Aram Bransonun terror cəhdinin arxasında kimlər dayanır?
04.09.2024 [10:10]
Ötən həftəsonu ABŞ və Azərbaycan mediasının ortaq gündəmini zəbt edən əsas mövzulardan biri erməniəsilli Aram Bransonun azərbaycanlılara qarşı istifadə üçün bomba hazırlamağa cəhd göstərməsi və onun federal axtarışa verilməsi oldu.
Əslində, ən güclü erməni lobbisinin fəaliyyət göstərdiyi ABŞ-da belə halların hər zaman baş verə biləcəyi ehtimal edilsə də, şok effekti yaradan bu xəbər özü ilə bir çox sualları da gətirdi. Ona qarşı yalan ifadə vermə və faktı saxtalaşdırma, yaxud ört-basdır etmə maddələri ilə cinayət işi açılıb. Aşağıda sadalayacağımız hərəkətlərində açıq terror cəhdi olan Aram Bransona qarşı niyə yalnız bu maddələr üzrə cinayət işinin açılması yaranan ilk sualdır.
Ədliyyə Departamentinin açıqlamasında bildirilir ki, 2003-cü ildə doğulan, ata tərəfdən afro-amerikalı, ana tərəfdən isə erməniəsilli olan Aram Branson hüquq-mühafizə orqanlarının diqqətini ilk dəfə 2023-cü ilin yanvarında Çikaqo Dövlət Universitetinin yataqxanasındakı otağında barıtı bilmədən işə salaraq partlayış törədən zaman cəlb edib. Həmin vaxt o, hüquq-mühafizə orqanlarına, sadəcə, internetdə gördüyü videonu təqlid etdiyini açıqlayıb.
Sonra Bransonun otağında axtarış aparılıb, mobil telefonu və kompüteri götürülüb. Təhqiqatçılar otaqdan kalium nitrat, kömür, kükürd və izopropil spirti aşkar ediblər. Lakin Aram Bransona qarşı hələ də cinayət işi başladılmayıb.
2023-cü il avqustun 20-də Aram Branson Bostondakı Loqan Beynəlxalq Hava Limanından Parisə, oradan isə İrəvana uçmağı planlaşdırıb. Lakin baqaj yoxlanışı zamanı onun yükündən partlayıcı maddələr aşkarlanıb. Branson Gömrük və Sərhəd Müdafiəsi rəsmiləri tərəfindən sorğuya çəkilərkən heç vaxt odlu silah və ya partlayıcı maddə ilə işləmədiyini deyərək yalan ifadə verib. Bir neçə ay əvvəl otağında partlayış törədən, hətta baqajında da bənzər maddələr aşkarlanan şəxsin hava limanından rahatlıqla buraxılması sual doğuran digər məqamdır.
Hadisələr 2023-cü ilin yanvar və avqust aylarında baş verib. Ədliyyə Departamenti isə məlumatı o, ABŞ-ı tərk etdikdən bir il sonra - bu ilin avqustunda yayıb. Əllərində aşkar faktlar olan hüquq-mühafizə orqanları niyə bu qədər gözləyiblər? Bu məsələnin indi gündəmə gətirilməsinin səbəbi nədir? Bunlar da məsələ ilə bağlı açıq qalan suallardır.
Bransonun videoları nə göstərir?
Bransonun kompüterində inqilabi dəstələrin formalaşması, maliyyələşdirilməsi və silahlandırılmasını izah etdiyi təxminən 10-a yaxın video var. Videolar 2022-ci ilin mayında qeydə alınıb.
O, videolarında bəzi inqilabçı və terror təşkilatlarının adlarını çəkir, onların daxili struktur və qaydalarını izah edir, maliyyə cəlbi barədə məlumat verir. O, bomba və digər silahların əldə olunmasının bahalı, çətin olduğunu, qanuni maliyyə mənbələrinin (məsələn, üzvlük haqları) silah almaq xərclərini ödəmək üçün kifayət etməyəcəyini bildirir, silahların maliyyələşdirilməsi üçün narkotik vasitələrin satışı və ya soyğunçuluq təklifini irəli sürür.
O, videolarında, həmçinin potensial hədəfləri barədə danışır, bu baxımdan azərbaycanlı hərbi rəsminin və müxtəlif siyasi fiqurların adını çəkir. Branson bildirir ki, erməni dili terrorçu və inqilabçı olmaq istəyənlər tərəfindən istifadə edilməlidir. O qeyd edir ki, “terrorun dili ingilis deyil, erməni dilidir”, çünki kəşfiyyat orqanlarının erməni dilində ünsiyyətə nəzarəti çətindir. O əlavə edir ki, erməni-amerikalı inqilabçılardan ibarət bir qrup məhz erməni dilində deyil, ingilis dilində danışdıqları üçün tutulub. Onun bomba hazırlama videoları da erməni dilindədir.
