İrəvanın KTMT müəmması ...
08.08.2024 [12:12]
Fəaliyyətini dondurduğunu iddia edən İrəvan bağları tam qopara bilmir
Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) fəaliyyəti ilə bağlı müəammalar hələ də davam etməkdədir. Qeyd edək ki, artıq bir neçə ildir ki, rəsmi İrəvan KTMT çərçivəsində keçirilən fərqli strukturların görüşlərinə qatılmır, keçirilən hərbi təlimlərdə iştirak etmir. Ermənistan 2023-cü il yanvar ayında öz ərazisində KTMT təlimlərinin keçirilməsinə etiraz etmişdi, həmin ilin martında isə öz nümayəndəsini KTMT rəhbərinin müavini vəzifəsinə təyin etməkdən imtina etmişdi. 2023-cü ilin noyabrında Ermənistan baş naziri İrəvanda keçirilən KTMT sammitinin yekun sənədini imzalamamışdı. Bu il fevralın 22-də Ermənistan baş naziri Nikol Paşinyan Ermənistanın KTMT-də iştirakının “dondurulduğunu” bildirib. Mayın 8-də parlament saatı zamanı Paşinyan Ermənistanın KTMT-nin maliyyələşdirilməsindən də imtina etdiyini bəyan edib, daha sonra isə Ermənistan Təşkilatın mayın 31-də Almatıda keçirilən KTMT Müdafiə Nazirləri Şurasının işində də iştirak etməyib. Eyni zamanda, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan KTMT Xarici İşlər Nazirləri Şurasının iyunun 21-də Almatıda keçirilən iclasına da qatılmayıb.
Yenə də imtina...
Rəsmən KTMT üzvü olan Ermənistan yenə də analoji mövqeyini davam etdirir. Belə ki, İrəvan KTMT-nin sentyabrın 3-dən 15-dək Qırğızıstanda keçiriləcək “Qarşılıqlı fəaliyyət-2024” təlimində iştirakdan imtina edib. Bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb. “Ermənistan tərəfi təlimlərdə iştirak etməyi planlaşdırmadığını açıqlayıb”, - məlumatda bildirilib.
Qeyd edək ki, Ermənistan KTMT-nin Rusiya Qvardiyasının rəhbərliyi ilə avqustun 14-dən 16-dək Novosibirskdə keçiriləcək “Kobalt-2024” təlimlərində də iştirakdan imtina edib. Yayılan məlumatda göstərilib ki, tədbirdə Rusiya, Belarus, Qazaxıstan, Tacikistan və Qırğızıstanın nazirlik və idarələrinin nümayəndələri iştirak edəcəklər. “İştirakçılar təcrübə mübadiləsi aparacaq və xüsusi təyinatlı bölmələr arasında qarşılıqlı fəaliyyət bacarıqlarını təkmilləşdirəcəklər. Xüsusi təyinatlılar aviasiya və PUA-lardan istifadə edərək binalara və nəqliyyat vasitələrinə basqın etmək, girovları azad etmək və yaraqlıları zərərsizləşdirmək üçün məşq edəcəklər”, - məlumatda bildirilib.
KTMT-yə “yox” deyir, ABŞ ilə təlim keçir...
Bəli, Ermənistanın tədbirlərində iştirak etmədiyi qurumdan çıxması hələ də təsdiqlənməsə də, Paşinyan adminstrasiyası bu “faktı” ölkəsinin “Qərbə inteqrasiya” yolu seçməsi ilə əlaqələndirir. Əslində qurum heç bir hərbi məna daşımayan Ermənistanın KTMT-də yoxluğu faktiki heç nəyi dəyişməyəcək - bu ölkə qurumda hansısa yüksəksəviyyəli silahlı bölmə və ya təchizatla təmsil olunmur. Eyni zamanda, yayılan məlumatlara görə artıq bir müddətdir ki, Ermənistan KTMT üzvlüyü ilə bağlı üzvlük haqqı da ödəmir. Bunun əksinə, qurumun Nizamnaməsinə zidd olaraq Ermənistan iki ildir ki, KTMT-nin qarşı qütbü kimi dəyərləndirilən ABŞ ilə “birgə təlim” keçir. “Eagle Partner” adlı Ermənistan-ABŞ birgə təlimləri ilk dəfə ötən ilin sentyabrında reallaşmışdı. Bu dəfə isə iyulun 15-dən 24-dək Ermənistanda “Eagle Partner 2024” adlı birgə erməni-amerikan hərbi təlimləri keçirilib.
Bu ölkənin siyasi rəhbərliyi fərqli güclərin, xüsusilə ABŞ və Aİ-nin “əl oyuncağı”na çevrliməklə yeni reallıqlar formalaşdıracağını düşünür. Amma bu kimi bəsit düşüncə ilə sadəcə özünü uçurumun bir addımına “yetirə bilən” Paşinyan hakimiyyəti ciddi təlatümlərlə qarşı-qarşıya olduqlarını deyəsən hələ dərk etməyiblər. “KTMT-dəki fəaliyyətimizi dondurduq” deyib illərdir tavanı altına sığındığı hərbi ittifaqa arxa çevirən Ermənistan Qərb “çətirinin” silah-sursatına, təlimlərinə susayıb. Ermənistan yalançı “şirin vədlərə” uyub bölgədə qeyri-adekvat mövqedən çıxış etməzdən qabaq iki dəfə düşünməlidir - İrəvan “hərbi fon”unu bir anda KTMT-dən “NATO-ya” dəyişəcəyini fikirləşir. Belə olan təqdirdə KTMT medalyonunun arxa üzü olan Avrasiya İqtisadi İttifaqında hansı “üzlə” təmsil olunacaq?
