“Sülh göyərçini” obrazına girsə də...
28.09.2024 [09:24]
Paşinyanın yalanları deşifrə olunur
Cənubi Qafqazda sülhün təmin olunması üçün Ermənistan Azərbaycanın haqlı tələblərini yerinə yetirməlidir. Belə tələblərdən biri də erməni tərəfinin ölkəmizə qarşı ərazi iddialarına son qoyulmasıdır. Çünki bu ölkənin konstitusiyasında dövlətimizə qarşı ərazi iddiaları hələ də qüvvədə qalır. Azərbaycan rəsmi səviyyədə bununla bağlı qarşı tərəfə dəfələrlə xəbərdarlıq edib. Xatırladaq ki, Ermənistanın Müstəqillik Bəyannaməsinin preambulasında “Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ Milli Şurasının 1 dekabr 1989-cu il tarixli “Ermənistan SSR-ə yenidən birləşmək haqqında” birgə qondarma qərar yer almaqdadır. Yəni rəsmi olaraq Ermənistan hələ də 4.4 min kv km-lik Azərbaycan torpağına iddia ortaya qoyur. Yəni fakt açıq-aşkar ortadadır və əlavə şərhə ehtiyac yoxdur.
Paşinyan BMT-də konstitusiya dəyişikliyi barədə nə danışıb?
Lakin erməni tərəfi bu mövzuda spekulyasiyanı davam etdirməkdədir. Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxışı zamanı deyib ki, Konstitusiya Məhkəməsi Azərbaycanla sülh müqaviləsinin Ermənistanın əsas qanununa zidd olduğu qənaətinə gələrsə, sülh naminə konstitusiya dəyişikliklərinə ehtiyac yaranacaq: “Azərbaycanla sülh müqaviləsi imzalanarsa, onun məzmununun əsas qanuna uyğunluğunu yoxlamaq üçün ölkənin Konstitusiya Məhkəməsinə göndəriləcək və əgər Konstitusiya Məhkəməsi müqavilənin Ermənistan Konstitusiyasına zidd olduğu qənaətinə gəlsə, o zaman biz elə bir vəziyyətə düşəcəyik ki, sülhə nail olmaq naminə konstitusiya dəyişiklikləri zəruri olacaq”, - deyə o bildirib.
Paşinyan Nyu-Yorka səfəri zamanı BMT Təhlükəsizlik Şurasında “Sülh naminə liderlik: təhlükəsiz gələcək axtarışında BMT Nizamnaməsi ətrafında birləşmə” mövzusunda müzakirələrə qatılaraq Azərbaycana qarşı çıxış da edib. Sülh, əməkdaşlıq kimi məsələlərlə bağlı açıqlamalar verən Paşinyan bu toplantıda eyni rolu oynayıb: “Hökumətimiz regionumuzda münaqişələrə son qoymaq və mövcud dinamikanı firavanlıq, sabitlik və sülh naminə əməkdaşlığa çevirmək əzmindədir. Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır”. O vurğulayıb ki, rəsmi İrəvan Bakıda COP29-a qədər sülh müqaviləsinin artıq razılaşdırılmış maddələrinin imzalanmasını və bununla da sülh prosesinin inkişafı üçün stimullaşdırıcı mühitin yaradılmasını təklif edib. Paşinyan Azərbaycanla sərhədlərin müəyyənləşməsi üçün komissiyalar arasında sərhədlərin delimitasiyası prosesini davam etdirməyə hazır olduqlarını da qeyd edib. Erməni baş nazir bildirib ki, Ermənistanın regionda ədalətli, davamlı sülhə nail olmaq səylərinə BMT-nin güclü və birmənalı dəstəyi son dərəcə vacibdir. Paşinyan Azərbaycanla əldə edilən aşağı-yuxarı bütün uğurları Ermənistanın adına çıxmağa səy göstərib.
