Almaniya icazə verməyəcək...
26.07.2024 [10:45]
Berlin Rusiya ilə birbaşa qarşıdurmaya getməməyə çalışır
Rusiya-Ukrayna müharibəsinin davam etməsi fonunda Qərb ölkələrinin Kiyevə hərbi dəstəyinin yeni mərhələsi başlayıb. Xüsusilə, hərbi dəstək NATO-nun Vaşinqton sammitindən sonra daha da güclənməyə başlayıb. Məsələn, Danimarka və Niderland yayın sonunadək Ukraynaya daha 14 “Leopard 2” tankı tədarük edəcək. Bu barədə Niderland Müdafiə Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir. “Ötən il Niderland və Danimarka “Rheinmetall” kompaniyası tərəfindən əsaslı təmir edilən 14 “Leopard 2A4” tankı alıb. Tanklar yayın sonunadək Kiyevə təhvil veriləcək”, - deyə məlumatda bildirilir. Niderlandın müdafiə naziri Ruben Brekelmans isə öz növbəsində döyüş meydanındakı çətin vəziyyətlə əlaqədar Ukraynanın daha çox hərbi dəstəyə ehtiyacı olduğunu qeyd edib. Onun sözlərinə görə, Amsterdam tərəfdaşları və müttəfiqləri ilə birgə Ukraynaya lazımi dəstəyi davam etdirəcək.
Olaf Şolts: Silahlarımızın Rusiya ərazisinə nüfuz etməsinə icazə verməyəcəyik
Qeyd edək ki, rəsmi Kiyevin NATO tərəfdaşlarından əsas istəklərindən biri onların verdiyi silahlarla Rusiya ərazisinin vurulmasına icazə verilməsidir. Hətta Ukraynaya dəstək üçün hərbçilərin göndərilməsi barədə da çağırışlar var. Fransa bir müddət öncə bir qrup hərbçidən ibarət heyəti bu ölkəyə göndərdiyini bəyan etmişdi. Lakin Almaniya rəsmi Kiyevin istəyinə mənfi cavab verib. “Mən Ukraynaya əsgər göndərməyəcəyəm, alman pilotları və qırıcıları ilə birlikdə Rusiya təyyarələrini və raketlərini vurmayacağam”. Bunu Almaniya Kansleri Olaf Şolts Saarbrükendə vətəndaşlarla görüşü zamanı deyib. “Biz Rusiya ilə NATO arasında müharibəyə səbəb olacaq heç bir iş görməyəcəyik. Və silahlarımızın Rusiya ərazisinə nüfuz etməsinə icazə verməyəcəyik”, - deyə Kansler bəyan edib.
Bununla belə, bəzi ölkələr Ukraynaya göndərdikləri silahlarla Rusiya ərazisini vurmağa icazə veriblər. Əgər bir müddət öncəyə qədər Qərbin aparıcı dövlətləri, eyni zamanda, NATO üzvü olan mərkəzi Avropa ölkələri onların silahları ilə Rusiyaya qarşı zərbələr endirməyə icazə vermirdilərsə, bu qadağa aradan qaldırılıb. Xatırladaq ki, hələ bir müddət öncə bir sıra ölkələr bunu NATO-Rusiya qarşıdurmasının məşqi olacağını söyləyirdilər. Bildirilirdi ki, hazırk? məqamda NATO-nun Rusiyaya qarşı hərbi əməliyyatlara başlaması real deyil. Amma verilən qərarlar bunun əksini göstərir. Məlumdur ki, Böyük Britaniya, Latviya, Litva, Niderland, Polşa, Finlandiya, Fransa, Çexiya, İsveç və Estoniya Ukraynaya öz silahları ilə Rusiya ərazisinə zərbələr endirməyə icazə verib. Bir müddət öncə verdiyi açıqlamada NATO-nun Baş katibi Yens Stoltenberq də Rusiyadakı silah obyektlərinin məhv edilməsi üçün Qərb silahlarının istifadəsinə qoyulan qadağanın aradan qaldırılmasına çağırmışdı. Xatırladaq ki, bir qrup ABŞ Konqresinin üzvü Ukraynanın Rusiya ərazisinə qarşı hücumlarda ABŞ silahlarından istifadə etməsinə icazə verilməsini istəmişdi. Qeyd etdiyimiz kimi, NATO-ya sonuncu üzv qəbul edilən İsveç də Kiyevə belə bir icazə verib.
Berlin Kiyevə hərbi yardım baxımından dünyada ikincidir
Almaniya bu məsələdə tərəddüd etsə də, Ukraynaya kifayət qədər hərbi dəstək göstərib. Kansler Şolts da sözügedən görüşdə xatırladıb ki, ABŞ-dən sonra Ukraynanın əsas dəstəkçisi Almaniya hesab olunur. Ümumilikdə, Almaniya Kiyevə hərbi dəstək üçün təxminən 28 milyard avroluq gələcək xərcləri öz üzərinə götürüb.
Rusiya seyrçi qalmaq fikrində deyil
Nəzərə alaq ki, ABŞ bu münaqişənin davam etməsinə maraqlı görünür. Qərb müharibəyə qarşı çıxan Şərqi Avropa ölkələrini təzyiq altında saxlayır. Yaxın zamanlarda NATO-nun Ukraynaya əlavə hərbi yardım paketini təsdiqləməyə hazırlaşması da bunun göstəricisidir. Bu paketə Ukraynaya təlim və təhlükəsizlik yardımının çatdırılmasının asanlaşdırılması üçün Almaniyanın Visbaden şəhərində NATO komandanlığının yaradılması da daxildir. Yeni yaradılacaq NATO komandanlığı ABŞ-ın indiyə kimi həyata keçirdiyi təhlükəsizlik yardımı və təlimlərin koordinasiyası ilə bağlı rəhbərlik missiyasını öz üzərinə götürəcək. Komandanlıqla yanaşı, NATO-nun şərq bölgələrində logistika qovşaqları olacaq.
Təbii ki, Rusiya Qərbin bu addımlarına qarşı seyrçi qalmaq fikrində deyil. Rəsmi Moskva dəfələrlərlə bəyan edib ki, NATO silahları ilə ölkəyə hücum cavabsız qalmayacaq. Ona görə də, Almaniya bu məsələdə mümkün qədər ehtiyatlı davranmağa və Rusiya ilə birbaşa qarşıdurmaya getməməyə çalışır.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27

