Baş nazir Əli Əsədov Moskvada MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edib
12.12.2024 [16:37]
Dekabrın 12-də Rusiya Federasiyasının paytaxtı Moskvada Müstəqil Dövlətlər Birliyinin (MDB) Hökumət Başçıları Şurasının iclası keçirilib. Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iclasda iştirak edib.
AZƏRTAC xəbər verir ki, iclasda çıxış edən Azərbaycanın Baş naziri Rusiyanı cari ildə MDB-də uğurlu sədrliyi münasibətilə təbrik edib, həmçinin 2025-ci ildə quruma sədrlikdə Tacikistana uğurlar arzulayıb.
Ə.Əsədov əməkdaşlığın müxtəlif istiqamətləri, o cümlədən iqtisadiyyat, nəqliyyat və humanitar sahələr, maliyyə və büdcə mövzuları üzrə 20-yə yaxın bəndin daxil olduğu iclasın gündəliyində duran məsələlərin əhəmiyyətinə diqqət çəkib.
Xüsusilə iclasın yekunu üzrə təsdiq olunacaq 2025-2026-cı illər üçün Humanitar əməkdaşlıq sahəsində Prioritet Tədbirlər Planının əhəmiyyəti qeyd edilib.
Vurğulanıb ki, 2025-ci ildə MDB çərçivəsində mühüm mədəniyyət və idman tədbirlərinin keçirilməsi planlaşdırılır və bunlara Azərbaycanda fəal hazırlıq gedir.
“Biz “Birliyin mədəniyyət paytaxtları” dövlətlərarası proqramı çərçivəsində əməkdaşlığa böyük əhəmiyyət veririk. Məlum olduğu kimi, Dövlət Başçıları Şurasının bu il oktyabrın 8-də qəbul etdiyi qərara əsasən, Azərbaycan Respublikasının Laçın şəhəri 2025-ci ildə Birliyin mədəniyyət paytaxtı elan edilib”, - deyə Ə.Əsədov bildirib.
Qeyd olunub ki, işğaldan azad edilmiş Laçın şəhəri bu gün sürətlə bərpa olunur. “Möhtəşəm təbiətə və çoxəsrlik tarixə malik şəhərdə həyatın bərpasına və iqtisadi rifaha yönəlmiş irimiqyaslı infrastruktur, sosial layihələr sürətlə həyata keçirilir. “Böyük Qayıdış” proqramı çərçivəsində artıq iki mindən çox insan Laçın şəhərinə qayıdıb, gələn il isə Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır”, - deyə Baş nazir əlavə edib.
Ə.Əsədov Birliyin idman paytaxtı elan edilmiş Gəncə şəhərində gələn il keçiriləcək III MDB Oyunları barədə məlumat verib.
İclas iştirakçılarının diqqəti, eyni zamanda, bu il Azərbaycanın siyasi həyatında baş verən mühüm hadisələrə yönəldilib.
“Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq ölkənin ərazi bütövlüyünün bərpa edilməsindən sonra prezident və parlament seçkiləri onun bütün ərazisində keçirilib, bu isə tarixi hadisəyə çevrilib və keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarında təşkil olunmuş seçki məntəqələrində səs vermələrinə imkan yaradıb”, - deyə Əli Əsədov bildirib.
Baş nazir bu yaxınlarda Bakıda başa çatmış COP29 iqlim konfransının nəticələrinə də toxunub. Diqqətə çatdırılıb ki, konfransın yekunları üzrə mühüm qərarlar, o cümlədən inkişaf etməkdə olan ölkələrə iqlim maliyyələşməsinin təqdim edilməsi, eləcə də İtki və Zərər Fondunun tətbiqi ilə bağlı qərarlar qəbul olunub.
Vurğulanıb ki, Azərbaycanın sədrliyi bir daha güclü siyasi iradənin və peşəkarlığın mövcudluğunu nümayiş etdirib, bu da Azərbaycana qarşı genişmiqyaslı, əsassız kampaniyaya, hətta dünya ictimaiyyətinə belə mühüm hadisəni boykot etməyə çağırışlara baxmayaraq, konfransın ən yüksək səviyyədə keçirilməsinə, mühüm nəticələrin əldə edilməsinə və çoxtərəfli danışıqlarda irəliləyişə nail olunmasına imkan verib.
Ə.Əsədov, həmçinin COP29 tədbirlərində fəal iştirak edən Rusiya Hökumətinin Sədri Mixail Mişustinə və MDB üzvü olan ölkələrin rəhbərliklərinə təşəkkür edib.
Sonda Ə.Əsədov MDB çərçivəsində konstruktiv dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb.
İclasın yekununda MDB-yə üzv dövlətlərin hökumət başçıları tərəfindən bir sıra sənədlər imzalanıb.
Xəbər lenti
Hamısına bax
Sosial
19 Fevral 12:58

