Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Əli Əhmədov: Ermənistan parlamentinin Dağlıq Qarabağın müstəqilliyini tanıması Minsk qrupunun ölüm hökmü olardı

Əli Əhmədov: Ermənistan parlamentinin Dağlıq Qarabağın müstəqilliyini tanıması Minsk qrupunun ölüm hökmü olardı

05.09.2012 [23:09]

“Ermənistan rəhbərliyi ölkə parlamentinin vasitəsi ilə Cənubi Qafqazda gərginliyi təhlükəli həddə gətirə biləcək avantüraya əl atmağa çalışır. Formal olaraq, guya buna səbəb Macarıstandan ekstradisiya edilən Azərbaycan zabiti Ramil Səfərovun Prezident İlham Əliyevin Sərəncamı ilə əfv edilməsidir”. Bu fikirləri “yap.org.az” saytına açıqlamasında YAP-ın Sədr müavini-İcra katibi, millət vəkili Əli Əhmədov bildirib. Əli Əhmədovun sözlərinə görə, Prezidentin əfv Sərəncamı həm müvafiq beynəlxalq müqavilələrə, həm də ölkə qanunvericiliyinə tam uyğundur. “Hesab edirəm ki, indiki halda dünya birliyini və beynəlxalq təşkilatları daha çox narahat edən erməni terrorçu təşkilatı olan ASALA-nın Azərbaycan və Türk diplomatlarını kütləvi surətdə qətlə yetirmək barəsində yaydığı bəyanat olmalıdır. Erməni terrorçu təşkilatlarının bu sahədə “zəngin təcrübəsi” də hamıya yaxşı məlumdur” - deyə, Əli Əhmədov qeyd edib.
Ermənistan parlamentində Dağlıq Qarabağın tanınması məsələsinin müzakirəyə çıxarılmasına münasibət bildirən YAP-ın Sədr müavini “belə bir addımın atılması, faktik olaraq Minsk qrupunun ölüm hökmü olardı” - deyə bildirib.
Əli Əhmədov “mən heç də Minsk qrupunun qayğısına qalmaq fikrində deyiləm. Onsuz da bu qurum 20 ildir fəaliyyətsizdir, lakin bu “fəaliyyətsizlik” ermənilərin xeyrinə işləyir. Düşünmürəm ki, Ermənistan rəhbərliyi daha çox onların marağına uyğun hərəkət edən Minsk qrupunun fəaliyyətinə xitam verəcək addımı atsın. Rusiyanın və Fransanın buna razılıq verəcəyinə inanmaq çətindir” - deyə, fikrini tamamlayıb.
Paylaş:
Baxılıb: 827 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30