"Deputatlığa namizədlərin siyahısı demək olar ki, hazırdır"
10.08.2010 [09:31]
Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun Lent.az-a müsahibəsi:
- YAP-ın seçki hazırlıqları necə gedir?
- Seçki hazırlığı tam qaydasında gedir, qarşımıza qoyduğumuz plan əsasında işləri yerinə yetiririk. Bu günlərdə Bakıda partiyanın rayon-şəhər təşkilatlarının sədrləri və aparat rəhbərlərinin birgə müşavirəsi keçirilib. Müşavirədə qarşıda duran növbəti vəzifələrin müəyyənləşdirilməsi və yerinə yetirilməsi prosesi izah olunub, həmçinin, müvafiq tapşırıqlar verilib. Digər məsələlərə gəlincə, yerlərdə seçki qərargahlarının yaradılması, seçki qərargahı üzvlərinin müəyyənləşdirilməsi, onların siyahılarının hazırlanıb mərkəzi qərargaha təqdim olunması, növbəti mərhələdə onlara treninqlərin keçirilməsi, o cümlədən, imza toplayacaq şəxslərin siyahısının hazırlanması və onlara treninqlərin keçirilməsi istiqamətində də işlərimiz gedir. Seçkiyə rəsmi start verilənə qədər treninq və müşavirələrimizi keçirib qurtaracaq, seçki prosesində iştirak edəcək insanları tam hazırlıqlı vəziyyətə gətirəcəyik.
- Bəzi partiyalar namizədlərinin siyahısını hazırlayaraq onu açıqlayıb. YAP-ın da belə bir siyahısı varmı?
- Onlar siyahını açıqlayıblar. Ancaq yalnız kimlərin seçkidə iştirak edəcəyi açıqlanıb, konkret dairələri müəyyən etməyiblər. YAP isə iqtidar partiyası olduğuna görə öz seçki siyahısını məqbul bildiyi vaxtda açıqlayacaq. Bununla bağlı işlər, hazırlıqlar gedir. Biz dairələrdə namizəd verməklə yanaşı, eyni zamanda, baxacağıq ki, digər partiyaların hansından namizədlər kimlərdir, onlara alternativ kimlər olacaq.
- ümumiyyətlə, YAP-ın ilkin siyahısı varmı?
- Hazırlanır, yekunlaşdırmaq üzrəyik.
- Bəzən YAP-ın növbəti seçki siyahısında gəncləşdirmə siyasəti aparacağı haqda yazılır. Bu barədə nə deyə bilərsiniz?
- Bilirsiniz, bir də görürsən ki, bəzi həmkarlarımız bu istiqamətdə fikir söyləyirlər. Gənclər olacaq, qadınlar olacaq və sair. Bu, seçkidir, seçki özü böyük bir prosesdir. İndi Sovet hökumətinin vaxtı deyil ki, desinlər parlamentdə üç sağıcı, beş çoban olacaq. Partiyanın irəli sürdüyü namizədlər yetkin, hazırlıqlı insanlar olmalıdırlar. Bu baxımdan da biz dairələrin xüsusiyyətlərini, seçicilərin həmin dairədə hansı xarakterə malik namizəd görmək istədiklərini öyrənərək, buna uyğun şəxsin namizədliyini irəli sürməyə çalışacağıq. Həmçinin, bayaq dediyim kimi, başqa partiyaların da irəli sürdüyü namizədləri müqayisə edib, onlara alternativ ola biləcək şəxslərin namizədlikləri üzərində dayanacağıq. Bəzən mətbuatda səsləndirilən arzu və istəklər YAP-ın mövqeyi deyil, onları deyənlərin şəxsi arzu və istəkləridir.
- YAP dairələrdə öz namizədlərilə bağlı rəy sorğusu keçirirdi. Həmin sorğu yekunlaşıbmı?
- Sorğu yekunlaşmaq üzrədir. Bu sorğunun məqsədi ondan ibarətdir ki, seçicilərin Milli Məclisin üzvü olmuş şəxslərə münasibəti, onların iş fəaliyyəti, seçicilərin arzu-istəkləri, problemlərinin həlli istiqamətində atdığı addımlar və s. kimi sferanı əhatə edən məsələləri ortaya çıxaraq.
