“Mədəniyyət haqqında” qanun layihəsi qəbul olunub
22.12.2012 [00:16]
Milli Məclisin dünən keçirilən iclasında Bakı şəhərində yeni rayonun yaradılması ilə bağlı qanun layihəsi də qəbul edilib
Dünən Milli Məclisin növbəti iclası keçirilib. İclasın gündəliyi təsdiq olunduqdan sonra millət vəkilləri cari məsələlərlə bağlı çıxışlar ediblər. Millət vəkili Qüdrət Həsənquliyev Azərbaycanın xarici siyasətində parlament diplomatiyasının əhəmiyyətini qeyd edib. O, bildirib ki, son illər Milli Məclisin xətti ilə bir sıra beynəlxalq tədbirlər, o cümlədən, qarşılıqlı xarici səfərlər Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından vacibdir. Millət vəkili, həmçinin, yanvar ayında AŞ PA-nın sessiyası zamanı Azərbaycan haqqında məsələnin müzakirə olunacağını xatırladıb. Onun fikrincə, sessiyadakı müzakirələr zamanı Azərbaycanın əleyhinə qərarların qəbul olunmasına imkan verilməməlidir.
Millət vəkili Zahid Oruc isə bildirib ki, Avropa Şurası bəzi hallarda Azərbaycan üzərində məhkəmə funksiyasını yerinə yetirməyə çalışır. Onun fikrincə, Azərbaycan-Avropa Şurası münasibətlərində yeni mərhələ başlamalıdır: “Yeni münasibətlərdə Avropa Şurasının da üzərinə düşən öhdəliklər olmalıdır”.
Məsələyə münasibət bildirən spiker Oqtay Əsədov da Avropa Şurasının bəzən Azərbaycana qarşı ikili standartlardan yanaşdığını deyib. Bununla belə, spiker qeyd edib ki, ölkəmiz qurumun qarşısında öhdəliklərinin mütləq əksəriyyətini yerinə yetirib: “Biz buna çalışmalıyıq ki, ölkəmiz tezliklə təşkilatın monitorinqindən çıxsın. Ona görə də, hər hansı yeni öhdəliklərə ehtiyac yoxdur”.
O.Əsədov Azərbaycanın beynəlxalq nüfuzunun artdığını da qeyd edib. Onun sözlərinə görə, bu günlərdə Bakı şəhərində GUAM Parlament Assambleyasının beşinci iclası yüksək səviyyədə keçirildi. Bu, miqyas baxımından təşkilatın ən möhtəşəm iclası oldu. O.Əsədov tədbirdə Avropanın beş parlament qurumunun nümayəndə heyətlərinin iştirak etməsini yüksək qiymətləndirib. Onun fikrincə, bu amil GUAM PA-nın beynəlxalq müstəvidə artan nüfuzunun göstəricisidir. “GUAM PA uğurlu fəaliyyətini davam etdirməklə, regionumuzdakı vəziyyəti, həqiqətlərimizi dünyaya çatdırmaq baxımından böyük tribuna, meydan olacaq. Onu da qeyd etmək istəyirəm ki, Azərbaycan beynəlxalq tədbirlərə həmişə yüksək səviyyədə ev sahibliyi edir və bu baxımdan Milli Məclis də bu işin öhdəsindən layiqincə gəlməyə çalışır” - deyə, spiker vurğulayıb.
YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə 24 dekabr tarixində Prezident İlham Əliyevin ad günü olduğunu vurğulayaraq, bu münasibətlə dövləb başçısını təbrik edib. A.Mirzəzadə bildirib ki, cənab İlham Əliyevin Prezidentliyi dövründə Azərbaycan yüksək inkişaf mərhələsinə qədəm qoyub və ölkəmiz dünyanın dinamik inkişaf edən dövlətlərindən birinə çevrilib.
Məhkəmə hakimləri təyin olunub
Daha sonra gündəlikdəki məsələlər müzakirə olunub. İlk olaraq Azərbaycan Ali Məhkəməsinin, Naxçıvan Ali Məhkəməsinin və Sumqayıt Apellyasiya Məhkəməsinin hakimlərinin təyin olunması haqqında qərar qəbul olunub.
