İrəvan münasibətlərin normallaşmasını istəyirsə...
14.12.2024 [12:13]
Konstitusiya dəyişikliyi regionda yeni reallıqlar yaradacaq
Türkiyə ilə münasibətlərin normallaşması Azərbaycanla aparılan sülh prosesindən asılıdır
Cənubi Qafqazın ümumi inkişaf tempinin sürətlənməsi, regionun iqtisadi-siyasi cazibədarlığının daha da artırılması ölkəmizin yürütdüyü çoxvektorlu siyasət kursunun mühüm tərkib hissəsidir. Azərbaycan istər təşəbbüskarı olduğu, istərsə də iştirakçı kimi təmsil olunduğu qlobal layihələrin ilk növbədə Cənubi Qafqaz regionunu əhatə etməsi, bölgəyə dividendlər qazandırması faktoruna fokuslanır. Məhz ölkəmizin səyi nəticəsində Cənubi Qafqaz yeni iqtisadi-siyasi nizamın ən mühüm elementlərindən biri qismində çıxış edir.
Təbii ki, bölgədə ümumən yeni münasibətlər sisteminin qurulması birmənalı şəkildə Ermənistanın siyasi iradəsindən asılı olacaq - Azərbaycanın irəli sürdüyü şərtlərə “hə” deyəcək İrəvan Bakı ilə yanaşı Türkiyə ilə də münasibətlərin normallaşması prosesində mühüm mərhələ qət edəcək. Türkiyə ilə münasibətlərin yaradılması isə Ermənistan üçün mühüm dividendlər vəd edir.
Keçirilən görüşlər...
Yeri gəlmişkən, Ermənistan və Türkiyə rəsmiləri 6-cı dəfə sərhəddə görüş keçirib. Bu barədə Ermənistanın Ankara ilə danışıqlar üzrə xüsusi nümayəndəsi, parlamentin vitse-spikeri Ruben Rubinyan məlumat verib. O, görüşün nə vaxt keçirildiyini dəqiq açıqlamasa da, qarşı tərəflə müzakirələrin müsbət və konstruktiv atmosferdə keçdiyini bəyan edib. Tərəflər Ahurik-Akyaka dəmir yolu-sərhəd keçidinin işə salınması ilə bağlı texniki detalları və nüansları müzakirə ediblər. Görüş və texniki qiymətləndirmə ilə bağlı razılıq Rubinyanla türkiyəli həmkarı Serdar Kılıç arasında iyulda sərhəddə, lakin başqa yerdə - Marqara keçid məntəqəsində baş tutan görüş zamanı əldə olunub.
Xatırladaq ki, son 4 ildə Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində bir sıra mühüm addımlar atılıb. Bu prosesdə tərəflər arasında dialoqun qurulması, sərhəd məsələlərinin həlli və iqtisadi-siyasi əməkdaşlığın artırılması məsələləri araşıdırılıb - 2021-ci ilin sonunda etibarən başlanan prosesdə Türkiyə tərəfdən səfir Sərdar Kılıç, Ermənistan tərəfdən isə parlament sədrinin müavini Ruben Rubinyan əsas nümayəndə təyin olunublar. Tərəflər arasında ilk görüş 2022-ci ilin yanvarın 14-də baş tutub. Moskvada keçirilən görüşdə tərəflər normallaşma prosesini müzakirə ediblər və bu prosesin ilkin mərhələlərini planlaşdırıblar. Bir ay sonra Vyanada keçirilən ikinci görüşdə isə konkret addımların müzakirəsi aparılıb. Bundan sonra baş tutan 2 görüş də Vyanada reallaşıb - görüşlərdə sərhədlərin açılması və iqtisadi əlaqələrin inkişafı məsələlərini müzakirə edilib. qeyd edək ki, 2022-ci ilin fevralında Türkiyə və Ermənistan arasında birbaşa uçuşlar bərpa edilib. Bu, uzun illər fasilədən sonra ilk hava əlaqəsi idi.
