Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Təkqütblükdən çoxqütblüyə...

Təkqütblükdən çoxqütblüyə...

30.10.2024 [11:21]

BRICS - yeni qlobal imkanlar platforması

Dünyanı çoxtərəfli əlaqələr xilas edəcək...

Avropa İttifaqının aktuallığını itirməsi, Qərbin siyasi-iqtisadi nizamının pozulması, paralel olaraq ABŞ-ın “demokratiya yürüşü”nün konturlarının tam şəkildə iflasa uğruması beynəlxalq münasibətlər sisteminin geosiyasi nizamını dəyişir. Artıq “təkqütblü dünya axtarışı” planı cəlbedici görünmür - XX əsrin son onilliyindən etibarən daha güclü şəkildə irəli sürülən bu geosiyasi-geoiqtisadi formul yeni dövrdə gündəmdən çıxmağa məhkum olunur. SSRİ-nin dağılması ilə reallaşan disbalans artıq fərqli proyektorla əks olunur - Qərbin “rəqibi” kimi inkişaf etməkdə olan dövlətlər birliyi çıxış edir. Başqa sözlə, bu dəfə kollektiv Qərbin enişə doğru yönələn təkqütblü “arzularını” çoxtərəfli münasibətlər sisteminin real nümunəsi sayılan BRICS “müşayiət edir”...

Müəllif axtarışında olan “aktyorlar”...

BRICS-in qısa zamanda populyarlaşması, qlobal səhnədə özünü göstərməsi “ildırım effekti” verdi. Minimal zaman kəsiyində geopolitik meydanda özünü sübut edən təşkilatın özülləri olduqca möhkəm idi. Çünki:

- Üzvləri yeni dünyanın özünü təqdim etmək istəyən “truppası” idi;

- Qlobal dünyaya lokal yollar axtaran, hədəfləri olan ölkələr idi.

Bir sözlə, BRICS-in üzvü Braziliyanın səfiri Azambujanın dediyi kimi, “BRICS “Pirandello” tamaşasındakı aktyorlar kimidir - müəllif axtarışındadırlar”. Bu fikrin siyasi anlamı isə bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə söykənir.

BRICS-in fəaliyyət spektri mühüm məsələləri əhatə edir - iqtisadiyyat və təhlükəsizlik sahəsi burada prioritet sayılır. “Coxtərəfli birlik” formulu bu təşkilatın gələcəyi üçün aydın bir yol açır. İnkişaf etməkdə olan ölkələrin iqtisadi sahədə qarşılıqlı faydalı və bərabərhüquqlu dialoqunun qurulması, elmi, texnoloji və təhsil sahəsində əlaqələrin gücləndirilməsinə töhfələr verilməsi çoxtərəfli əməkdaşlıq platforması olaraq BRICS-in üstünlüklərini ortaya qoyur.

Çoxtərəfli dialoq üçün “yeni nəfəs”...

Beləliklə də, çoxtərəfli transformasiyanın nüvəsi sayılan BRICS özünün yeni inkişaf mərhələsinə qədəm qoyur. 2025-ci il qurum üçün “yeni nəfəs ili” sayılacaq. Tərəfdaşlığın genişləndirilməsi, məqsədlərin daha ardıcıl şəkil alması, fəal, praqmatik, açıq və şəffaf dialoqun gücləndirilməsi kimi kriteriyalar daha da önə çıxacaq. 

Statistik rəqəmlərə nəzər yetirək: BRICS ölkələri birlikdə dünya ÜDM-nin demək olar ki, dörddə birini əks etdirir və dünya əhalisinin təxminən 45 faizini əhatə edən genişmiqyaslı qlobal bazar statusunu daşıyır. Həmçinin maliyyə resursları BRICS ölkələrində təxminən 25 trilyonu keçir. Təşkilatın iqtisadi konsepsiyasına əsasən, BRICS ölkələrində prioritetlər kənd təsərrüfatı, ticarət, investisiya və mineral xammala verilir. Qurumun 2025-ci ilə qədərki İqtisadi Tərəfdaşlıq Strategiyası da hazırlanıb - bu strategiyanın üç əsas bloku var:

 -ticarət;

 -investisiyalar və maliyyə;

 -rəqəmsal iqtisadiyyat və davamlı inkişaf.

Formatın son dövrlərdə önə çəkdikləri prioritet vəzifələrindən biri koronavirus pandemiyası kimi bütün növ iqtisadi və qlobal böhranların aradan qaldırılması üçün səylərin birləşdirilməsidir. Ölkələr həmçinin ticarət məhdudiyyətlərinə qarşı çıxmaq və Ümumdünya Ticarət Təşkilatında islahatlar aparmaq üçün fəal iş aparırlar. Paralel olaraq BRICS-i fərqləndirən cəhətlərdən biri də iqtisadi artımı sürətləndirmək və dolların iqtisadiyyatlara təsirini zəiflətmək üçün milli valyutalarda hesablaşmaları inkişaf etdirmək tərəfdarı olmasıdır.

