Dünya Ermənistanın mina terroruna səssiz qalmamalıdır
17.07.2024 [10:10]
Azərbaycan öz ərazilərinin minalardan təmizlənməsində beynəlxalq təşkilatlardan dəstək gözləyir
Azərbaycan dünyada mina terrorundan ən çox əziyyət çəkən ölkələrdən biridir. 30 illik işğal dövründə Ermənistan çoxlu sayda hərbi cinayətlər törədib ki, bunların sırasında mina terroru da əsas yerlərdən birini tutur. 2020-ci il Vətən müharibəsindən sonra isə mina qurbanlarının ümumi sayı 370 nəfərə çatıb.
Bu fakt göstərir ki, Ermənistan tərəfindən Azərbaycan torpaqlarında işğal dövründə basdırılmış minalar mülki şəxslərin və hərbi qulluqçuların həyatına təhlükə yaratmaqda və son qoymaqda davam edir. Ərazilərimizdə basdırılmış minalar və partlamamış hərbi sursatlar işğaldan azad edilmiş bölgədə bərpa və yenidənqurma işlərinin icra edilməsinə, keçmiş məcburi köçkünlərin təhlükəsiz şəkildə öz yurdlarına qayıdışına və bu torpaqlarda yaşayışına ciddi maneə törədir. Ermənistan tərəfindən 30 ilə yaxın işğal dövründə basdırılmış minaların dəqiq xəritələrinin təqdim olunmaması isə onların beynəlxalq hüququn və beynəlxalq humanitar hüququn norma və prinsiplərinə hörmətsizliyini hələ də açıq şəkildə nümayiş etdirməkdədir.
BMT müstəvisində mina problemi haqqında müzakirələr keçirilib
Azərbaycan dövləti mina problemini davamlı olaraq beynəlxalq müzakirələrə çıxarır. BMT-nin Nyu-York şəhərində yerləşən mənzil-qərargahında Yüksək Səviyyəli Siyasi Forum çərçivəsində “Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq və heç kəsi kənarda qoymamaq naminə mina və partlamamış hərbi sursat fəaliyyətləri” adlı paralel tədbirin keçirilməsi də buna sübutdur. Tədbir Azərbaycanın İqtisadiyyat Nazirliyi, Laos Xarici İşlər Nazirliyi, BMT İnkişaf Proqramı və Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyanın (UNESCAP) birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə Laosun Baş nazirinin müavini, xarici işlər naziri Salemsay Kommasit çıxışı zamanı bildirib ki, partlamamış hərbi sursatlar və minalar Laos xalqının müharibənin qalıqlarından mübarizəsinə mane törədir və xalqın inkişafına ciddi təhlükə yaradır. Onun sözlərinə görə, ölkənin hazırda üçdə biri partlamamış hərbi sursatlardan çirklənib.
Daha sonra çıxış edən Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Laos və Azərbaycanın UNESCAP tərəfindən irəli sürülmüş Könüllü Milli Hesabat tvinninq təşəbbüsü çərçivəsində əməkdaşlıq etdiyini bildirib. Onun sözlərinə görə, konfransın mövzusu Azərbaycan, o cümlədən bəşəriyyət üçün əhəmiyyət kəsb edr. Nazir müavini əlavə edib ki, Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrasında qarşıya çıxan əsas problemlərdən biri beynəlxalq sülh və rifahın təmin olunması sahəsində qlobal təşəbbüslərə kölgə salan mina problemi məsələsidir. Bu baxımdan o, Azərbaycanın adınının dünyanın 5 ən çox minalanmış ölkələri siyahısına daxil edildiyini vurğulayıb: “Bu minalar Azərbaycanda insan təhlükəsizliyi üçün böyük təhdid təşkil etməyə davam edir. Təxminən 3400 azərbaycanlı mina partlayışının qurbanı olub. Onlardan təxminən 600-ü ölümlə nəticələnib. Mina partlayışına görə həyatını itirənlərdən 358-i uşaq, 30-u qadındır”.
Dayanıqlı inkişaf üçün mina təhdidi...
Sahib Məmmədovun sözlərinə görə, ərazilərin minalarla çirklənməsi əhalinin həyat və yaşayışını təhlükə altına alır, yüz minlərlə məcburi köçkünün öz evlərinə qayıtmasına mane törədir. O əlavə edib ki, bərpa istiqamətində minasızlaşdırmanın vacib rolunu qəbul edən Azərbaycan 18-ci milli Dayanıqlı İnkişaf Məqsədini irəli sürüb.
İqtisadiyyat Nazirliyinin dayaniqli inkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov 18-ci milli Dayanıqlı İnkişaf Məqsədinin məqsəd və hədəfləri barədə geniş təqdimatla çıxış edib.