- Sorğunun ilkin nəticələri barədə nə isə demək olarmı?
- Hələ ki, nəticələr toplanır. Geniş təhlildən sonra məlum olacaq ki, hansı dairədən hansı deputatın fəaliyyəti necə olub, seçicilər bunu nə qədər məqbul sayır, yaxud saymır, həmin şəxsin növbəti dəfə namizədliyini irəli sürmək olar, yoxsa yox.
- YAP-ın bəzi dairələrdən bitərəf namizədləri dəstəkləməsi ənənəsi yenə də davam edəcəkmi?
- Qanunvericilik bizə bu imkanı verir. Ancaq YAP-ın məlum olduğu kimi, 500 mindən artıq üzvü var. Onların arasında isə kifayət qədər ləyaqətli adamlar var ki, 125 dairənin hamısından namizəd irəli sürə bilək. Lakin yəqin ki, keçmiş praktikadan istifadə edərək, Azərbaycanın görkəmli ziyalıları, tanınmış, hörmətli şəxslərinin namizədliklərini irəli sürdükləri müəyyən dairələrdə namizəd irəli sürməyərək onları dəstəkləyəcəyik.
- Bəs bitərəflərin konkret olaraq siyahıya salınması necə, mümkündürmü?
- Qanunvericilik bizə bu imkanı verir, ancaq hələ ki, praktikada bu olmayıb.
- Müxalifətin seçki hazırlığını necə qiymətləndirirsiniz?
- Müxalifətin seçki hazırlığı prosesi çox aşağı səviyyədə gedir. ümumiyyətlə, hər bir partiyanın əsasını yerli təşkilatlar təşkil edir. Bu gün həmin partiyaların heç birinin yerli strukturları, təşkilatları yoxdur. Yəni, bu partiyalar havadan asılı olan qurumlardır. İkincisi, sosial bazaları və elektoratları yoxdur. Bir tərəfdən onlar bir neçə seçkiyə qatılmamaqla öz elektoratlarını itiriblər, ikinci tərəfdən insanlarda bu partiyalara, onları təmsil edən rəhbərlərinə inam, etibar qalmayıb. üçüncüsü, onların dünyagörüşü, təfəkkürü 90-cı ildən hələ bu tərəfə keçməyib. Bu baxımdan, həmin partiyalardan istər irəli sürüləcək namizədlərinin, istər liderlərinin uğursuzluğu və seçki kampaniyası apara biləcək tərəfdarlarının olmaması bu seçkidə də məğlub olmasının əsas səbəblərindən olacaq. Bir tərəfdən də Azərbaycanda gedən iqtisadi inkişaf, günü-gündən yüksəliş, sosial problemlərin həll olunması, yolların, xəstəxanaların, məktəblərin tikilməsi, yeni iş yerlərinin açılması və sair göstərir ki, seçicilər bu seçkidə də YAP-ın namizədlərinə səs verəcəklər.
- Builki parlament seçkisində maraqlı xarici dövlətlərin Azərbaycanın daxili siyasətinə hansısa təsir cəhdləri ola bilərmi?
- Bunlara elə qanunsuz keçirilən mitinqlərdən də şahid olmaq olar. Belə ki, bəziləri Bakı şəhər İcra Hakimiyyətinin müəyyənləşdirdiyi yerlərin əvəzinə, şəhərin hansısa metrosunun, yaxud parkının qarşısında, hansısa ticarət mərkəzinin qabağında qeyri-qanuni mitinq keçirməklə nəsə bir gərginlik yaratmaq istəyirlər. Bu, onların ağalarının verdiyi göstərişlər əsasında olur. Əslində, bunlar maraqlı dövlətlərin Azərbaycandakı sabit ictimai-siyasi vəziyyəti gərginləşdirmək, seçkilərin üzərinə bu və ya digər şəkildə kölgə salmaq cəhdlərindən irəli gəlir.
Xəbər lenti
Hamısına baxXəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03