BRICS üzvü ölkələrin beynəlxalq maliyyə təşkilatı sayılan Yeni İnkişaf Bankı hazırda qurum ölkələrində təxminən 8 milyard dollar dəyərində bərpa olunan enerji və infrastruktur layihələrini təsdiqləyib. Beynəlxalq Valyuta Fondunun məlumatına görə, qlobal maliyyə böhranından sonra qlobal iqtisadiyyat üçün əsas dəstək sistemi kimi çıxış edən aşağı gəlirli ölkələrlə məhz BRICS ticarəti və investisiyaları təmsil olunub.

BRI?S-in Qərb koalisiyasından fərqinin bir aspekti də məhz bu amildir - üzvlüyə potensial namizədlər böyük milli layihələrin həyata keçirilməsi üçün Yeni İnkişaf Bankının maliyyə resurslarından istifadənin geniş imkanlarında maraqlıdırlar. Beləliklə, BRICS sırf qarşılıqlı maraqlar platformasında inkişaf etdirildiyi üçün yeni dünyanın yeni lokomotivi adlandırılır.

Azərbaycan ən real regional əlaqələndirmə zənciri təqdim edir...

Milli iqtisadiyyatları inkişaf etdirmək, eləcə də qlobal inkişaf məqsədlərinə nail olmaq, o cümlədən ərzaq təhlükəsizliyini təmin etmək üçün assosiasiyaya üzv ölkələr arasında dialoqun aktivləşdirilməsi çoxtərəfli əməkdaşlıq üçün ən mühüm zəmindir - qeyd edilən amillər bu birliyi daha da güvənilir və cəlbedici hala gətirir. Bununla belə, BRICS ölkələri arasında ticarət həcminin artırılması, eləcə də yeni təchizat zəncirlərinin yaradılması perspektivi də aktiv şəkildə meydana çıxır - Azərbaycan kimi logistik və xüsusi coğrafi üstünlükləri olan ölkələrin BRICS üçün vacibliyi indeksi buradan açıq şəkildə görünür. BRICS üzvləri arasında ticarət dövriyyəsinin artırılması perspektivi haqda danışırkən isə bütün tərəflər birmənalı olaraq vurğulayır ki, yaxın coğrafiyalar üzrə qarşılıqlı əlaqələrin inkişaf edirilməsi mövcud nəqliyyat infrastrukturunun modernləşdirilməsi və yenilənməsi ilə birbaşa bağlıdır. Paralel olaraq yeni optimal təchizat marşrutlarının işlənib hazırlanması və bu sahədə qabaqcıl təcrübə və həllərin mübadiləsi üzrə dövlətlərin birgə işi ön plana çıxır - yenə də, Azərbaycanın misalında məsələnin daha real və asan həlli mənzərəsi yaranır. Təsadüfi deyil ki, BRICS-in ən mühüm regional əlaqələndirmə zənciri Şərq-Qərb istiqaməti üzrə reallaşa bilər ki, Azərbaycan da burada açar dövlət statusunda çıxış etmək iqtidarındadır. Bu, həm də qurumun gələcək genişlənmə perspektivi üçün əhəmiyyət daşıyır:

- Birincisi, dövlətlərin bir-birindən aralı məsafədə olmasında özünü göstərən coğrafi çətinliklər həllini tapır:

- Habelə assosiasiyanın daha da genişlənməsi perspektivləri güclənir:

- Ticari-iqtisadi sahədəki dialoq daha geniş müstəvi qazanır:

-BRICS ölkələrinin milli iqtisadiyyatlarının səmərəli inkişafı üçün dövlətlərin əlaqələndirilməsi yaranır. Beləliklə, çoxtərəflililİiyin nümunəsi kimi meydana çıxan BRICS yeni mərhələdə dünyanın ən güclü strukturlaşmasını ortaya qoymaq imkanı əldə edir.

Qərbin müdaxilə imkanlarının məhdudlaşdırılması...

Bütün bunlarla yanaşı, BRICS həm də siyasi birlik platforması kimi önəm daşıyır. Xüsusilə, Qərbin son illərdə daha çox nəzərə çarpan və ortaya çıxan “yuşmaq güc” vasitəsilə təsir etmək arzularının çoxunun nişangahı “inkişaf etməkdə olan ölkələrə” doğru yönəlib. Lokal maraqlar üçün milli dövlət anlayışını hədəfə alan xarici təsirlər yeni dünya düzənində oyun qaydalarını dəyişmək üçün bu kimi cəhdlərlə yadda qalır - halbuki, BRICS kimi nümunələr sübut edir ki, bərabərtərəfli münasibətlərin qurulması mövcud situasiyada daha böyük perspektiv vəd edir. Qərb isə bir sıra addımları ilə bu münasibətlər sisteminin qarşısına “tikanlı məftil” çəkir. BRICS-də vəziyyət və mənəzərə tam fərqlidir. Çoxtərəfli və bərabərhüquqlu əməkdaşlıq anlayışı bu strukturun gələcək fəaliyyəti üçün “mayak” rolunu oynayır. Qarşılıqlı etimad isə uğurun əsas təminatçısıdır...

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 151 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Qalibiyyət sevinci

05 Noyabr 17:22

YAP xəbərləri

Mədəniyyət

Uğura gedən yol

05 Noyabr 14:10  

İqtisadiyyat

Siyasət

10-cu görüş...

05 Noyabr 09:23

Sosial

İqtisadiyyat

Dünya

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30