Mübariz Qurbanlı: Azərbaycanda dini istismar etmək cəhdlərinin qarşısı alınır və alınacaq
03.03.2020 [09:43]
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının Trend-ə müsahibəsi:
- Mübariz müəllim, hazırda Azərbaycandakı dini durumu necə dəyərləndirirsiniz?
- Azərbaycanda bütün sahələrdə olduğu kimi, din sahəsində də sabitlik mövcuddur. Azərbaycan dünyada tolerantlığa, multikultural dəyərlərinə görə nümunəvi bir ölkə kimi tanınır. Eyni zamanda, Azərbaycanda müxtəlif dini konfessiyalar, dini təriqətlər arasında heç bir qarşıdurma müşahidə olunmur. Baxmayaraq ki, bəzi ölkələrdə biz dini baxımdan məzhəblər və təriqətlər arasında qarşıdurmalar, toqquşmalar müşahidə edirik, din adı altında gizlənən radikal, ekstremist qrupların həmin ölkələrdə öz məqsədlərinə çatmaq üçün dini istismar etdiklərini görürük, ancaq Azərbaycanda bu baxımdan sabitlik hökm sürür.
Eyni zamanda, Azərbaycanda mədəniyyətlərarası dialoq, multikulturalizm, həmçinin müsəlmanlar, xristianlar və yəhudilər arasında harmoniya möhkəmlənib, bütün dini konfessiyaların sərbəst fəaliyyəti üçün lazımi şərait yaradılıb. Ölkəmizə istər xristian və yəhudi, istərsə də müsəlman ölkələrindən gələn nümayəndələr Azərbaycandakı bu sabit vəziyyəti yüksək qiymətləndirirlər.
Bilirsiniz ki, ötən il Azərbaycanda dünya dini liderlərinin ikinci böyük sammiti keçirildi və həmin sammitdə dünyanın tanınmış dini liderləri iştirak edirdilər. Sammitdə bütün çıxışlarda Azərbaycandakı dini durum yüksək dəyərləndirildi. Bütün bunlar cənab Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin məntiqi nəticəsidir. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Azərbaycanın multikultural, tolerant dəyərləri dünya miqyasında tanıdılır.
- Bu gün din adı altında Azərbaycana qarşı hansı təhdidlər mövcuddur?
- Dini siyasiləşdirməyə, dindən sui-istifadə etməyə cəhd edənlər olub, bu gün də var, ancaq bunların qarşısı qətiyyətlə alınır. Bütövlükdə Azərbaycan cəmiyyəti, Azərbaycan xalqı dini inancına sadiq bir xalq olaraq dindən bu formada istifadəyə qarşı çıxır. Bizim din xadimlərimiz də, o cümlədən məscidlərdə, kilsələrdə, sinaqoqlarda çalışan din xadimləri də dinin hər hansı formada siyasiləşdirilməsinin qarşısını alırlar.
Azərbaycanda dini istismar etmək cəhdlərinin qarşısı alınır və bundan sonra da alınacaq.
- Bildiyimiz kimi, məzarlıqlar bələdiyyələrin idarəçiliyinə verilib. Bununla bağlı dini komitə tərəfindən hansısa tədbirlər görülür?
- Bəli, bu məsələ öz həllini tapıb, yeni qaydalar var və bu qaydalara uyğun olaraq məzarlıqlar bələdiyyələrin idarəçiliyinə verilib. Dini Komitənin burada heç bir nəzarət funksiyası yoxdur, Dini Komitə yalnız reyestr funksiyasını yerinə yetirir.
- Yas mərasimlərində israfçılıq məsələsi həmişə aktual olub. Bu gün bu məsələ nə yerdədir?
- Yas mərasimləri ilə bağlı tövsiyələr öz qüvvəsindədir. Bu, ailənin öz seçimidir. Tövsiyələr bizim tərəfimizdən də və Qafqaz Müsəlmanları İdarəsi tərəfindən də verilib, ancaq vətəndaş seçimi özü edir.
Bu tövsiyələrin də müəyyən müsbət təsirləri var ki, bu gün Azərbaycanda yas mərasimləri əsasən üç mərasimləri ilə yekunlaşır.
- Azərbaycan vətəndaşlarının xaricdə qanunsuz silahlı qruplara qoşulması hallarına qarşı hansı tədbirlər görülür?
- Artıq Azərbaycandan xaricdə olan ekstremist silahlı qruplara qoşulma halları yox dərəcəsindədir. Burada mən xüsusi olaraq hüquq-mühafizə orqanlarının fəaliyyətini qeyd etmək istərdim. Onlarla birgə aparılan profilaktik tədbirlər Azərbaycan vətəndaşlarının xaricdə ekstremist qruplara qoşulmasının qarşısını alıb.
Xəbər lenti
Hamısına baxSosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55

