Avropa Şurası səhvini düzəldəcəkmi?
26.09.2024 [12:14]
Təşkilat erməni lobbisinin əlində alətə çevrilməməlidir
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində sentyabrın 24-də Avropa Şurasının baş katibi Alen Berse ilə görüşüb. Görüşdə Azərbaycan və Avropa Şurası arasında mövcud gündəlikdə duran məsələlər, habelə cari regional vəziyyət müzakirə olunub.
Ceyhun Bayramov Avropa Şurasının baş katibi ilə görüşüb
Azərbaycanın dialoq və qarşılıqlı hörmətə əsaslanaraq hər zaman Avropa Şurasının təsisatları ilə əməkdaşlığa açıq olduğu bildirilib. Buna baxmayaraq, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) cari ilin yanvar ayında Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiq etməməsinə dair qərarının əsassız və açıq şəkildə qərəzli olmaqla yanaşı, dialoqa xidmət etmədiyi vurğulanıb. Tərəflər arasındakı bütün fikir ayrılıqlarının dialoq, qarşılıqlı hörmət və anlaşma vasitəsilə həll edilməli olduğu, Azərbaycan tərəfinin Avropa Şurası və onun təsisatlarından gözləntisinin də məhz bundan ibarət olduğu bildirilib.
Nazir Ceyhun Bayramov, həmçinin qarşı tərəfə postmünaqişə dövründə mövcud vəziyyət və reallıqlar barədə ətraflı məlumat verib, Azərbaycan və Ermənistan arasında sülh prosesinin gedişatından bəhs edib.
AŞPA ikili standartlar “məkanı”dır
Məlumdur ki, hazırda Azərbaycanla Avropa Şurası arasında münasibətlər kifayət qədər soyuqdur. Bunun səbəbi isə təşkilatın ölkəmizə qarşı qərəzidir. Azərbaycanın dinamik inkişafı, regional və beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi tanınması, xüsusilə ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi bəzi xarici dairələr tərəfindən narahatlıqla qarşılanır. Azərbaycanın artan gücünün, müstəqil siyasətinin narahatlıqla qarşılanması səbəbindən həmin dairələr müxtəlif vasitələrlə ölkəmizə təsir etməyə çalışırlar. Onlar ölkəmizə qarşı təzyiq mexanizmi formalaşdırmaq üçün müxtəlif ölkələr və təşkilatlar çərçivəsində “qara piar” kampaniyası aparır və Azərbaycana qarşı əsassız sənədlər qəbul edirlər. Belə ki, bir qisim təşkilatlar hesabat və ya bəyanatlarında qeyri-obyektiv məlumatları dövriyyəyə buraxmaqla ölkəmizi hədəfə alır və dünya ictimaiyyətini çaşdırmaqla mənfi ictimai rəy formalaşdırmağa çalışırlar.
Bu təşkilatlardan biri də Avropa Şurasıdır. Xatırladaq ki, həmin təşkilat dəfələrlə ölkəmizə qarşı qeyri-obyektiv mövqe sərgiləyib, qurumun Parlament Assambleyası isə əsassız qətnamələr qəbul edib. İslamofobiyanın kök saldığı beynəlxalq təşkilatlardan biri olan Avropa Şurası Parlament Assambleyası tərəfindən 2024-cü ilin yanvar ayında Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin qəbul və ratifikasiya olunmaması ölkəmizə qarşı qərəzin daha bir bariz nümunəsidir. Təşkilatda iki müsəlman ölkəsindən biri olan Azərbaycan AŞPA-dakı islamofob ritorikaya cavab olaraq təşkilatdakı fəaliyyətini dayandırdı.
Dövlətimiz milli maraqlarımızı qoruyur
Ümumiyyətlə, müstəqil Azərbaycan özünün milli maraqlar üzərində qurulan xarici siyasətində beynəlxalq təşkilatlarda təmsilçiliyə böyük önəm verir. Bunun nəticəsidir ki, hazırda respublikamız həm geniş İslam dünyasında, həm də Avropanın müxtəlif təşkilatlarında uğurla təmsil olunur. AŞPA kimi ikili standartlardan çıxış edən qurumlar isə qarşılıqlı münasibətlərə xələl gətirir. Xaricdəki erməni lobbisinin təsirlərinə məruz qalan AŞPA ölkəmizə münasibətdə adekvat olmayan davranışlar sərgiləyib. Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra təşkilat tərəfindən ölkəmizə qarşı qərəzli qərarlar qəbul olunub. Ötən ilin sentyabrında Qarabağ erməniləri könüllü surətdə Ermənistana köç etdikləri halda, AŞPA ölkəmizi əsassız olaraq etnik təmizləmədə ittiham edib. Bu kimi qərəz fonunda yanvar ayında məlum qərar verilib. Buna cavab olaraq Azərbaycan nümayəndə heyəti qurumda fəaliyyətini dayandırmaqla yanaşı, həmin qərara səs verən avropalı deputatların ölkəmizə girişinə qadağa qoyulub.
Azərbaycanın tələbi...
