Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Heydər Əliyev Fondu Macarıstan Hökuməti ilə birgə layihələr reallaşdıracaq

Heydər Əliyev Fondu Macarıstan Hökuməti ilə birgə layihələr reallaşdıracaq

12.02.2013 [02:18]

Azərbaycanın birinci xanımı, Mehriban Əliyevanın Macarıstanın ölkəmizdəki səfiri Jolt Çutora ilə görüşündə bu barədə müzakirələr aparılıb
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva dünən Macarıstanın ölkəmizdəki səfiri Jolt Çutora ilə görüşüb.
Əlaqələrimizin dostluq münasibətlərinə əsaslandığını deyən Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın inkişafı üçün böyük perspektivlərin olduğunu deyib. Heydər Əliyev Fondunun da bu baxımdan fəaliyyətini qeyd edən Mehriban xanım Əliyeva Macarıstan hökuməti ilə birgə layihələrin reallaşdırılması barədə danışıqların getdiyini qeyd edib. Həmin layihələrdən birinə əsasən Macarıstanın paytaxtında fiziki qüsurlu insanlar üçün reabilitasiya mərkəzi inşa olunacaq.
Görüşdə Heydər Əliyev Fondunun xaricdə müxtəlif layihələr həyata keçirdiyi vurğulanıb. Belə layihələrdən birinin məhz Macarıstanda reallaşacığından məmnunluq ifadə edilib.

Paylaş:
Baxılıb: 1046 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30