106 yaşlı Azərbaycan parlamenti...
10.12.2024 [09:37]
Xalq Cümhuriyyətinin parlamenti 17 ay fəaliyyət göstərsə də, 145 iclas keçirib, 230-a yaxın qanun qəbul edib
Azərbaycan xalqı zəngin dövlətçilik ənənələrinə sahibdir. Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması isə tariximizin ən mühüm - şanlı və qürurlu səhifələrindən birini təşkil edir. Olduqca mürəkkəb tarixi dönəmdə və şəraitdə yaranan Xalq Cümhuriyyəti 23 ay mövcud olmasına baxmayaraq, böyük bir coğrafiyanın siyasi həyatında mühüm rol oynadı. Bu dövrdə müxtəlif sahələri əhatə edən və strateji əhəmiyyətə malik olan çox mühüm addımlar atıldı və tarixi qərarlar qəbul olundu.
1918-ci il dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinin yaradılması da bu baxımdan tarixi əhəmiyyətə malikdir. Parlamentli respublika sisteminin tətbiq edilməsi, demokratik və dünyəvi dövlətçilik yolunda ardıcıl və məqsədyönlü addımların atılması təkcə Azərbaycanın deyil, bütün müsəlman Şərqinin siyasi həyatı üçün əlamətdar oldu. Bu dövrdə parlament qəbul etdiyi qanun və qərarlarla milli dövlətçiliyimizin əsaslarının gücləndirilməsinə töhfələr verib.
100-ə yaxın nümayəndənin iştirak etdiyi beynəlxalq parlament konfransı
Yeri gəlmişkən, Azərbaycan parlamentinin yaradılmasının 106-cı ildönümü münasibətilə dekabrın 7-də Milli Məclisdə “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransı keçirilib. Konfransda 13 ölkənin parlamentindən və beynəlxalq təşkilatlardan 100-ə yaxın nümayəndə iştirak edib.
Tədbirdə çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, ölkələrimizin siyasi həyatında parlamentlərin oynadığı rol danılmazdır. Belə ki, onlar qanunvericilik hakimiyyəti funksiyasını yerinə yetirməklə, dövlətin idarə olunmasında fəal iştirak edirlər. Qeyd edilib ki, müsəlman Şərqində o dövrün ən mütərəqqi, demokratik prinsipləri əsasında formalaşdırılmış ilk qanunverici orqan olan Azərbaycan Parlamenti öz fəaliyyəti dövründə milli dövlətçiliyin və müstəqilliyin möhkəmləndirilməsi, siyasi, iqtisadi, mədəni, elmi və digər sahələrdə hüquqi bazasının yaradılması istiqamətində mühüm addımlar atmışdı. Parlament cəmi on yeddi ay fəaliyyət göstərsə də, həmin dövr ərzində 145 iclas keçirib, 270-dən çox qanun layihəsini müzakirəyə çıxarıb, 230-a yaxın qanun qəbul edib.
Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etməsinin parlamentimizin tarixində yeni dövrün başlanması ilə yadda qaldığını deyən S.Qafarova Heydər Əliyevin 1993-cü ilin iyununda hakimiyyətə qayıdışının ölkəmizdə sabitliyin qorunub saxlanması və inkişaf etdirilməsi, eyni zamanda, yeni parlament institutunun formalaşdırılması baxımından həyati əhəmiyyət daşıdığını bildirib. Diqqətə çatdırılıb ki, bu gün Milli Məclis Prezident İlham Əliyevin ölkəmizə böyük uğurlar və qələbələr qazandıran milli inkişaf strategiyasının həyata keçirilməsi prosesinə öz qanunvericilik fəaliyyəti ilə töhfə verir.
TBMM nümayəndələrinin çıxışlarında nələr vurğulandı?
