10-cu görüş...
05.11.2024 [09:23]
Komissiyaların birgə fəaliyyəti Əsasnaməsi qüvvəyə mindi
Sülh üçün yeni imkanlar...
Ötən ilin payızından etibarən Ermənistan ilə Azərbaycan arasında müvafiq delimitasiya komissiyaları çərçivəsində baş tutan görüşlər, aparılan müzakirələr və əldə edilən razılaşmalar bir faktı önə çıxardı - üçüncü tərəfin iştirakı olmadan razılıq əldə etmək imkanları daha böyükdür. Nümunə ortadadır - artıq bir ildir ki, davam edən prosesdə iki ölkənin müvafiq dövlət strukturları arasında birgə açıqlama yayılıb, aprel ayında dövlət sərhəddinin müəyyən hissəsinin delimitasiya və demarkasiyası ilə bağlı razılaşma əldə olunub və icra edilib, nəhayət, komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə qəbul edilib. Münasibətlərin normallaşması prosesində mühüm bir ştrix sayılan sərhədlərin delimitasiyası və demarkasiyasında əldə olunan razılıqlar isə sülh üçün zəmin formalaşdırır...
Növbəti müzakirələr...
Yeri gəlmişkən, noyabrın 1-də Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın növbəti, onuncu görüşü keçirilib. Komissiyaların birgə fəaliyyəti haqqında avqustda imzalanan Əsasnamənin 7-ci maddəsinə uyğun olaraq, görüş zamanı Tərəflər həmin Əsasnamənin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların onların dövlətləri tərəfindən yerinə yetirilməsi barədə bildirişləri mübadilə ediblər. Əsasnamənin 7-ci maddəsinin bu cür prosedurların yerinə yetirilməsi barədə sonuncu yazılı bildirişin alındığı gündə onun qüvvəyə minməsini təsbit etməsini nəzərə alaraq, sözügedən Əsasnamənin 2024-cü il noyabrın 1-də qüvvəyə mindiyi vurğulanıb.
Görüşdə növbəti mərhələdə delimitasiya işlərinin həyata keçirilməsi üçün sərhəd xəttinin sahələrinin/hissələrinin ardıcıllığı məsələsi ətrafında fikir mübadiləsi aparılıb, delimitasiya işlərinin görülməsinin qaydası üzrə müvafiq təlimatların layihələri müzakirə edilib. Son olaraq növbəti görüşün keçirilməsinin tarixinin və yerinin işçi qaydada müəyyən edilməsi ilə bağlı razılıq əldə olunub.
Sülhün vacib elementi...
Göründüyü kimi, uzun illərdən sonra Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunması artıq reallığa çevrilir. Azərbaycanın 2020-ci il Vətən müharibəsində və 2023-cü il antiterror tədbirlərində əldə etdiyi qələbə bölgədə yeni siyasi mənzərə formalaşdırıb - Ermənistan anlayır ki, regional təhdidə çevrilməklə heç nə əldə etməyəcək. Əksinə, Azərbaycanın sülh çağırışlarına adekvat cavab vermək regional inkişafın bir hissəsinə çevrilmək, bu inkişafdan yararlanmaq perspektivi formalaşdırır. Bunun nəticəsidir ki, son 1 ildə Ermənistan ilə Azərbaycan arasında gedən müvafiq danışıqlar müəyyən pozitiv nəticələrə yol açıb. İkitərəfli komissiyaların aktiv şəkildə görüşməsi isə sülh prosesinə mühüm töhfələr qazandıra bilər. Dövlət sərhədlərinin müəyyənləşməsi, delimitasiya və demarkasiyanın həyata keçirilməsi sülh şərtlərindən biri kimi münasibğətlətrin normallaşmasına xidmət göstərir. Xüsusilə, hazırki sülhlə bağlı açıq mətnli fikirlərin səsləndirildiyi bir dövrdə ikitərəfli komissiyaların aktiv işi mövqelərin yaxınlaşmasına əsaslı yol aça bilər. Vurğulayaq ki, Azərbaycan hər zaman sülhün və beynəlxalq hüququn tərəfdarı kimi çıxış edib - hətta 30 illik işğal dövründə belə ölkəmiz sülhpərvər mövqedən geri çəkilməyib. İndiki halda, bu istiqamətdə addımların davam etdirilməsi son sənədin ortaya çıxmasını zəruri edir, eyni zamanda, bu kimi uğurlu nəticəyə imza atılması yenə də Azərbaycanın mövqeyinin düzgün olmasını növbəti dəfə sübuta yetirir. İllərdir ki, ikitərəfli təmasların yarada biləcəyi üstünlükləri önə çəkən dövlətimiz bunu əyani şəkildə ortaya qoyur. İndiki mərhələdə isə Ermənistanın atacağı addımlar sülhün daha da tezləşdirilməsinə yol aça bilər - bunun üçün ən əsas şərt rəsmi İrəvanın özünün Konstitusiyasında dəyişiklik etməsi, ATƏT-in Minsk Qrupunun fəaliyyətinə xitam verilməsi ilə bağlı qəti mövqe sərgiləməsi, Azərbaycana qarşı olan əsassız torpaq iddialarından əl çəkməsi və sülhün, sabitliyin davamlı, əbədi olmasına şərait yaratmasıdır.
Nəqliyyat kommunikasiya imkanları...
Qeyd edək ki, müvafiq komissiyaların 10-cu görüşündən sonra Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryan ayrıca olaraq nəqliyyat kommunikasiyaları məsələlərini müzakirə ediblər.
Bu fakt bir daha sübut edir ki, Azərbaycan - Ermənistan formatında ikitərəfli müzakirə platforması özündə kommunikasiya və bu kimi maraq doğuran digər məsələləri önə çıxarır. Bu danışıqlar isə nəticə etibarı ilə regional kommunikasiya əlaqələrinin yenidən bərpası pespektivi yaradır - regional səviyyədəki əməkdaşlıqlar yeni mərhələdə hətta qlobal inkişaf konsepsiyasının aparıcı coğrafi indeksi kimi müəyyənləşə bilər. Bu fakt qarşılıqlı inteqrasiyanı gücləndirən amil kimi çıxış etməklə yanaşı, regionun təhlükəsizliyinin, sülhün və sabitliyin daha yüksək səviyyədə təminatının qarantı kimi çıxış edir. Bəllidir ki, Azərbaycan Avrasiyanın yeni nəqliyyat xəritəsini formalaşdırır və hazırda bu geniş coğrafiyanın bütün əsas yolları məhz ölkəmizdə kəsişir. Ermənistan ilə Azərbaycan arasında kommunikasiya qovşağının açılması, nəqliyyat imkanlarının gerçəkləşməsi yeni və çox mühüm gələcək vəd edir. Bu, xüsusilə Ermənistan üçün olduqca vacibdir. Dəhliz imkanları Ermənistana dəmir yolu xətti vasitəsilə dünyaya çıxmaq kimi bir üstünlük vəd edir.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12