Sonra “Mədəniyyət haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Qanun layihəsi barədə parlamentin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov məlumat verib. Nizami Cəfərov bildirib ki, bu gün mədəniyyətə dövlət tərəfindən böyük qayğı göstərilir. Ölkə həyatının bütün sahələrində, o cümlədən, mədəniyyət sahəsində ciddi irəliləyişlər baş verir. Bu proseslər fonunda bu sahənin qanunvericilik bazasının təkmilləşdirilməsinə və yeni qanunun qəbul olunmasına ehtiyac yarandı. Komitə sədrinin sözlərinə görə, qanun layihəsi 12 fəsil, 61 maddədən ibarətdir: “Layihənin həm komitə iclaslarında, həm də parlamentin plenar iclaslarında birinci və ikinci oxunuşlarda geniş müzakirələri keçirilib, bir çox təkliflər irəli sürülüb. Bu təkliflər mütəxəssislər tərəfindən araşdırılıb və son nəticədə üçüncü oxunuş üçün daha mükəmməl qanun layihəsi təqdim olunub”.
N.Cəfərov vurğulayıb ki, layihədə terminologiya ilə bağlı bir sıra dəqiqləşdirmələr aparılıb, ümumilikdə 26 anlayışın izahı verilib.
Müzakirələrdə çıxış edən YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov belə bir qanunun qəbul edilməsini vacib hesab edib. Onun sözlərinə görə, qanunun müddəaları kifayət qədər əhəmiyyətlidir. Bununla belə, S.Novruzov ölkəmizdə yaradıcı təşkilatların fəaliyyətinin qənaətbəxş olmadığını deyib: “Biz 21 ildir müstəqil dövlətik. Azərbaycan bir formasiyadan başqa bir formasiyaya keçib. Yeni dəyərlər formalaşır, yeni ideyalar yaranır, yeni hədəflər müəyyənləşir. Və bu hədəflərə çatmaq üçün yeni addımlar atılmalıdır. Lakin yaradıcı təşkilatların fəaliyyəti qənaətbəxş deyil, bu təşkilatlar 1960-cı illərdə olduğu kimidir. Dövlət bu sahəyə vəsait ayırır və buna görə də, sanballı, dünya miqyasına çıxa biləcək işlər ortaya qoyulmalıdır. Məsələn, uzun illər kinematoqrafiyaya vəsait ayrılırdı, amma Qarabağla bağlı bir film çəkə bilmirlər. Amma bu təşkilatın rəhbərlərinin məsələsi qoyulanda, onların səsləri Moskvadan gəlir. Yaradıcı təşkilatlar dövləti maraqlandıran sahələrlə bağlı addımlar da atmalıdırlar. Mən buraya elm sahəsini də əlavə etmək istəyirəm. Elm sahəsi ilə məşğul olanlar dünya miqyaslı elmi əsərlər, elmi nailiyyətlər ortaya qoymalıdırlar. Yeni nəsil üçün də stimullaşdırıcı addımlar atılmalıdır”.
S.Novruzovun iradları ilə razılaşan Mədəniyət komitəsinin sədri Nizami Cəfərov deyib ki, mədəniyyət və elm sahəsində inkişafa iqtisadi sahədəki inkişaf qədər tez nail olmaq mümkün deyil.
AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili Gövhər Baxşəliyeva çıxışında bildirib ki, AMEA-da aparılan tədqiqat işlərinin əhəmiyyəti böyükdür. Onun sözlərinə görə, xalqımızın keçmişi barədə bu gün bizdə olan məlumatlar, biliklər AMEA-nın institutlarının səyi nəticəsində əldə olunub.
Müzakirələrdən sonra qanun layihəsi qəbul olunub.