Sosial
19 Fevral 12:39

Hadisə
19 Fevral 12:33

Siyasət
19 Fevral 12:24

Gündəm
19 Fevral 12:07

Gündəm
19 Fevral 11:56

Siyasət
19 Fevral 11:55

Siyasət
19 Fevral 11:49

Siyasət
19 Fevral 11:48

Sosial
19 Fevral 11:47

MEDİA
19 Fevral 11:40

İqtisadiyyat
19 Fevral 11:15

İdman
19 Fevral 10:52

Sosial
19 Fevral 10:46

Siyasət
19 Fevral 10:45

Hadisə
19 Fevral 10:44

Gündəm
19 Fevral 10:32

İqtisadiyyat
19 Fevral 10:31

Gündəm
19 Fevral 10:31

Siyasət
19 Fevral 10:29

Siyasət
19 Fevral 10:18

Sosial
19 Fevral 10:02

Analitik
19 Fevral 09:54

Analitik
19 Fevral 09:41

Ədəbiyyat
19 Fevral 09:28

Dünya
19 Fevral 09:14

Dünya
19 Fevral 08:39

Dünya
19 Fevral 08:20

MEDİA
19 Fevral 08:18

İqtisadiyyat
18 Fevral 23:48

Dünya
18 Fevral 23:30

Sosial
18 Fevral 23:19

İqtisadiyyat
18 Fevral 22:57

Dünya
18 Fevral 22:38

İdman
18 Fevral 22:16

Dünya
18 Fevral 21:55

Elm
18 Fevral 21:31

Dünya
18 Fevral 21:17

Sosial
18 Fevral 20:53

Dünya
18 Fevral 20:36

Siyasət
18 Fevral 20:31

İqtisadiyyat
18 Fevral 20:12

Elm
18 Fevral 19:51

Hadisə
18 Fevral 19:30

Dünya
18 Fevral 19:15

İqtisadiyyat
18 Fevral 18:36

Siyasət
18 Fevral 18:34

İqtisadiyyat
18 Fevral 18:33

Dünya
18 Fevral 18:18

Siyasət
18 Fevral 17:48

Gündəm
18 Fevral 17:41

Dünya
18 Fevral 17:37

YAP xəbərləri
18 Fevral 17:12

YAP xəbərləri
18 Fevral 17:07

YAP xəbərləri
18 Fevral 17:06

YAP xəbərləri
18 Fevral 17:05

YAP xəbərləri
18 Fevral 17:04

YAP xəbərləri
18 Fevral 17:04
YAP xəbərləri
18 Fevral 17:02

YAP xəbərləri
18 Fevral 17:02

YAP xəbərləri
18 Fevral 16:58

YAP xəbərləri
18 Fevral 16:57

Gündəm
18 Fevral 16:52

Gündəm
18 Fevral 16:47

YAP xəbərləri
18 Fevral 16:23

Gündəm
18 Fevral 15:59

Siyasət
18 Fevral 15:54

Xəbər lenti
18 Fevral 15:30

Sosial
18 Fevral 15:29

Xəbər lenti
18 Fevral 15:24