Aİİ qorxusu...
Əslində Ermənistan hakimiyyətinin KTMT ilə bağlarını tam qoparmamasının ilkin səbəbi məhz Aİİ-dir. Statistik rəqəmlərə nəzər saldıqda bəlli olur ki, Ermənistanın xarici ticarət dövriyyəsinin ən mühüm hissəsi məhz MDB məkanı ilədir. Başqa sözlə, həm KTMT-də, həm də Aİİ-də tərəfdaş olduğu ölkələrə arxa çevirmək İrə?an üçün yaxşı perspektiv vəd etmir. Məsələn, Ermənistanın ən böyük xarici ticarət tərəfdaşı Rusiya, Belarus və Qazaxıstandır. İxrac həcminə görə də ilk üçlükdə Rusiya, Belarus və Qazaxıstan yer tutmaqdadır. İdxalla bağlı göstərcidə isə sadəcə siyahıda üçüncü olan Qazaxıstanı Ukrayna əvəzləyir. Bu göstərcilərə əslində Ermənistanın iqtisadi durumundan çox siyasi durumunu göz önünə gətirir. Bu gün KTMT-də iştirakdan imtina etməklə həm də dolayısı ilə Rusiyadan imtina etdiyini bildirən Ermənistan odla oynayır. KTMT-də özünü “donduran” Ermənistanın qaz təchizatı birbaşa Rusiya ilə əlaqələdir - belə olan halda, İrəvan qışda sözün əsl mənasında donmalı olar. Bunu düşünməyən Ermənistanın siyasi hakimiyyəti ölkəsini artıq təhlükələr qarşısında qoymaqdadır. Hərbi müttəfiqliyin ardından, iqtisadi partnyorluğun da üstündən xətt çəkməli olacaq Ermənistanı daha ağır şərtlər gözləyir...
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxMədəniyyət
11 Sentyabr 23:30
Sosial
11 Sentyabr 23:13
Daxili siyasət
11 Sentyabr 22:56
İqtisadiyyat
11 Sentyabr 22:42
Mədəniyyət
11 Sentyabr 22:25
Hadisə
11 Sentyabr 22:05
Hadisə
11 Sentyabr 21:55
Elm
11 Sentyabr 21:45
Xəbər lenti
11 Sentyabr 21:30
İdman
11 Sentyabr 21:20
Mədəniyyət
11 Sentyabr 21:15
Xəbər lenti
11 Sentyabr 21:00
İqtisadiyyat
11 Sentyabr 20:36
Siyasət
11 Sentyabr 20:00
Siyasət
11 Sentyabr 19:41
Sosial
11 Sentyabr 19:15
Siyasət
11 Sentyabr 18:49
Siyasət
11 Sentyabr 18:20
Dünya
11 Sentyabr 18:18
Dünya
11 Sentyabr 18:15
Sosial
11 Sentyabr 18:06
YAP xəbərləri
11 Sentyabr 18:00
YAP xəbərləri
11 Sentyabr 17:55
Sosial
11 Sentyabr 17:35
Xəbər lenti
11 Sentyabr 16:56
Turizm
11 Sentyabr 16:50
İdman
11 Sentyabr 16:44
Sosial
11 Sentyabr 16:40
Elm
11 Sentyabr 16:31
Sosial
11 Sentyabr 16:09
Dünya
11 Sentyabr 16:09
YAP xəbərləri
11 Sentyabr 16:08
YAP xəbərləri
11 Sentyabr 16:06
İdman
11 Sentyabr 16:04
YAP xəbərləri
11 Sentyabr 15:59
YAP xəbərləri
11 Sentyabr 15:57
YAP xəbərləri
11 Sentyabr 15:56
YAP xəbərləri
11 Sentyabr 15:53
YAP xəbərləri
11 Sentyabr 15:51
Sosial
11 Sentyabr 15:48
Sosial
11 Sentyabr 15:40
Elm
11 Sentyabr 15:10
Gündəm
11 Sentyabr 15:07
Sosial
11 Sentyabr 14:42
Sosial
11 Sentyabr 14:37
Sosial
11 Sentyabr 13:29
İqtisadiyyat
11 Sentyabr 12:59
YAP xəbərləri
11 Sentyabr 12:56
Dünya
11 Sentyabr 12:18
Hərbi
11 Sentyabr 12:16
Sosial
11 Sentyabr 12:15
Mədəniyyət
11 Sentyabr 12:14
Dünya
11 Sentyabr 12:13
Mədəniyyət
11 Sentyabr 11:59
Dünya
11 Sentyabr 11:51
Sosial
11 Sentyabr 11:48
Dünya
11 Sentyabr 11:47
Dünya
11 Sentyabr 11:46
Siyasət
11 Sentyabr 11:45
YAP xəbərləri
11 Sentyabr 11:41
YAP xəbərləri
11 Sentyabr 11:40
Elm
11 Sentyabr 11:38
Sosial
11 Sentyabr 11:37
İqtisadiyyat
11 Sentyabr 11:36
Sosial
11 Sentyabr 11:35
İqtisadiyyat
11 Sentyabr 11:34
Hərbi
11 Sentyabr 11:31
Sosial
11 Sentyabr 11:24
Siyasət
11 Sentyabr 11:24
Sosial
11 Sentyabr 11:23