyəti ondan ibarətdir ki, həm gəlirdə, həm ÜDM-də qeyri-neft sektorunun payı ildən-ilə artır və 70 faizi ötür. Bu, o deməkdir ki, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi uğurla həyata keçirilir. Biz ölkəmizin büdcəsini neftin qiymətindən asılı olmayaraq sabit inkişaf edən büdcə kimi qiymətləndirə bilərik. Xüsusilə, büdcəmizin 33,4 faizinin sosial xərclərə sərf olunması gələn il də əhalinin sosial rihafının daha da yaxşılaşacağını xəbər verir. Belə ki, gələn il dövlət büdcəsindən sosial məqsədlərə 8 milyard 265,8 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Bildiyiniz kimi, 2019-cu ildə maaş, pensiya, sosial müavinətlərin artırılması gözlənilir. Onu da qeyd edim ki, büdcənin gəlir və xərc hissəsinin artmasına baxmayaraq, inflyasiyanın da nəzarət olunan həddə qalacağı, əhalinin pul gəlirlərinin inflyasiyanı təxminən iki dəfə üstələyəcəyi imkanları onu göstərir ki, gələn il vətəndaşların rifah halı daha da yüksələcək.
Başqa bir məqam ondan ibarətdir ki, gələn ilin dövlət büdcəsi ilə yanaşı, yaşayış minimumu, ehtiyac meyarı da kifayət qədər artacaq. Bütün bunlar əhalinin sosial müdafiəsini xeyli gücləndirəcək. Səhiyyə sahəsinə gəlincə, həkim həmkarlarım adından minnətdarlıq hissi ilə qeyd etmək istəyirəm ki, gələn ilin büdcəsində səhiyyə xərcləri 1 milyard manatı ötəcək. Belə ki, növbəti ilin dövlət büdcəsində səhiyyə xərcləri üçün 1 milyard 48 milyon manat vəsait nəzərdə tutulub. Bu da cari illə müqayisədə 309 milyon manat və ya 41,8 faiz çoxdur. İcbari tibbi sığortanın tətbiqi ilə bağlı maliyyə təminatının yaradılması üçün 240 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Eyni zamanda, dövlət büdcəsindən ayrıca qrafa ilə maliyyələşən ictimai-sosial əhəmiyyətli xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan Dövlət proqramlarının maliyyələşməsinə ayrılan vəsait də cari illə müqayisədə 30 faiz artıb.
Növbəti ildə sosial tədbirlərə aid olan elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, gənclər siyasəti ilə bağlı xərclərə 6 milyard 369 milyon manat vəsait sərf ediləcək. Bu da cari illə müqayisədə 787 milyon manat, yəni 14,1 faiz çoxdur. Sosial tədbirlərin xərclərinin dövlət büdcəsi xərcləri tərkibində xüsusi çəkisi cari illə müqayisədə 1,5 faiz bənd artaraq 25,7 faizə, ümumi daxili məhsula nisbətdə isə 0,5 faiz bənd artaraq 7,8 faizə çatacaq. Prezident İlham Əliyevin sərəncamları ilə dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların əməkhaqlarının artırılması, sosial müavinətlər, təqaüdlər və digər sosial yönümə aid edilən xərclər üzrə yaranmış əlavə maliyyə öhdəliklərinin təmin edilməsi üçün dövlət büdcəsindən 620 milyon manat, pensiya təminatı sahəsində əlavə sosial müdafiə tədbirləri üçün 110 milyon manat, 1425 məktəbəqədər təhsil müəssisəsində bir günlük ərzaq xərclərinin orta hesabla üç dəfə artırılması məqsədilə 83 milyon manat məbləğində vəsait ayrılıb. Növbəti ildə elm xərcləri üçün 134 milyon manat vəsait nəzərdə tutulub ki, bu da cari illə müqayisədə 5 milyon manat və ya 4,2 faiz çoxdur. 2019-cu ilin təhsil xərclərinə 2 milyard 275 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur ki, bu da cari ilə nisbətən 231 milyon manat və ya 11,3 faiz çoxdur. Təhsil xərclərinin dövlət büdcəsinin xərcləri tərkibində xüsusi çəkisi 9,2 faiz təşkil edir.
Bu bir daha göstərir ki, cənab Prezidentin uzaqgörən siyasəti nəticəsində ölkədə balanslaşdırılmış daxili iqtisadi siyasət aparılır. Ölkənin harmonik inkişafını təmin etmək məqsədilə qeyri-neft sektoru - xüsusilə kənd təsərrüfatı, turizm, nəqliyyat, İKT sektorunun inkişafı büdcəmizin neftdən asılılığını aşağı salır, həm də regionlarda əhalinin məşğulluğunun təmin olunmasını və digər amilləri şərtləndirir.
