Avropa Parlamenti separatizmi dəstəkləyir
15.10.2024 [09:18]
Təşkilatın üzvləri İrəvan səfərində Qarabağ separatçıları üçün göz yaşı töküblər
Avropa Parlamenti ölkəmizə qarşı qərəzli mövqeyini davam etdirir. Bugünlərdə Ermənistana səfər edən Avropa Parlamentinin üzvləri Qarabağdakı keçmiş separatçı rejimin qalıqları ilə görüşüblər. Erməni mediasının məlumatına görə, görüş zamanı bölgəni könüllü tərk edən sakinlərin “geri dönüşü”, eləcə də konkret cinayət faktları üzrə həbs edilən separatçı rejimin başçılarının və nümayəndələrinin “azad olunması” müzakirə edilib. Erməni tərəfinin yalanı o həddə çatıb ki, Azərbaycanla şərti sərhəddə törətdiyi təxribatlarla bağlı faktları təhrif edilmiş formada avroparlamentarilərin diqqətinə çatdırıb. Onlar iddia ediblər ki, guya sərhədyanı bölgələrin əhalisi normal və təhlükəsiz həyatdan, gündəlik qazancdan məhrum edilib.
Avropa Parlamenti qələbəmizi həzm edə bilmir
Avropa Parlamentinin üzvlərinin səfəri zamanı keçirilən görüşlərdə Qarabağda həyata keçirilən 2023-cü il antiterror tədbirləri “soyqırımı”, “ermənifobiya” kimi qələmə verməyə çalışılıb. Nəzərə alaq ki, avroparlamentarilərin İrəvana səfərinin təşkilatçısı mənzil-qərargahı Fransada yerləşən erməni “Ay data” qurumu olub. Bu fakt özlüyündə bütün məqamlara aydınlıq gətirir. Adıçəkilən struktur Azərbaycana qarşı informasiya müharibəsinin önündə gedir. 2020-ci ildən isə bu müstəvidə xüsusi aktivliyi ilə seçilir. Avropa Parlamentində nə qədər azərbaycanofob deputat varsa, hamısını Azərbaycan əleyhinə səfərbər edib.
Ümumiyyətlə, müstəqillik dövrümüzdə təşkilat dəfələrlə bu tipli sənədlər qəbul edib. Ermənistanın işğalçılıq siyasətinin davam etdiyi illərdə də Avropa Parlamenti təcavüzkarın vəkili və ruporu qismində özünü təsdiqləyib. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Qərbdəki antiazərbaycançı mərkəzlər, o cümlədən Avropa Parlamenti rahatlıq tapa bilmirlər. Vətən müharibəsindən indiyədək təşkilat ölkəmizə qarşı bir neçə qətnamə qəbul edib ki, həmin sənədlərdə işğalçı Ermənistana və erməni separatçılarına “sonsuz məhəbbət” əksini tapır. Bütün bunlar isə bu təşkilatın demokratik dəyərlərdən, obyektivlikdən və beynəlxalq hüquqdan tamamilə uzaq olduğunu göstərir, həmçinin bölgədə gedən proseslərdə işğalçıya dəstək verilməsinə xidmət edir. Maraqlı olan hal budur ki, Avropa məkanının bir sıra iqtisadi və təhlükəsizlik yönümlü təşkilat və institutları Azərbaycanla enerji təminatı sahəsinə əməkdaşlıq etdiyi halda, Avropa İttifaqı Brüssel sülh gündəliyi çərçivəsində ölkəmizin mövqeyini dəstəklədiyi bir zamanda, bunun əksinə olaraq AP tərəfindən belə qərəzli mövqe nümayiş etdirilir. Əslində, bu mövqeyi ilə Avropa Parlamenti erməni lobbisinin əlində alətə çevrildiyini çoxdan sübut edib. Digər tərəfdən Avropa Parlametinin korrupsiya yuvası olması da beynəlxalq ictimaiyyətə yaxşı məlumdur.
AP erməni lobbisinin əlində alətdir
Avropa Parlamentinin ermənipərəst deputatlarının fikirlərində Azərbaycanın ötən ilin sentyabr ayında həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərinin məram və məqsədlərinin təhrif olunması ölkəmizə qarşı ikili standartların bariz nümunəsidir. Onlar həmin tədbirlərin Azərbaycana qarşı davam edən hərbi təhdidlərin aradan qaldırılması və qanunsuz hərbi birləşmələrin mövcudluğuna son qoyulmasına yönəldiyini unutmamalıdır. Eyni zamanda, qurumun üzvlərinin iddialarında “hərbi əsirlər” kimi istinad edilən şəxslər Azərbaycan ərazisində separatçılıq, qəsdən öldürmə, işgəncə, terrorçuluq və digər insanlıq əleyhinə cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərdir. Azərbaycanın həm beynəlxalq hüquq, o cümlədən 1949-cu il Cenevrə ?onvensiyaları, Muzdluların cəlb edilməsi, istifadəsi, maliyyələşdirilməsi və təliminə qarşı beynəlxalq Konvensiya, həm də yerli qanunvericiliyə əsasən bu şəxsləri məsuliyyətə cəlb etməyə həm hüququ, həm də beynəlxalq öhdəliyi var. Buna görə də, qeyd edilən məsələdə Azərbaycana qarşı səslənən bütün fikirlərin heç bir əhəmiyyəti yoxdur. Müharibə cinayətkarlarının, hərbi canilərin özünü demokratiyanın beşiyi kimi təqdim edən Avropa Parlamentinin üzvləri tərəfindən dəstəklənməsi qəbuledilməzdir. Məsələn, 44 günlük Vətən müharibəsində döyüş bölgəsindən xeyli uzaqda yerləşən Gəncə şəhərinə raket atılması üçün əmr verdiyini Arayik Arutunyanın özü etiraf etmişdi. Belələrinin azadlığını tələb etmək həmin cinayətlərə şərik olmaq deməkdir.
Beləliklə, görünən odur ki, antiazərbaycançı qüvvələr COP29 ərəfəsində ölkəmizə qarşı informasiya müharibəsinə start veriblər. Azərbaycana qarşı qarayaxma kampaniyasının müxtəlif dairələr tərəfindən aparıldığı çoxdan məlumdur. Erməni lobbisinin əlində alət olan Avropa Parlamenti və onun üzvləri, müxtəlif “hüquq müdafiə” təşkilatları da bu kampaniyanın fəal iştirakçılarıdır. Şübhə yoxdur ki, bütün kampaniyalar kimi, bu da iflasa uğrayacaq. Çünki Azərbaycanın mövqeyi beynəlxalq hüquqa və ədalətə əsaslanır.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57