Ənənəvi erməni xisləti
Əslində, bu çıxış ənənəvi erməni xislətidir. Onlar sadəcə, sülh haqqında danışmaqla məşğuldurlar. Yəni Ermənistan manipulyativ metodlardan istifadə edir. Ermənistanın konstitusiyası “miatsum”u erməni xalqı qarşısında hədəf kimi müəyyən edir. Azərbaycan Ermənistan Konstitusiyasının dəyişdirilməsi zəruriliyini deyəndə onu nəzərdə tutur ki, Ermənistan vətəndaşları referendum vasitəsilə “miatsum” məsələsinə son qoymalıdır və Qarabağ məsələsinin birdəfəlik bitdiyini qəbul etməlidir. Onu da qeyd edək ki, 44 günlük Vətən müharibəsində qələbə qazansa da, Azərbaycan ilk olaraq Ermənistana sülh sazişi imzalamağı təklif edib. Lakin Paşinyan beynəlxalq müstəvidə Ermənistanı “sülh göyərçini” kimi təqdim etməyə çalışır.
Xatırladaq ki, sentyabrın 23-də VII çağırış Milli Məclisin ilk iclasında çıxışı zamanı Prezident İlham Əliyev sülh təşəbbüsü haqda bunları deyib: “Yenə də bildirmək istəyirəm ki, İkinci Qarabağ müharibəsində məhz Azərbaycanın təşəbbüsü ilə sülh danışıqları başlamışdır. O vaxt nə Ermənistan, nə başqa ölkələr, ümumiyyətlə, gələcək nədən ibarət olacaq, bu haqda heç öz fikirlərini formalaşdırmamışdılar. Bizim təşəbbüsümüz idi. Bir müddət sonra görəndə ki, bu, cavabsız qalır, biz artıq əsas baza prinsiplərini ortaya qoyduq, onları ictimailəşdirdik və artıq proses başlamışdır. Ancaq nəyi görürük? Görürük ki, Ermənistan bu məsələni süni şəkildə uzadır”. Prezidentin fikirləri Ermənistan baş nazirinin yalan danışdığını ifşa edir.
Rəsmi İrəvan saxtakarlıqdan əl çəkmir
Nəzərə alaq ki, rəsmi İrəvana təqdim olunan sülh təkliflərinə Azərbaycan indiyədək bitkin cavab almayıb. Ermənistan razılıq əldə edilən müddəaları rəsmi Bakıya imzalatdırmaqla öz aləmində, havadarları ilə birlikdə tələ qurmağa çalışır. Azərbaycanın rəsmi İrəvana işğalçı və təcavüzkar konstitusiyaya dəyişiklik edilməsi, kommunikasiyaların açılması, ermənilərin Azərbaycan torpaqlarında basdırdıqları minaların xəritəsini, işğal altında saxladığı kəndləri təhvil verməsi kimi şərtlərinə əməl edən sülhsevər, sazişə imza atmağa hazır olan tərəf olaraq göstərməyə çalışır, beynəlxalq ictimaiyyəti və rəyi çaşdırır. Bu erməni saxtakarlığıdır.
Sual olunur, BMT Ermənistan hakimiyyətinin yadına indi niyə düşüb? 1988-ci ildə azərbaycanlılar dədə-baba, tarixi yurdlarından qovulanda, vətəndaşlıqdan məhrum ediləndə, mal-mülkləri əllərindən alınanda ermənilərin yadına belə bir təşkilatın və insan hüquqlarının olduğu düşmürdü. Görünən odur ki, Ermənistan sülh prosesi ilə bağlı yalnız manipulyasiya etməklə məşğuldur.
Azərbaycanla Ermənistan arasında real və davamlı sülh müqaviləsinin imzalanması üçün əsas şərt başda “Ermənistan və Dağlıq Qarabağın birləşməsi”nə çağıran Ermənistanın Müstəqillik Aktına açıq şəkildə istinad edən Ermənistan Konstitusiyası olmaqla, bu ölkənin çoxsaylı hüquqi və siyasi sənədlərində təsbit edilmiş ölkəmizə qarşı davam edən ərazi iddialarına son qoyulmasıdır. Lakin N.Paşinyanın fikirlərindən görünən odur ki, erməni tərəfi dayanıqlı sülhdə maraqlı deyil və yalnız bu vəziyyəti gələcəkdə yenidən Azərbaycana qarşı təcavüzə başlamaq üçün ehtiyat variant kimi saxlamağa çalışır. Bu isə yolverilməzdir!
NARDAR
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12

