“Bakı-Naxçıvan-İstanbul sürət qatarı ilə gedəcəyim günün uzaqda olmadığına inanıram”
13.11.2020 [09:04]
Milli Məclisin deputatı Musa Urud www.yap.org.az saytına müsahibə verib:
- Musa müəllim, bildiyimiz kimi, noyabrın 10-da Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri arasında bəyanat imzalanıb. Sizcə, bu bəyanatın əhəmiyyəti nədən ibarətdir?
- Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Milli Ordumuz Qarabağda zəfər çaldı, torpaqlarımız işğaldan azad olundu, ərazi bütövlüyümüz təmin edildi. Xalqımızı uzun illərdir sıxan, əzən məğlubiyyət kompleksi zəfər coşqusu ilə əvəz olundu. Möhtəşəm milli birlik yarandı, tarixə adımızı qalib xalq kimi yazdırdıq. Ali Baş Komandan cənab İlham Əliyev tarixin gedişini dəyişən bu 44 gün ərzində müxtəlif cəbhələrdə misli görünməmiş fərdi qəhrəmanlıq, sərkərdə qətiyyəti, diplomat çevikliyi, rəhbər müdrikliyi nümayiş etdirdi. Torpaqlarımız bir-birinin ardınca işğaldan azad edildikcə cənab Prezidentin müjdə xəbərli çıxışları, müraciətləri Ordumuzun qələbə əzmini daha da artırdı, xalqı bir dəmir yumruq kimi birləşdirdi.
Bu günlər ərzində cənab Prezident İlham Əliyev dünyanın 30-dan artıq nüfuzlu televiziyasına və mətbuat orqanına verdiyi müsahibələri ilə Azərbaycanın haqq işini bir daha dünya xalqlarının diqqətinə çatdırdı. Bu müsahibələr hamımızın gözü qarşısında baş verib və ədalətli, tərəfsiz jurnalistlərlə yanaşı, “ermənidən daha artıq erməni” olanları da gördük. Cənab Prezidentin iti ağlı, dərin biliyi, geniş məlumatı və dəmir məntiqi qarşısında onların əyilən sifətlərini də ləzzətlə seyr etdik. Nəhayət, Ermənistan rəhbərliyi məğlub olduğunu dərk etdi, təslim olduğunu boynuna aldı, Paşinyan atəşkəs bəyanatına imza atdı.
Konfliktin müharibə fazası yerini sülh müstəvisinə verdi, noyabr ayının sonuna qədər Kəlbəcər, Ağdam, Laçın rayonlarının işğaldan azad olunması öhdəliyi qüvvəyə mindi. Status-kvo deyilən oyun bitdi, Dağlıq Qarabağın statusunun müzakirə mövzusu qapandı, Azərbaycanın ərazi bütövlüyü təmin edildi. Naxçıvana kommunikasiyaların açılması, yolların çəkilməsi reallaşdı, Türk dünyasının mənəvi birliyi ilə yanaşı, coğrafi bağlantısı arzularımız çin oldu.
Bölgədə əmin-amanlığın və sülhün təmin olunması məqsədilə Rusiyanın kiçik bir hərbi kontingenti 5 il müddətində fəaliyyət göstərəcək. Türkiyə hərbçilərinin iştirakı ilə atəşkəsə nəzarət üçün mərkəz yaradılacaq. Bölgədə sülh, ədalət, əmin-amanlıq bərpa olunacaq, yeni reallıqlar yeni düşüncə, yeni davranış və yeni münasibətlərin formalaşmasına əlverişli mühit yaranacaq.
Xalq bu uğurları, görür, dəstəkləyir, sevinir, öz minnətdarlığını və sevgisini Ali Baş Komandana, müzəffər Milli Ordumuza çatdırır. Bu sevincdən bütün dünya azərbaycanlılarına pay düşür, haqqı, ədaləti, sülhü istəyən hər kəsə pay düşür. Daha çox sevinmək və qürür duymaq haqqı isə, heç şübhəsiz ki, şəhid ailələrinin, qazilərimizin, əsgər və zabitlərimizin payına düşür. Bu sevincdən qardaş Türkiyə başda olmaqla bütün Türk dünyasına pay düşür.
- Radikal müxalifət nümayəndələri əldə olunmuş bu razılaşmaları spekulyasiya etməyə çalışırlar. Buna münasibətiniz necədir?
- Təəssüf, min təəssüf ki, xalqımızın bu zəfərindən sevinməyən, kədərə qərq olan şovinist və revanşist ermənilər və erməniyanlılarla bir sırada dayanan bəzi radikal müxalifət nümayəndələrinin və Sorosun “nigahdan kənar uşaqları”nın orda-burda səslənən fikirlərində milli zəfər yürüşümüzə kölgə salmaq, uğurlarımıza çamur atmaq, xalqın sevincinin şirin aşına murdar şübhə toxumu səpmək niyyətləri də hiss edilməkdədir.
Nə deyir və nə istəyir bu adamlar? Sona qədər döyüş əməliyyatlarını davam etdirməli idik, deyirlər. Hər müharibənin sonu danışıqlarla bitmirmi? Razılaşma yolu ilə, bir güllə atmadan, bir əsgərin burnu qanamadan, bir şəhid vermədən Kəlbəcəri, Ağdamı, Laçını azad etməyimiz niyə bu sorosoviçlərin xoşuna gəlmir? Bəyəm bunlar bilmirlərmi ki, müharibənin hər günü büdcəmizdən milyonlarla manat “yeyir”?