Eyni zamanda, tərəflər ticarət məhdudiyyətlərinin aradan qaldırılması üçün müəyyən tədbirlər görülməsini müzakirə ediblər. Təbii ki, görüşlərdə ən vacib məsələ kimi Türkiyə ilə Ermənistan arasındakı quru sərhədlərinin açılması irəli sürülsə də, bu proses hələ ki reallaşmır. Burada bir sıra məqamlar var ki, Ermənistan onları yerinə yetirməlidir. Məsələn, sərhədlərin açılması üçün Azərbaycan ilə sülh müqaaviləsi imzalanmalı, Türkiyəyə qarşı qondarma iddialardan əl çəkilməlidir. Türkiyə Ermənistanla münasibətlərin inkişafını Azərbaycanın maraqları ilə əlaqələndirir. Beşinci görüş isə bu ilin iyulunda Marqara keçid məntəqəsində baş tutub.
Sərhədlər açılacağı təqdirdə...
Qeyd edək ki, Türkiyə danışıqlar və müzakirələr zamanı hər zaman bir məqamı önə çəkir - Ankara ilə İrəvan arasındakı müzakirələr birmənalı şəkildə Azərbaycanla koordinasiyalı formada həyata keçirilir. Başqa sözlə, İrəvan Türkiyə ilə münasibətləri tənzimlənməsi üçün sülhü gecikdirməməlidir. Çünki Azərbaycan ilə Ermənistan arasında sülhün yaranması fonunda İrəvan-Ankara münasibətlərinin də yeni mərhələyə qədəm qoyması bütövlükdə regionun iqtisadi gələcəyi üçün mühüm perspektiv yaradır. Xüsusilə, Zəngəzur dəhlizinin açılması Ermənistanın həm Türkiyə, həm Azərbaycan, həm də bütövlükdə dünya ilə əlaqələrinin yeni müstəviyə qədəm qoymasına şərait yaradacaq. Ümumiyyətlə, dəhlizin açılması yeni ticari-iqtisadi üstünlüklər yaradır ki, irəvan da bu üstünlüklərdən faydalana biləcək - xüsusilə, Türkiyə ilə normal iqtisadi-siyasi əlaqələrə malik olacağı təqdirdə regional inkişafın əsas ünsürlərindən birinə çevrilməklə yanaşı, Şərq-Qərb logistik ticarət və yükdaşıma yoluna qoşula biləcək. Çünki Zəngəzur dəhlizi Şərq-Qərb marşrutu üzərində ən qısa yol kimi əhəmiyyət daşıyır və dəhlizhin coğrafi imkanları olduqca genişdir. Başqa sözlə, dəhliz yeni iqtisadi münasibətlər sisteminin əsas təməllərindən birinə çevrilmə potensialına malikdir. Beləliklə, Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının digər bir mühüm şərti Zəngəzur dəhlizinin açılması ilə üst-üstə düşür. Zəngəzur dəhlizi yalnız Azərbaycanın əsas hissəsi ilə blokada şəraitində olan Naxçıvan arasında əlaqəni təmin etməyəcək, həm də bütün region dövlətləri arasında əlverişli nəqliyyat bağlantısı yaradacaq. Xatırladaq ki, Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanın və Türkiyənin mövqeyi paraleldir - Prezident Ərdoğan müxtəlif auditoriyalarda bəyan edib ki, Zəngəzur dəhlizinin həyata keçirilməsi ilə bölgənin iqtisadi və sosial hərəkətliliyi ən yüksək həddə çatacaq.
Konstitusiyanı dəyişməklə...
