Türkiyənin Kocaeli şəhərində Azərbaycan Mədəniyyət Evi açılıb
24.11.2012 [01:53]
Əli Həsənov: Son illər dünyada hökm sürən iqtisadi böhrana baxmayaraq, Avrasiyanın ən sürətlə inkişaf edən ölkələri olan qardaş Azərbaycan və Türkiyə iqtisadi artım tempini davam etdirib və onların iqtisadi modeli bütün dünyaya nümunə ola bilər
Türkiyənin Kocaeli vilayətində Azərbaycan Mədəniyyət Evinin açılış mərasimi keçirilib. Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov və Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Türkiyə Baş nazirinin müşaviri Sadəttin Kılıç, Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşları, digər rəsmi şəxslər və diaspor nümayəndələri mərasimdə iştirak ediblər.
İki il əvvəl Qartəpə rayonunda istifadəyə verilmiş Heydər Əliyev Parkında keçirilmiş mərasimdə çıxış edən Əli Həsənov bildirib ki, son illər dünyada hökm sürən iqtisadi böhrana baxmayaraq, Avrasiyanın ən sürətlə inkişaf edən ölkələri olan qardaş Azərbaycan və Türkiyə iqtisadi artım tempini davam etdirib və onların iqtisadi modeli bütün dünyaya nümunə ola bilər. Türkiyə və Azərbaycanın qardaşlıq rəmzi yalnız parklar deyil, xalqlarımızın gücünün, iqtisadi qüdrətimizin və mədəniyyətinin vəhdətidir. Bu həmrəylik və qardaşlıq siyasəti qlobal dünyada ölkələrimizin nüfuzunu daha da artırır. Azərbaycan Prezidenti İlham Əliyevin Xəzər hövzəsinin karbohidrogen ehtiyatlarının Türkiyə ərazisindən dünyaya çatdırılması və Qərb ilə Şərqi birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsi istiqamətində göstərdiyi səylər qardaş ölkə üçün böyük imkanlar yaradır. Azərbaycanda və Türkiyədə gələcək nəsillər də bu siyasətin bəhrəsini görəcəklər.
Prezident Administrasiyasının şöbə müdiri deyib ki, ölkələrimizin sürətli inkişafı və nüfuzunun artması fonunda Avropada və dünyada ölkələrimizi istəməyən İslamofobiya və antitürk təbliğatı aparan bəzi qüvvələr müxtəlif siyasətlər yürüdürlər. Onlar Türkiyə və Azərbaycanı İslam aləminin ən çox inkişaf edən ölkələri olaraq gördükləri üçün maneələr yaratmağa çalışırlar. Lakin bizim gücümüz, prezidentlərimizin siyasəti və xalqlarımızın iradəsi qarşısında dura biləcək bir qüvvə yoxdur. Biz gücümüzü birləşdirərək, əməkdaşlığımızı inkişaf etdirərək xalqlarımızın bütün dünyada mənafelərini müdafiə etməkdə davam edəcəyik. Bizim heç kimin torpaqlarında, sərvətində gözümüz yoxdur. Eyni zamanda, istəyirik ki, torpaqlarımız və sərvətimiz də bizə məxsus olsun və digər ölkələr buna hörmətlə yanaşsınlar.
Sonra, Kocaeli vilayətinin İzmit şəhərində Azərbaycan Mədəniyyət Evinin açılışı olub. Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar, Qartəpə bələdiyyəsinin sədri Şükrü Karabalık Azərbaycan nümayəndə heyətinə təşəkkürünü bildirib, xatirə hədiyyələri təqdim ediblər.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12