Sonra BMT Baş katibinin köməkçisi, BMT İnkişaf Proqramının (UNDP) Avropa və Mərkəzi Asiya üzrə regional direktoru İrina Zivkoviç təmsil etdiyi qurumun Azərbaycanda aktiv komandasının fəaliyyət göstərdiyini qeyd edib. Onun sözlərinə görə, komanda mina məsələsi də daxil olmaqla sıx gündəliyə malikdir. UNDP rəsmisi, həmçinin Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə bu yaxınlarda beynəlxalq mina fəaliyyətinə dair konfrans keçirdiklərini əlavə edib. “UNDP mina çirklənməsi və partlamamış hərbi sursatlarla mübarizə aparan ölkələri dəstəkləyir. Bu dəstəyə ən yaxşı təcrübələrlə bağlı informasiya mübadiləsi, süni intellekt, dron, peyk kimi yeni texnologiyalarla bağlı məlumat paylaşımı, heyvanların, o cümlədən itlərin mina fəaliyyətlərinə cəlb olunması sahəsində təcrübə mübadiləsi daxildir. Azərbaycanın da bu sahədə çox yaxşı təcrübəsi var. Mən buna şəxsən şahid olmuşam. ANAMA və UNDP arasında Mükəmməllik Mərkəzi yaradılıb. Bu mərkəz gələcək dövrlər üçün fəaliyyətləri inkişaf etdirir və ilkin mərhələdə Azərbaycana, növbəti mərhələdə isə başqa regional və qlobal ölkələrə dəstək məqsədi daşıyır. Əməkdaşlığımızdan böyük gözləntilərimiz var”,- deyə BMT Baş katibinin köməkçisi bildirib.
Əmək və əhlinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov isə çıxışında mina qurbanlarının sosial müdafiəsi barədə danışıb və nazirliyin onların həyat şəraitinin inkişafı və təminatı sahəsində əhəmiyyətli addımlar atdığını qeyd edib. Nazir müavini bildirib ki, minadan əziyyət çəkən insanların sosial ödənişlərinin artırılması və sosial müavinətlərin təyin edilməsi üçün vacib qanunlar irəli sürülüb. “Bu baxımdan, 10 yeni sosial müavinət təyin edilib. 2018-ci ildə 4 sosial islahatlar paketi həyata keçirilib. Artırılmış sosial müavinətlər əhalinin ən həssas təbəqəsinə yönləndirlir. Onların əhatəsi 60 faiz artaraq 880 min insanı əhatə edib”,- deyə Anar Kərimov bildirib.
Nazir müavini əlavə edib ki, mina qurbanları sosial sığorta proqramı çərçivəsində birdəfəlik təzminatla təmin olunurlar. Təzminatın məbləği mina insidenti nəticəsində baş vermiş xəsarətin dərəcəsindən asılıdır. O həmçinin əlavə edib ki, mina qurbanları müxtəlif tibbi və fiziki sosial reabilitasiya xidmətlərindən yararlanmaq şansına malikdirlər. Bu baxımdan o 700-lük yataq yerinə malik 14 reabilitasiya mərkəzinin mövcud olduğunu qeyd edib.
Sonda Azərbaycan nümayəndə heyəti tədbir iştirakçılarının suallarını cavablandırıb.
Ermənistan dəqiq mina xəritələrini təqdim etməlidir
Ümumiyyətlə, beynəlxalq təşkilatlar Ermənistanın mina terroruna biganə qalmamalı, törədilən hərbi və ekoloji cinayətlərə, humanitar hüquq pozuntularına sərt reaksiya verməli, dəqiq mina xəritələrinin Azərbaycana təqdim edilməsi istiqamətində bu ölkəyə ciddi təsirlər göstərməlidir. Xüsusilə, mina qurbanlarının sayının artmasının əsas səbəblərindən biri Ermənistanın üzərinə götürdüyü öhdəliyə zidd olaraq dəqiq mina xəritələrini ölkəmizə verməməsidir. Məlumdur ki, müharibə başa çatandan sonra Ermənistan mina xəritələrinin bir hissəsini Azərbaycan tərəfinə təhvil vermişdi. Lakin araşdırmalar nəticəsində məlum oldu ki, erməni tərəfinin təqdim etdiyi xəritələrin cəmi 25 faizi düzgündür. Rəsmi Bakı dəfələrlə Ermənistana düzgün xəritələrin verilməsi ilə bağlı çağırış edib. Nəzərə almaq lazımdır ki, mülki təyinatlı ərazilərin kütləvi şəkildə minalanması beynəlxalq hüquq normalarının ciddi şəkildə pozulması ilə yanaşı, insanlıq əleyhinə törədilən cinayətdir. Ona görə də, müvafiq beynəlxalq təşkilatlar, bütövlükdə dünya ictimaiyyəti Azərbaycanın çağırışlarına adekvat cavab verməli və bütünlüklə dəqiq mina xəritələrinin ölkəmizə təhvil verilməsi üçün rəsmi İrəvana təzyiq göstərilməlidir.
Eyni zamanda, Azərbaycan öz ərazilərinin minalardan təmizlənməsi işində beynəlxalq təşkilatlardan fəal dəstək gözləyir. Ona görə də, qeyd etdiyimiz kimi, müvafiq beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkələrin parlamentləri, insan haqlarının müdafiəsi ilə məşğul olan qurumlar Azərbaycana qarşı davam etdirilən mina terroruna biganə qalmamalıdır.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14