Bir sıra beynəlxalq sazişlər təsdiq edilib
İclasda bir sıra dövlətlərarası və beynəlxalq təşkilatlarla imzalanmış sənədlərə baxılıb. Belə ki, iclasda Türk Şurasının İkinci Zirvə Toplantısının Bəyannaməsinin təsdiqi, “Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” Sazişin təsdiqi, “Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında” Sazişin təsdiqi, “Ümumdünya Poçt Konvensiyasına və onun yekun Protokoluna qoşulmaq haqqında”, “Ümumdünya Poçt İttifaqının Nizamnaməsinə əlavə səkkizinci Protokola qoşulmaq haqqında”, “Ümumdünya Poçt İttifaqının Ümumi Reqlamentinə əlavə birinci Protokola qoşulmaq haqqında”, “Poçt ödəniş xidmətləri haqqında” Sazişə qoşulmaq barədə” qanun layihələri müzakirəyə təqdim olunub. Müzakirələrdən sonra bu sənədlər təsdiq olunub.
Vergi Məcəlləsinə də dəyişikliklər edilib
Daha sonra Vergi Məcəlləsinə dəyişikliklər məsələsinə baxılıb. Dəyişikliklərə əsasən, Azərbaycanda yaradılan sənaye və texnologiyalar parklarında fəaliyyət göstərən şirkətlərə vergi tətilləri veriləcək. Məcəlləyə edilən əlavəyə əsasən, ölkədə yaradılan sənaye və texnologiya parklarının idarəedici təşkilatı və ya operatorunun mənfəətinin parkın infrastrukturunun tikintisinə və saxlanılmasına yönəldilmiş hissəsi vergidən azad ediləcək. Bundan başqa, parkın rezidenti olan, yəni, burada fəaliyyət göstərən hüquqi şəxslərin parkdakı fəaliyyətindən əldə edilən gəlirlər 7 il müddətinə vergiyə cəlb edilməyəcək.
Vergi Məcəlləsinə edilən digər dəyişikliyə görə, Azərbaycanda vergi orqanlarının vergi borcu olan vergi ödəyicilərinin bank hesablarına sərəncam verməsi qaydaları dəyişdiriləcək. Məcəllənin 65.2-ci maddəsinə edilən dəyişikliklərə əsasən, bundan sonra vergi borcu olan vergi ödəyicisinin bank hesabına qoyulan sərəncam borcun (hesablanmış faizlər (dəbbə) daxil olmaqla) yalnız 105 faizi qədər ola bilər və yalnız məxaric əməliyyatlarını əhatə edəcək. Sənəddə bildirilir ki, vergi orqanı vergilər, faizlər və ya tətbiq edilən maliyyə sanksiyaları üzrə vergi ödəyicisinin milli və xarici valyutada, cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında müvəkkil banka və ya digər kredit təşkilatlarına icra sənədi olan sərəncam verir.
Qeyd edək ki, hazırda qüvvədə olan qaydaya əsasən, vergi ödəyicisinin hesabına qoyulan sərəncamda məbləğ və ya əməliyyat məhdudiyyəti nəzərdə tutulmayıb. Vergi ödəyicisi bununla bağlı bildirişin alındığı tarixdən 30 təqvim günü ərzində məhkəməyə müraciət edə biləcək. Bu müraciət olduğu halda müvəkkil bank sərəncamı məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən icra edəcək.
İclasda, həmçinin, Bakı şəhər inzibati ərazi vahidinin tərkibində Pirallahı rayonunun yaradılması haqqında qanun layihəsi müzakirəyə çıxarılıb. Layihəyə əsasən, Xəzər rayonunun ərazisində inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilərək yeni Pirallahı rayonunun yaradılması və Azərbaycan Respublikasının ərazi vahidlərinin dövlət reyestrinə daxil edilməsi nəzərdə tutulur. Yeni yaradılan rayonun inzibati ərazi bölgüsünə Pirallahı, Çilov və Neft Daşları qəsəbə inzibati ərazi dairələri daxildir.
