Sülh üçün yeni imkanlar
03.12.2024 [09:48]
Prezidentin Xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov amerikalı politoloq Qlen Hovarda müsahibəsində Azərbaycanın postmüharibə dövründə sülhyaratma prosesi ilə bağlı aydın baxışlarına və tutduğu qətiyyətli mövqeyə diqqət çəkib. “Eyes on Eurasia” podkastında amerikalı politoloq Qlen Hovardın qonağı olan Elçin Əmirbəyov, Azərbaycan və Ermənistan arasında sülh prosesinin cari vəziyyəti və perspektivləri barədə danışıb.
Qeyd edək ki, Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi olan E.Əmirbəyov iki ölkə arasında sülh sazişi ilə bağlı aparılan danışıqlarda iştirak edir. O, müsahibəsində danışıqlar prosesindəki son inkişaflara ətraflı şərh verib.
Sülh prosesində inamyaradıcı addımlar
Uzunmüddətli münaqişə regionda sabitliyə, təhlükəsizliyə ciddi təhdidlər yaradıb. Yeni reallıqlar şəraitində isə davamlı sülhün təmin edilməsi üçün əlverişli zəmin formalaşıb və bu fürsətdən istifadə olunmalıdır. Hər şeyi etmək lazımdır ki, Cənubi Qafqaz müharibə və qarşıdurmalar səhnəsi deyil, barışıq, sülh və əməkdaşlıq çoğrafiyası olsun. Bu baxımdan son vaxtlar Azərbaycanla Ermənistan arasında sülhyaratma prosesində müəyyən müsbət dinamikanın müşahidə edilməsi nikbinlik üçün əsas yaradır. Qeyd edək ki, iki ölkə arasında imzalanması nəzərdə tutulan sülh sazişinin müddəalarının böyük hissəsi razılaşdırılıb, digər bəndlər üzrə də danışıqlar davam etdirilir. Artıq iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiya olunması prosesinə start verilib. Eyni zamanda, Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə imzalanıb.
Bu müsbət dinamikanı saxlamaq və daha da inkişaf etdirmək lazımdır. Podkastda qeyd edilib ki, son aylarda Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində mühüm inam yaradıcı addımlar atılıb. Prezident İlham Əliyev danışıqların real nəticələr verdiyini vurğulayıb. Bildirildiyi kimi, bu addımlar Cənubi Qafqazda uzunmüddətli sabitlik və sülh üçün yeni perspektivlər açır. Qlen Hovard qeyd edir ki, hər iki ölkə regionda qarşılıqlı faydalı əməkdaşlıq üçün ciddi addımlar atmağa çalışır. E. Əmirbəyovun çıxışında qeyd olunur ki, əsas prioritet məsələlərdən biri ərazi bütövlüyünün qarşılıqlı tanınması və uzunmüddətli sülhün təmin edilməsidir. O vurğulayıb ki, hər iki tərəfin səyləri Cənubi Qafqazda iqtisadi inteqrasiyanı gücləndirə və regional sabitliyi möhkəmləndirə bilər.
Azərbaycanın konstruktiv mövqeyi
Azərbaycan müharibənin qalib tərəfi olmasına rəğmən, heç bir ilkin şərt irəli sürmədən müharibə səhifəsini birdəfəlik bağlamaq və gələcəyə baxmaq əzmi nümayiş etdirir. Tənzimləmə prosesində sülh təşəbbüslərini ilk olaraq məhz qalib Azərbaycanın irəli sürməsi bunun əyani təsdiqidir.
Podkastda Azərbaycanın Ermənistanla münasibətləri normallaşdırmaq üçün uzun bir yol qət etdiyi vurğulanıb. E.Əmirbəyov bu prosesin tarixi aspektlərinə də toxunub və Azərbaycanın münaqişənin həlli üçün konstruktiv mövqe sərgilədiyini qeyd edib. O bildirib ki, Azərbaycan tərəfi prosesin müsbət nəticələnməsi üçün beynəlxalq ictimaiyyətin obyektiv dəstəyinə ümid edir.
ABŞ-nin prosesdə rolu
Böyük güc mərkəzi olaraq ABŞ Azərbaycanla Ermənistan arasında sülhyaratma prosesinə müsbət təsir göstərə bilər. Xüsusilə də bu ölkədə noyabrın əvvəlində baş tutmuş prezident seçkilərindən sonra gələn ilin yanvarından fəaliyyətə başlayacaq Tramp administrasiyasının məsələyə daha həssas yanaşaçağına böyük ümidlər var.
Elçin Əmirbəyov ABŞ-nin yeni administrasiyasının gələcəkdə bu prosesdə hansı rolu oynaya biləcəyini də şərh edib. Podkastda qeyd edilib ki, Prezident Trampın Prezident İlham Əliyevlə telefon danışığı regionun strateji əhəmiyyətinə diqqəti bir daha artırıb. Azərbaycan Xəzər regionunda mühüm rol oynayır və bu rolun yeni administrasiya tərəfindən dəstəklənməsi gözlənilir.
Bütün region üçün vacib məsələ
Otuz il ərzində Ermənistanın işğalşılıq siyasətindən yalnız Azərbaycan əziyyət çəkməyib. İşğal və müharibənin mənfi nəticələri bütün Cənubi Qafqaz coğrafiyasında hiss olunub.
O cümlədən Azərbaycanla Ermənistan arasında sülhün təmin edilməsi də regionun bütün dövlətlərinin mənafeyinə uyğundur. Podkastda sonda qeyd edilib ki, Azərbaycan-Ermənistan sülh sazişi yalnız iki ölkənin deyil, bütün regionun gələcək inkişafı üçün həlledici əhəmiyyət daşıyır. Danışıqların yekunlaşması üçün tərəflərin səyləri davam edir və bu prosesin nəticələri diqqətlə izlənilir.
Bütövlükdə, bəhs olunan müsahibə Azərbaycanın sülh prosesi ilə bağlı mövqeyini daha aydın göstərməklə yanaşı, Cənubi Qafqazın gələcəyi üçün nikbinlik yaradır.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxElm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29