Sonra konfransda Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay çıxış edərək, Azərbaycan parlamentinin 106-cı ildönümü münasibətilə təbriklərini və xoş arzularını çatdırıb. O, Azərbaycan parlamentinin öz fəaliyyətini demokratik prinsiplər əsasında qurduğunu qeyd edib. Eyni dilə, dinə, mədəniyyətə mənsub Türkiyə ilə Azərbaycan arasında möhkəm dostluq və qardaşlıq əlaqələrinin olduğunu, iqtisadi, ticarət və digər sahələrdə əməkdaşlığın dinamik inkişaf etdiyini bildirib.
TBMM-in Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım çıxışında Azərbaycan parlamentinin tarixi günü ilə bağlı xoş arzularını söyləyib, müsəlman Şərqinin ilk demokratik respublikasının parlamentinin mühüm işlər gördüyünü deyib. O, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu qeyd edərək, ölkəmizin Vətən müharibəsi və antiterror tədbirləri nəticəsində öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyini məmnunluqla vurğulayıb.
Tədbirdə çıxış edən bəzi deputatlar müsəlman Şərqində ilk demokratik, hüquqi və dünyəvi dövlətin Azərbaycanda elan edilməsi ilə həm də ölkə tarixində parlamentarizmin əsasının qoyulduğunu diqqətə çatdırıblar. Vurğulanıb ki, Xalq Cümhuriyyəti dövründə ilk dəfə qadınlara səsvermə hüququ verilib. Bu baxımdan Azərbaycan parlamentinin öz yeri, rolu və ənənələri var.
Beynəlxalq konfransda Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının Elm, təhsil və mədəniyyət komitəsi sədrinin birinci müavini İlyas Umaxanov, Qazaxıstan parlamenti Senatının Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin katibi Darxan Kıdırali, Özbəkistan Ali Məclisi Senatının Gənclər, mədəniyyət və idman komitəsinin sədri Orzigül Kozixonova, Tacikistan Ali Məclisi Milli Məclisinin Sosial məsələlər, səhiyyə, elm, təhsil, mədəniyyət, gənclər və qadın siyasəti komitəsinin sədri Məhmədşoh Gülzoda, TBMM-in Cümhuriyyət Xalq Partiyası Qrupunun sədr müavini Murat Emir, İraq Nümayəndələr Şurasının İnsan hüquqları komitəsinin sədri Ərşad Əl-Salihi, Belarus Milli Assambleyası Respublika Şurasının Qanunvericilik və dövlət quruculuğu məsələləri üzrə daimi komitəsinin sədr müavini Aleksey Vasilyev, Gürcüstan parlamentinin İnsan hüquqları və vətəndaş inteqrasiyası komitəsinin sədr müavini Savalan Mirzəyev, TBMM-in Milliyyətçi Hərəkat Partiyası Qrupunun sədr müavini Filiz Kılıç, Malayziya Nümayəndələr Palatasının Beynəlxalq əlaqələr və ticarət komitəsinin sədri Vonq Çen, TBMM-in Ədliyyə komissiyasının sədri Cüneyt Yüksel, Qırğızıstan Joqorku Keneşinin Azərbaycanla əməkdaşlıq üzrə dostluq qrupunun rəhbəri Səidbek Zulpuyev, TBMM-in Rəqəmsal Media Komissiyasının sözçüsü Zeynep Yıldız, TBMM-in üzvü Süreyya Öneş Derici, Pakistan Milli Assambleyasının üzvü Sərdar Əmmar Əhməd Xan Leqhari, TBMM-in üzvü Kürşad Zorlu, TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er çıxış edərək fikirlərini bölüşüblər.
