/ / Professor Nərgiz Paşayeva Avropa Ticarət, Kommersiya və Sənaye İqtisadi Palatasının “Xidmətlərə görə” qızıl ordeninə layiq görülüb
Professor Nərgiz Paşayeva Avropa Ticarət, Kommersiya və Sənaye İqtisadi Palatasının “Xidmətlərə görə” qızıl ordeninə layiq görülüb
15.12.2012 [01:43]
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, filologiya elmləri doktoru, professor Nərgiz xanım Paşayeva Avropa Ticarət, Kommersiya və Sənaye İqtisadi Palatasının (European Economic Chamber of Trade, Commerce and Industry - EEIG) “Xidmətlərə görə” qızıl ordeninə layiq görülüb.
Palatadan AzərTAc-a bildiriblər ki, dekabrın 13-də Avropa Ticarət, Kommersiya və Sənaye İqtisadi Palatasının Brüsseldə yerləşən Senatı professor Nərgiz Paşayevanı göstərdiyi xidmətlərə görə bu qurumun qızıl ordeni ilə təltif etmək barədə qərar qəbul edib.
Avropa Ticarət, Kommersiya və Sənaye İqtisadi Palatasının “Xidmətlərə görə” qızıl ordeni Palatanın Brüsseldə yerləşən Senatı tərəfindən mühüm xidmətləri ilə seçilən və fəaliyyətində peşəkarlıq nümayiş edən ziyalı xadimlərə təqdim olunur.
Nərgiz Paşayeva Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1983-cü ildə Bakı Dövlət Universitetinin (BDU) filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2006-2008-ci illərdə BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsində çalışıb.
O, Azərbaycan ədəbiyyatı tarixi kafedrasının assistentindən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru vəzifəsinə qədər mürəkkəb bir yol keçib, “Azərbaycanın Əməkdar Elm Xadimi” fəxri adına layiq görülüb. Çox cəhətdən məhz filialın rektorunun səyləri sayəsində qısa müddətdə Bakıda regionun ən yaxşı ali məktəblərindən biri yaradılıb. Burada təhsilin keyfiyyəti ən yüksək tələblərə müvafiqdir. Nərgiz Paşayeva bir sıra monoqrafiya və kitabların, elmi və dövri mətbuatda dərc edilmiş onlarca məqalənin müəllifidir.
Professor Nərgiz Paşayevanın layiq görüldüyü təltiflər arasında dünya mədəniyyətinin inkişafına verdiyi töhfəyə görə UNESCO-nun medalı, Macarıstanın “Xidmətlərə görə” Komandor Xaç ordeni var. O, Rusiya-Azərbaycan mədəni əlaqələrinin inkişafına və rus incəsənətinin xaricdə populyarlaşdırılmasına böyük töhfələrinə görə “Dostluq” ordeni ilə təltif edilmiş yeganə qadındır.
Professor N.Paşayeva təbiətən yaradıcı insandır, onun 2006-cı ildə yaratdığı “ÜNS” Teatrı sənət xiridarlarının sevimli məkanına çevrilib. Tanınmış alim, filologiya elmləri doktoru, pedaqoq, ictimai xadim, professor Nərgiz Paşayevanın bütün uğurları gərgin əməyin nəticəsidir. Azərbaycan Yazıçılar Birliyinin üzvü və İngiltərə-Azərbaycan Xeyriyyə Cəmiyyətinin həmsədri kimi o, öz tələbələrinə həqiqi vətənpərvərliyin gözəl nümunəsini göstərir.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59