Parlamentdə, həmçinin, Gəncə şəhərinin, Daşkəsən, Goranboy, Göygöl və Samux rayonlarının sərhədlərində qismən dəyişikliklər edilməsi barədə məsələ də müzakirə olunub. Bununla da, Gəncə şəhərinin ərazisi 2694 hektar genişləndirilərək 12,5 min hektara çatdırıb.
Hakimlərin fəaliyyəti 5 ildən tez olmayaraq qiymətləndiriləcək
“Məhkəmə-Hüquq Şurası haqqında” Qanuna dəyişikliklər haqqında isə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. O bildirib ki, təklif olunan dəyişikliyə əsasən Hakimlərin Seçki Komitəsinin qərarlarından həmin qərar qəbul edildiyi gündən 10 gün müddətində Məhkəmə Hüquq Şurasına şikayət verilə bilər. Şikayət daxil olduğu gündən 1 ay müddətində Məhkəmə Hüquq Şurasının iclasında baxılır.
Başqa bir dəyişiklik Məhkəmə Hüquq Şurası sədrinin səlahiyyət müddətinin uzadılması ilə bağlıdır. Dəyişiklikdə Məhkəmə Hüquq Şurası sədrinin səlahiyyət müddəti 5 il təklif olunub. Hazırkı qanunvericiliyə əsasən bu müddət 2 il 6 aydır.
Qanuna təklif olunan dəyişikliklərdən biri də hakimlərin fəaliyyətinin Məhkəmə Hüquq Şurası tərəfindən qiymətləndirilməsi ilə əlaqədardır. Dəyişikliyə əsasən hakimlərin fəaliyyəti 5 ildə bir dəfədən az olmayaraq (hazırda 3 ildən bir qiymətləndirmə keçirilir) Məhkəmə Hüquq Şurası tərəfindən qiymətləndiriləcək.
İclasda, həmçinin, “Məhkəmələr və hakimlər haqqında” Qanuna dəyişiklik edilib. Dəyişikliyə əsasən hakimlər öz razılığı ilə Məhkəmə-Hüquq Şurasının qərarına əsasən 2 ilədək müddətə Məhkəmə-Hüquq Şurasının Aparatına, habelə müvafiq icra hakimiyyəti orqanının müraciəti olduqda, tədris fəaliyyətində və ya birinci və apellyasiya instansiyası məhkəmələrində bu qanunun 86-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş sahələr üzrə işin təşkili vəziyyətinin yoxlanılmasında iştirak etmək üçün həmin quruma ezam edilə bilərlər. Zərurət olduqda bu müddət ezam edilmiş hakimin razılığı ilə yenidən 2 ilədək uzadıla bilər. Məhkəmə-Hüquq Şurasının Aparatına və ya müvafiq icra hakimiyyəti orqanına ezam edilmiş hakimin hakimlik stajı davam edir, hakimlərin statusundan irəli gələn maddi və sosial təminatları və imtiyazları saxlanılır. Ezam edilmiş hakim özünün və ya ezam edildiyi qurumun təşəbbüsü ilə Məhkəmə-Hüquq Şurasının qərarı ilə əvvəl işlədiyi vəzifəyə qaytarılır.
Qanun layihəsi barədə fikirlərini bildirən komitə sədri Əli Hüseynov vəkillik institutu barədə də danışıb: “Hazırda Azərbaycanda 400-ə qədər hakim var, ancaq adambaşına düşən vəkillərin sayı azdır. Məhkəmə-Hüquq Şurası həm vəkillərin sayının artması, həm də pulsuz vəkillik xidmətinin həyata keçirilməsi üzərində düşünür. Hazırda əsas səyimiz odur ki, mülki işlərlə bağlı vahid məhkəmə təcrübəsi olsun. Yəni, heç kimdə şübhə olmasın ki, bu iş belə həll olunub, digər iş niyə fərqli həll edilsin. Millət vəkilləri əvvəllər hakimlərin cəzalandırılmamasına irad bildirirdilər. İndiyə qədər 100-ə qədər hakim inzibati icraat cəzasına cəlb edilib”.
Müzakirələrdən sonra qanun layihələri qəbul olunub.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Siyasət
30 Aprel 18:52
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