Ermənistan üçün real çıxış yolu sayılan münasibətlərin normallaşması üçün isə İrəvan üzərinə düşən öhdəlikləri yerinə yetirməli, bu münasibətlərin daha səmimi və əbədi olmasına səy göstərməlidir. Ermənistan anlamılıdır ki, konstitusiyasında edəcəyi dəyişiklik həm Azərbaycan, həm də Türkiyə ilə münasibətlərin yeni məcraya qədəm qoymasında əsaslı şərtə çevriləcək. Söhbət ondan gedir ki, Ermənistanın Müstəqillik Bəyannaməsinin preambulasında “Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ Milli Şurasının 1 dekabr 1989-cu il tarixli “Ermənistan SSR-yə yenidən birləşmək haqqında” birgə qondarma qərardan bəhs olunur. Yəni, rəsmi olaraq Ermənistan hələ də 4.4 min kvadrat kilometrlik Azərbaycan torpağına iddia ortaya qoyur. Türkiyə ilə münasibətlərin tənzimlənməsinə olan maneəyə gəldikdə isə, sənəddə 1915-ci ildə Osmanlı dövlətində qondarma “erməni soyqırımı”nın beynəlxalq səviyyədə tanınmasına nail olunması da vurğulanır. Ermənistan öz Konstitusiyasında müvafiq dəyişiklikləri etməklə bölgədə normal qonşuluq münasibəti yarada biləcək...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxSosial
13 Yanvar 18:27
Siyasət
13 Yanvar 18:03
YAP xəbərləri
13 Yanvar 18:01
YAP xəbərləri
13 Yanvar 17:36
YAP xəbərləri
13 Yanvar 17:35
YAP xəbərləri
13 Yanvar 17:32
YAP xəbərləri
13 Yanvar 17:32
Dünya
13 Yanvar 17:22
Xəbər lenti
13 Yanvar 17:13
YAP xəbərləri
13 Yanvar 15:55
YAP xəbərləri
13 Yanvar 15:54
YAP xəbərləri
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:52
Dünya
13 Yanvar 15:27
Siyasət
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:45
Sosial
13 Yanvar 14:39
Hadisə
13 Yanvar 14:28
Gündəm
13 Yanvar 14:15
Gündəm
13 Yanvar 12:27
Dünya
13 Yanvar 12:16
Elm
13 Yanvar 12:13
Dünya
13 Yanvar 12:03
Sosial
13 Yanvar 11:36
Sosial
13 Yanvar 10:59
Hadisə
13 Yanvar 10:54
Dünya
13 Yanvar 10:53
Dünya
13 Yanvar 10:44
Dünya
13 Yanvar 10:35
Hadisə
13 Yanvar 10:16
Dünya
13 Yanvar 10:12
İqtisadiyyat
13 Yanvar 10:11
Dünya
13 Yanvar 09:51
Sosial
13 Yanvar 09:32
Dünya
13 Yanvar 09:18
Dünya
13 Yanvar 08:57
Sosial
13 Yanvar 08:35
Dünya
12 Yanvar 23:55
Hadisə
12 Yanvar 23:15
Dünya
12 Yanvar 22:41
Dünya
12 Yanvar 22:18
Dünya
12 Yanvar 21:57
İdman
12 Yanvar 21:15
Dünya
12 Yanvar 20:43
Hadisə
12 Yanvar 20:25
Dünya
12 Yanvar 19:52
İdman
12 Yanvar 19:16
Siyasət
12 Yanvar 18:50
İdman
12 Yanvar 18:10
Xəbər lenti
12 Yanvar 17:50
Dünya
12 Yanvar 17:15
Xəbər lenti
12 Yanvar 16:54
Hadisə
12 Yanvar 16:10
Dünya
12 Yanvar 15:50
Dünya
12 Yanvar 15:15
Xəbər lenti
12 Yanvar 14:50
Xəbər lenti
12 Yanvar 14:38
Dünya
12 Yanvar 13:52
Dünya
12 Yanvar 13:17
Dünya
12 Yanvar 12:45
Dünya
12 Yanvar 12:16
Dünya
12 Yanvar 11:47
Hadisə
12 Yanvar 11:23
İdman
12 Yanvar 10:51
Dünya
12 Yanvar 10:19
Hadisə
12 Yanvar 09:48
Dünya
12 Yanvar 09:12
Siyasət
12 Yanvar 08:31
Hadisə
11 Yanvar 23:42
İdman
11 Yanvar 23:16