Bransonun kompüteri onu da aşkara çıxarıb ki, o, 2022-ci ildə ABŞ-da, həmçinin xaricdə Azərbaycan və Türkiyəyə məxsus diplomatik binaların yerləşdiyi yerlərə dair axtarışlar aparıb. Axtarılanlar arasında Azərbaycan və Türkiyə səfirlərinin iqamətgahları da olub. Həmçinin o, “kənardan səfirliyin daxilindəki adamı güllələyərəmsə, hansı ölkədə həbsə girərəm” mövzusunda axtarış həyata keçirib.
Bütün bu sadalananlar A.Bransona qarşı terror maddəsi ilə cinayət işi açmaq üçün ciddi səbəblərdir.
Branson kimlərlə hərəkət edib?
Qeyd olunanlar, onun fəaliyyətləri və yazışmalar göstərir ki, Branson tək hərəkət etməyib, onu istiqamətləndirən şəxslər və ya qruplar olub. İstintaq məlumatlarına əsasən, o, silahlı mübarizə yolu ilə Ermənistanın müstəqilliyinə və “erməni ədaləti”nə nail olmağa çalışan “fədai”lərin yolu ilə getməyə can atıb.
2022-ci ilin payızında sosial media vasitəsilə yazışmalarında A və B kimi qeyd olunan və adları açıqlanmayan iki etnik erməni dostu ilə danışıb. Onlar da müzakirələrində yaşamaq, praktika və taktiki hərbi hazırlıq üçün hərbi düşərgə yaratmaq istəklərini ifadə ediblər.
Hətta otağında partlayış zamanı Bransonun A və B adlandırılan şəxslərlə telefon danışığının olduğu da aşkarlanıb. Onun polisə ifadə verənə qədər onlarla müzakirəni davam etdirdiyi məlum olub.
Sonrakı araşdırma zamanı məlum olub ki, Bransonun və A-nın 2022-ci ilin yayında Azərbaycan torpaqlarına səfər edərək orada yaşayan ermənilər üçün hərbi təlim keçmək cəhdləri uğursuz olub.
O, internet vasitəsilə üzvü olduğu Ermənistan İnqilabi Federasiyası (Daşnaksütyun) tərəfindən həyata keçirilmiş partlayış aktları barədə də axtarış aparıb.
2022-ci ilin noyabrında Branson B adlı şəxsə Ermənistan İnqilabi Federasiyasına üzv olmaq üçün and içdiyinə dair mesaj yazıb. Sonrakı araşdırma onun Federasiyanın Çikaqo şöbəsinə qəbul edildiyini və mərasim zamanı odlu silahla təntənəli atəş açıldığını göstərir. Branson vəzifəyə təyin olunarkən təşkilat tərəfindən ona verilmiş və üzərində “11/11/22” yazısı olan güllənin fotosunu da paylaşıb. Bu güllə partlayışdan sonra onun otağından tapılıb.
A.Bransonun sosial media üzərindən axtarışlarına, əlaqələrinə nəzər saldıqda onun silahlı terrorizmlə əlaqələri aydın görünür. Radikal Erməni İnqilabi Federasiyasının (ARF) üzvü kimi Aram Branson Çikaqo qurumun filiallarının işində fəal iştirak edib. O, həmçinin Erməni Gənclər Federasiyasının “Böyük Boston “Njde” bölməsinin üzvü olub. Njdenin kim olduğu hər kəsə yaxşı məlumdur. Bununla yanaşı, o, Amerika Erməniləri Milli Komitəsinin (ANCA) bir çox fəaliyyətlərində aktiv iştirak edib, onların lobbiçilik fəaliyyəti çərçivəsində ABŞ Konqresini ziyarət edib. ANCA-nın sosial şəbəkə hesablarında bununla bağlı məlumatlar yerləşdirilib. İndiki halda ABŞ-da konqresmenlərin və rəsmilərin bu təşkilatlarla əməkdaşlıq etmələri, ümumilikdə dəfələrlə terror hərəkətlərində adları hallanan bu qurumların cinayət məsuliyyətinə cəlb olunmaması təəssüf və təəccüb doğurur.
