Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / XXXI İstanbul Kitab Sərgisində Prezident Administrasiyasının şöbə müdirinin “Geopolitika” kitabının “imza günü” olub

XXXI İstanbul Kitab Sərgisində Prezident Administrasiyasının şöbə müdirinin “Geopolitika” kitabının “imza günü” olub

27.11.2012 [00:59]

TÜYAP Sərgi Mərkəzində keçirilən XXXI İstanbul Kitab Sərgisində Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənovun “Geopolitika” kitabının “imza günü” olub.
Türkiyənin “Bab-ı Ali” nəşriyyatında türkcə nəfis tərtibatda çapdan çıxmış kitabın imza mərasimində qardaş ölkənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver, burada səfərdə olan azərbaycanlı jurnalistlər, sərgiyə gəlmiş yerli və əcnəbi yazıçılar iştirak ediblər.
Doqquz fəsil, 460 səhifədən ibarət kitabda dünyanın əsas güc mərkəzlərinin Azərbaycanın da daxil olduğu Avrasiya coğrafiyasında siyasəti, bunun Xəzər hövzəsi və Cənubi Qafqazdakı proseslərə təsiri ətraflı təhlil edilib.
Mərasim iştirakçıları nəşrin əhəmiyyətini yüksək qiymətləndirərək kitabın universitet tələbələri, siyasətçilər üçün qiymətli mənbə olduğunu bildiriblər.
Müəllif, professor Əli Həsənov mərasimə qatılan yerli və əcnəbi oxucular üçün “Geopolitika” kitabını imzalayıb və onlara hədiyyə edib.

Paylaş:
Baxılıb: 864 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31