Real mənzərəni Prezident İlham Əliyev bu ayın əvvəlində İtaliyaya səfəri zamanı Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada ona ünvanlanan sualları cavablandırarkən ifadə edib. Dövlətimizin başçısının bildirdiyi kimi, biz bu gün Ukraynanın etməyə çalışdığından fərqli heç bir şey etməmişik. Ukrayna bu gün Qərbin çox geniş dəstəyinə rəğmən uğursuz şəkildə ərazi bütövlüyünü bərpa etməyə çalışır. Biz özümüz isə heç bir dəstək olmadan ərazi bütövlüyümüzü bərpa etdik. Biz öz torpağımızda döyüşdük və hər hansı təcavüzə əl atmadıq. “Buna səs verənlər bizi Avropa Şurasında görmək istəməyənlərdir. Yəni Azərbaycanın qərarı adekvat idi. Bizim qərarımız buna cavab idi. Onlar tərəfindən qərarın dəyişdiriləcəyi və bizim hüquqlarımızı bərpa etdikləri təqdirdə, gələn ilin yanvar ayında belə bir fürsət olacaqdır, bizim tətbiq etdiyimiz qadağa aradan qaldırılacaq. ...Bizim nümayəndə heyətimizin fəaliyyəti bərpa edilməlidir və o zaman bu qadağa aradan qaldırılacaq”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Beləliklə, Azərbaycanın Avropa Şurası qarşısında haqlı tələbi aydındır. Bu tələb yernə yetirildikdən sonra əməkdaşlıq bərpa ediləcək. BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov da dövlətimizin mövqeyini bir daha Avropa Şurasının baş katibinə çatdırıb. İndi seçim bu təşkilatdadır. Qərarı onlar verməlidir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
13 Oktyabr 17:24
Hadisə
13 Oktyabr 16:31
Dünya
13 Oktyabr 15:38
İdman
13 Oktyabr 14:26
Siyasət
13 Oktyabr 13:47
Diaspor
13 Oktyabr 13:35
Siyasət
13 Oktyabr 13:11
Hərbi
13 Oktyabr 12:48
Dünya
13 Oktyabr 12:27
Sosial
13 Oktyabr 11:46
Dünya
13 Oktyabr 11:17
İdman
13 Oktyabr 10:57
Dünya
13 Oktyabr 10:35
Xəbər lenti
13 Oktyabr 10:01
Dünya
13 Oktyabr 09:41
Dünya
13 Oktyabr 09:19
Dünya
13 Oktyabr 08:42
Sosial
12 Oktyabr 23:02
Diaspor
12 Oktyabr 22:47
Elm
12 Oktyabr 22:24
Hadisə
12 Oktyabr 22:03
İdman
12 Oktyabr 21:52
Dünya
12 Oktyabr 21:34
Dünya
12 Oktyabr 21:18
İdman
12 Oktyabr 20:57
Sosial
12 Oktyabr 20:34
Hadisə
12 Oktyabr 20:13
Dünya
12 Oktyabr 19:48
Hadisə
12 Oktyabr 19:33
Dünya
12 Oktyabr 19:11
Xəbər lenti
12 Oktyabr 18:59
Dünya
12 Oktyabr 18:26
İdman
12 Oktyabr 18:13
İqtisadiyyat
12 Oktyabr 17:55
Dünya
12 Oktyabr 17:28
Dünya
12 Oktyabr 17:14
Turizm
12 Oktyabr 16:56
Dünya
12 Oktyabr 16:27
Sosial
12 Oktyabr 16:04
Siyasət
12 Oktyabr 16:03
İqtisadiyyat
12 Oktyabr 15:36
Sosial
12 Oktyabr 15:15
Sosial
12 Oktyabr 15:09
İdman
12 Oktyabr 15:07
Siyasət
12 Oktyabr 15:02
Dünya
12 Oktyabr 14:53
COP29
12 Oktyabr 14:33
Hadisə
12 Oktyabr 14:19
Siyasət
12 Oktyabr 14:05
Dünya
12 Oktyabr 13:58
Sosial
12 Oktyabr 13:31
Hərbi
12 Oktyabr 13:26
Mədəniyyət
12 Oktyabr 13:16
Xəbər lenti
12 Oktyabr 12:53
İdman
12 Oktyabr 12:32
Dünya
12 Oktyabr 12:13
İqtisadiyyat
12 Oktyabr 11:49
Hadisə
12 Oktyabr 11:37
YAP xəbərləri
12 Oktyabr 11:25
Prezident bu gün
12 Oktyabr 11:08
Siyasət
12 Oktyabr 10:53
Siyasət
12 Oktyabr 10:39
İqtisadiyyat
12 Oktyabr 10:15
İqtisadiyyat
12 Oktyabr 09:58
Analitik
12 Oktyabr 09:33
MEDİA
12 Oktyabr 09:10
Sosial
12 Oktyabr 08:57
Dünya
12 Oktyabr 08:40
Ədəbiyyat
12 Oktyabr 08:16
Gündəm
12 Oktyabr 08:05