2023-cü ilin avqustunda ABŞ-ı tərk edərkən Branson Ermənistan Amerika Universitetində oxumaq üçün İrəvana getdiyini bildirib. Bu yaxınlarda əldə edilən məlumatlar onun Ermənistanda olduğunu göstərir. Onun yuxarıda göstərilən aktları ilə bağlı ABŞ-a gəlməsi üçün müraciət olunsa də, Branson geri qayıtmaqdan imtina edib. Maraqlıdır ki, harada olduğu bilinən ABŞ vətəndaşının ölkəsinə ekstradisiyası az qala mümkünsüz kimi təqdim edilir. Aram Branson isə rahatdır. Necə ki, rahat ABŞ-da hərəkət etdi, hava limanından keçərək Ermənistana getdi, indi də orada rahatlıqla ailə tədbirlərinə qatılır, fotolar paylaşır, müsahibələr verir.
Hansısa səbəb məsələnin məhz bir il sonra gündəmə gətirilməsi üçün şərait yaradıbsa, digər bir məqam bu hadisəyə uzun müddət göz yumulmasına səbəb olub. Başqa dillə desək, indiki halda bu məlumatın aşkara çıxarılması bəlkə də kimlərinsə “cəzalandırılmasına” xidmət edir. O zaman deyə bilərik ki, bir il ərzində hadisənin gizlədilməsi və şəxsin cinayət məsuliyyətinə cəlb edilməməsi də kimlərinsə marağı naminə baş verməyib. Hər halda ABŞ-dakı rəsmi orqanların cavab verməli olduğu bir çox suallar açıq qalır.
Xəbər lenti
Hamısına baxElm
10 Sentyabr 12:57
Xəbər lenti
10 Sentyabr 12:42
Elm
10 Sentyabr 12:25
YAP xəbərləri
10 Sentyabr 12:23
YAP xəbərləri
10 Sentyabr 12:21
Dünya
10 Sentyabr 11:57
Elm
10 Sentyabr 11:55
İdman
10 Sentyabr 11:54
Dünya
10 Sentyabr 11:53
Elm
10 Sentyabr 11:53
Diaspor
10 Sentyabr 11:52
Sosial
10 Sentyabr 11:18
Sosial
10 Sentyabr 11:17
İdman
10 Sentyabr 11:15
Xəbər lenti
10 Sentyabr 11:14
Dünya
10 Sentyabr 11:13
Sosial
10 Sentyabr 11:02
Elm
10 Sentyabr 11:02
İdman
10 Sentyabr 09:54
Elm
10 Sentyabr 09:53
Gündəm
10 Sentyabr 09:41
Gündəm
10 Sentyabr 09:33
Siyasət
10 Sentyabr 09:22
Elm
10 Sentyabr 09:04
Siyasət
10 Sentyabr 09:00
İdman
10 Sentyabr 08:57
Siyasət
10 Sentyabr 08:54
Siyasət
10 Sentyabr 08:52
Siyasət
10 Sentyabr 08:42
Siyasət
10 Sentyabr 08:39
Siyasət
10 Sentyabr 08:36
Siyasət
10 Sentyabr 08:33
Siyasət
10 Sentyabr 08:28
Maraqlı
10 Sentyabr 08:25
MEDİA
10 Sentyabr 08:22
Dünya
09 Sentyabr 23:35
Dünya
09 Sentyabr 22:49
Siyasət
09 Sentyabr 22:17
Elm
09 Sentyabr 21:42
İdman
09 Sentyabr 21:37
Gündəm
09 Sentyabr 21:02
İqtisadiyyat
09 Sentyabr 20:57
Sosial
09 Sentyabr 20:31
Sosial
09 Sentyabr 20:26
Elm
09 Sentyabr 20:09
Mədəniyyət
09 Sentyabr 20:04
Mədəniyyət
09 Sentyabr 19:43
Xəbər lenti
09 Sentyabr 19:14
Elm
09 Sentyabr 18:34
İqtisadiyyat
09 Sentyabr 18:28
İqtisadiyyat
09 Sentyabr 18:27
Hərbi
09 Sentyabr 18:26
Sosial
09 Sentyabr 18:21
İqtisadiyyat
09 Sentyabr 18:21
Elm
09 Sentyabr 17:48
Dünya
09 Sentyabr 17:41
Sosial
09 Sentyabr 17:40
Sosial
09 Sentyabr 17:38
Xəbər lenti
09 Sentyabr 17:36
Hərbi
09 Sentyabr 17:34
Siyasət
09 Sentyabr 17:32
YAP xəbərləri
09 Sentyabr 16:57
Xəbər lenti
09 Sentyabr 16:50
YAP xəbərləri
09 Sentyabr 16:28
YAP xəbərləri
09 Sentyabr 16:26
YAP xəbərləri
09 Sentyabr 16:24
Dünya
09 Sentyabr 16:21
Mədəniyyət
09 Sentyabr 16:19
İdman
09 Sentyabr 16:16
Siyasət
09 Sentyabr 16:15