Bəyəm onlar dərk etmirlər ki, cənab Prezidentin bir damcı mürəkkəblə imzaladığı bəyanatla yüzlərlə, bəlkə də minlərlə əsgər və zabitimizin sağlamlığı və həyatı qurtarmış oldu? Müharibənin sona qədər davam etməsi ərazi bütövlüyümüzün təmin olunması üçün idi, bu məqsədə də çatmışıq, 20 gündən sonra işğal altında bir qarış da olsun torpağımız qalmayacaq. Bəyəm bu adamların yadından çıxıbmı ki, lap yaxın zamanlaradək ermənilərə Dağlıq Qarabağda ən yüksək status verməyə hazır idik və belə təkliflər masa üzərində uzun illər müzakirə olunurdu, ermənilər isə təmas xəttinin və status-kvonun dəyişməməsində qərarlı idilər. İndi nə təmas xətti yoxdur, nə status yoxdur, nə də status- kvo!
Yoxsa Paşinyanın başına vurduğumuz zopanın bir ucu da onlara dəyib və yaddaşlarını itiriblər? Dağlıq Qarabağda bir nəfər də olsun erməni qalmamalıdır deyənlər, ciddimisiniz? Dünyadan xəbəriniz varmı? Beynəlxalq qanunlardan, güclərdən, Azərbaycana olan basqılardan baş vermiş və baş verə biləcək təxribatlardan xəbəriniz varmı? Etnik təmizləmə nə deməkdir, bilirsinizmi? Bunun bədəlinin necə ağır olacağını dərk edirsinizmi? 1988-ci ildə təxribat nəticəsində Sumqayıtda 30-a yaxın mülki erməni ölmüşdü, indiyədək bu təxribatın qarayaxmasından, böhtanlarından qurtara bilmirik, indi deyirsiniz niyə Xankəndini təmizləmədik, döyüşlə almadıq?
Dünya bizi ədalətli, tolerant, milli, etnik, dini ayrı-seçkilik salmayan bir sivil ölkə kimi tanıyır. Bu siyasətimiz də davam edəcək, xalqımıza dövlətimizə qarşı cinayət edənlər mühakimə olunub cəzasını alacaq, cinayətdə iştirakı olmayan erməni vətəndaşlar isə digər vətəndaşlarımız kimi dövlətimizin qanunları və himayəsi altında olacaqlar. Qalan məsələləri isə zaman göstərəcək!
Siyasət mümkün olanı etmək sənətidir, bəylər, boş-boş illuziyalar deyil. Yaxşı olar ki, yazasınız, şəxsən siz, hər biriniz bu Vətən Müharibəsində Qarabağ üçün nə etdiniz? Şəhid verdinizmi? Bir şəhid anasını bağrınıza basıb, gözünün yaşını sildinizmi?
Rusiya sülhməramlıları bölgəyə gəlməsin deyirsiniz. Kimlər gəlsin? Türkiyəmi? Mən də istəyərdim ki, Türkiyə olsun, amma reallıqlar başqa şeydir, unutmayaq ki, Türkiyə NATO blokundadır, burada həm də ermənipərəst Fransa da var, blokun qərarı lazımdır. Digər tərəfdən, sülhməramlıların kimliyi məsələsində münaqişə edən hər iki tərəfin fikri üst-üstə düşməlidir. Onsuz da Türkiyənin sülhyaratma prosesində iştirakı təmin olunacaq, türk hərbçilərinin iştirakı ilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılacaq.
- İşğaldan azad olunmuş ərazilərimizin gələcəyini necə təsəvvür edirsiniz?
- Müharibənin ilk günlərində cənab Ali Baş Komandan xalqa müraciətində dərin mənalı bir fikir söylədi: “Nəyi, nə zaman və necə etməyi mən bilirəm!”. Bəli, zaman göstərdi ki, həmişə olduğu kimi, bu dəfə də Prezident İlham Əliyev xalqı və Vətəni naminə ən doğru olanı edib, edir və gələcəkdə də edəcəkdir.
Mən Qarabağın yenidən qurulacağı, çiçəklənəcəyi, inkişaf edəcəyi, dünyanın turizm mərkəzlərindən birinə çevriləcəyi günlərin lap yaxında olduğunu hiss edirəm. Mən Bakı-Naxçıvan-İstanbul sürət qatarı ilə gedəcəyim günün də uzaqda olmadığına inanıram və arzu edirəm ki, həmin qatarda təsadüfən yol yoldaşım ola biləcək radikal fikirli soydaşlarım indi tutduqları səhv mövqedən tövbə edib düz yola qayıtsınlar ki, Türk coğrafiyasını birləşdirəcək bu düz yolun müqəddəsliyindən utanmasınlar. Bu yol həm də, qədim Zəngəzur torpağından keçir və bizi arzularımıza qovuşduran bu dəhlizin genişlənəcəyi günün də uzaqda olmadığına inanıram.
Ümummilli Lider Heydər Əliyev böyük müdrikliklə deyirdi: “Tarix hər şeyi öz yerinə qoyur! Tarixin güllü-çiçəkli, şərəfli səhifələri də var, zibilli küncü də. Tarixdə harada dayanmağı isə hər kəs özü müəyyən edir: öz əməli ilə, xisləti ilə, fəaliyyəti ilə!”
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11