Ümumilikdə, 2019-cu ilin dövlət büdcəsi balanslaşdırılmış, inkişafa xidmət edən və sosial yönümlü büdcədir. Hesab edirəm ki, bu büdcənin təsdiqindən sonra ölkəmiz daha böyük sosial-iqtisadi uğurlara imza atacaq.
- Büdcə müzakirələri zamanı deputatlar bir sıra təkliflər səsləndirdilər. Bu təkliflər sırasında yeni doğulan uşaqlar üçün verilən müavinətlərin artırılması, çoxuşaqlı ailələrin sosial müdafiəsinin daha da gücləndirilməsi məsələləri var. Bu barədə nə deyə bilərsiniz?
- Əlbəttə ki, büdcə müzakirələri zamanı millət vəkilləri tərəfindən irəli sürülən təkliflərin hamısı hökumət tərəfindən ciddi araşdırılır, dəyərləndirilir və imkan daxilində nəzərə alınır. Təkliflər sırasında Azərbaycanda demoqrafik vəziyyətin stimullaşdırılması məqsədi ilə yeni doğulan uşaqlara birdəfəlik müavinətlərin artırılması da var. Eyni zamanda, aztəminatlı ailələrin sosial müdafiəsinin daha da gücləndirilməsi təklifləri irəli sürüldü. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi, Maliyyə və İqtisadiyyat nazirlikləri birlikdə sosial müdafiənin daha konkret formasının axtarılıb tapılması, aztəminatlı ailələrin, o cümlədən çoxuşaqlı ailələrin sosial müdafiəsinin daha da yaxşılaşdırılması məqsədilə daha çevik forma üzərində iş aparırlar.
Bilirsiniz ki, hazırda biz ünvanlı sosial yardımdan imtina edib özünüməşğulluq proqramına keçirik. Amma bu proqrama da cəlb oluna bilməyən ailələrin sosial təminatı ilə bağlı dövlət yeni bir forma üzərində işləyir. Bu da həmin insanların sosial müdafiəsini gücləndirəcək.
- Hazırda dövlət başçısının müvafiq Fərmanına uyğun olaraq şəhid hərbi qulluqçuların ailələrinə, onların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi prosesinə başlanılıb. Dövlət tərəfindən atılan bu addımın əhəmiyyəti nədən ibarətdir?
- Bu, Prezident İlham Əliyev tərəfindən atılan çox humanist bir addımdır. Azərbaycan dövləti, Prezident İlham Əliyev şəhid ailəsinin, Qarabağ müharibəsi əlilinin, bütövlükdə, sosial müdafiəyə ehtiyacı olan hər bir vətəndaşın yanındadır. Məsələ burasındadır ki, “Həqiqi hərbi qulluqçuların şəxsi icbari sığortası haqqında” qanun 1997-ci ildə qəbul olunub və bundan sonra hərbi xidmət vəzifəsini yerinə yetirərkən dünyasını dəyişən, itkin düşüb ölmüş hesab olunan və əlil olanlar üçün birdəfəlik sığorta haqqı verilir. Amma 1997-ci ilə qədər bu kateqoriyadan olan insanların və ailələrin sığorta almaq imkanları olmayıb. Onların bəziləri Nazirlər Kabinetinin qərarı ilə birdəfəlik müavinət alıb, digərləri isə heç bir ödəmə almayıb.
2014-cü ildə Konstitusiya Məhkəməsinin qərarından sonra hökumət tərəfindən bu sığorta haqlarının verilməsi üçün yollar axtarılırdı. Bu ilin aprel ayında keçirilən prezident seçkilərindən sonra dövlət başçısı ilk olaraq bu məsələ ilə bağlı Fərman verdi. Fərmana əsasən bu il sığorta haqlarının verilməsi üçün 58 milyon manat ayrılıb. Bu məqsəd üçün gələn il yenə vəsait ayrılacaq. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işçi qrupu və komissiya fəaliyyət göstərir. Proses tamamilə şəffaf həyata keçirilir. Müraciət edən bütün şəxslərlə bağlı araşdırmalar aparılır. Müraciət edənlərin 99 faizinə müsbət cavab verilib və hazırda ödəmələrin verilməsinə başlanıb. Digər insanların da müraciətlərinə obyektiv şəkildə baxılır.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