Parlamentarilər azad olunmuş ərazilərə səfər ediblər
Xarici ölkələrin parlamentariləri ölkəmizin qurduğu dostluq əlaqələrindən, Azərbaycanda hökm sürən tolerantlıqdan, demokratik inkişafdan məmnunluqlarını ifadə ediblər. Ölkəmizin beynəlxalq məsələlərlə bağlı uğurlu siyasət yürütdüyünü söyləyiblər. Onlar təmsil etdikləri ölkələrin Azərbaycanla hərtərəfli əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını deyiblər. Bildirilib ki, Azərbaycan beynəlxalq səviyyədə təhlükəsizliyin təmin edilməsinə öz töhfələrini verir. Ölkəmiz tərəfindən mədəniyyətlərarası, dinlərarası dialoqun təbliği sahəsində mühüm addımlar atılıb. Qeyd edilib ki, bu gün Azərbaycanda multikulturalizm ənənələri formalaşıb. Bakıda keçirilən bir çox mühüm əhəmiyyətli beynəlxalq tədbirlər beynəlxalq təşkilatlar, dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir.
“Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransının iştirakçıları Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə də səfər ediblər. Onlar əvvəlcə Füzuli şəhəri ilə tanış olub, sonra Şuşa, Xankəndi və Xocalını ziyarət ediblər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
13 Yanvar 23:52
Dünya
13 Yanvar 23:37
Siyasət
13 Yanvar 23:16
Hadisə
13 Yanvar 22:47
Dünya
13 Yanvar 22:39
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:57
Dünya
13 Yanvar 21:33
Elm
13 Yanvar 21:12
İdman
13 Yanvar 20:51
Sosial
13 Yanvar 20:32
İdman
13 Yanvar 20:19
Elm
13 Yanvar 19:54
İqtisadiyyat
13 Yanvar 19:38
Dünya
13 Yanvar 19:17
İdman
13 Yanvar 18:59
Sosial
13 Yanvar 18:27
Siyasət
13 Yanvar 18:03
YAP xəbərləri
13 Yanvar 18:01
YAP xəbərləri
13 Yanvar 17:36
YAP xəbərləri
13 Yanvar 17:35
YAP xəbərləri
13 Yanvar 17:32
YAP xəbərləri
13 Yanvar 17:32
Dünya
13 Yanvar 17:22
Xəbər lenti
13 Yanvar 17:13
YAP xəbərləri
13 Yanvar 15:55
YAP xəbərləri
13 Yanvar 15:54
YAP xəbərləri
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:52
Dünya
13 Yanvar 15:27
Siyasət
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:45
Sosial
13 Yanvar 14:39
Hadisə
13 Yanvar 14:28
Gündəm
13 Yanvar 14:15
Gündəm
13 Yanvar 12:27
Dünya
13 Yanvar 12:16
Elm
13 Yanvar 12:13
Dünya
13 Yanvar 12:03
Sosial
13 Yanvar 11:36
Sosial
13 Yanvar 10:59
Hadisə
13 Yanvar 10:54
Dünya
13 Yanvar 10:53
Dünya
13 Yanvar 10:44
Dünya
13 Yanvar 10:35
Hadisə
13 Yanvar 10:16
Dünya
13 Yanvar 10:12
İqtisadiyyat
13 Yanvar 10:11
Dünya
13 Yanvar 09:51
Sosial
13 Yanvar 09:32
Dünya
13 Yanvar 09:18
Dünya
13 Yanvar 08:57
Sosial
13 Yanvar 08:35
Dünya
12 Yanvar 23:55
Hadisə
12 Yanvar 23:15
Dünya
12 Yanvar 22:41
Dünya
12 Yanvar 22:18
Dünya
12 Yanvar 21:57
İdman
12 Yanvar 21:15
Dünya
12 Yanvar 20:43
Hadisə
12 Yanvar 20:25
Dünya
12 Yanvar 19:52
İdman
12 Yanvar 19:16
Siyasət
12 Yanvar 18:50
İdman
12 Yanvar 18:10
Xəbər lenti
12 Yanvar 17:50
Dünya
12 Yanvar 17:15
Xəbər lenti
12 Yanvar 16:54
Hadisə
12 Yanvar 16:10
Dünya
12 Yanvar 15:50