Serbiyanın Səfirlər Müşavirəsində...
24.12.2024 [08:58]
Ceyhun Bayramov çıxışı zamanı enerji layihələrinin önəmini vurğulayıb
Azərbaycan xarici siyasətində Serbiya Respublikası ilə əməkdaşlıq vacib yer tutur. Serbiya Avropa məkanında ölkəmizin strateji tərəfdaşlarından biridir. Ötən illər ərzində qarşılıqlı əlaqələr yüksələn xətlə inkişaf edib. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun bu ölkənin dəvəti əsasında Serbiyanın Səfirlər Müşavirəsində iştirakı və çıxışı da dostluq münasibətlərinin göstəricisidir.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, Ceyhun Bayramov çıxışı zamanı Azərbaycan-Serbiya strateji tərəfdaşlığının siyasi, iqtisadi, enerji, humanitar aspektlərindən, ölkələrimizi birləşdirən ümumi çağırışlar və onlarla mübarizədə ortaq yanaşmamızdan ətraflı bəhs edib. İki ölkə arasında 30 ilə yaxın tarixi olan diplomatik münasibətlərin bu gün Azərbaycan və Serbiya rəhbərliyinin birbaşa iştirakı ilə özünü əməldə, çoxşaxəli strateji tərəfdaşlıqda göstərdiyi qeyd olunub.
Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurası, Azərbaycan ilə Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya, habelə siyasi məsləhətləşmələr mexanizminin əməkdaşlığın inkişafında vacib rolundan bəhs edilib.
Nazir çıxışında ölkələrimiz arasında enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın perspektivlərindən danışıb, Azərbaycanın Avropada enerji diversifikasiyasının transformasiyasında oynadığı rolun əhəmiyyətini, o cümlədən cari ildə qaz ixracı sahəsində Serbiya ilə əməkdaşlığın nəticələr verməsini vurğulayıb. Eləcə də, “yaşıl enerji” sahəsinin ölkəmizin prioritetlərindən biri olduğu, bu istiqamətdə Qara dəniz sualtı enerji kabeli layihəsi, Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında “yaşıl enerji” sahəsində strateji tərəfdaşlıq kimi təşəbbüslərin Xəzər və Qara dəniz hövzələrindən keçməklə Avropa və Mərkəzi Asiyanın əlaqələndirilməsində mühüm addımlar olduğu diqqətə çatdırılıb.
C.Bayramov, həmçinin bu il ölkəmizdə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) nəticələri barədə Müşavirə iştirakçılarını ətraflı məlumatlandıraraq, yeni iqlim maliyyəsi hədəfinin razılaşdırılması, Paris sazişinin 6-cı maddəsi üzrə danışıqların yekunlaşdırılması, İtki və Zərər Fondunun fəaliyyətə başlaması üçün hazır vəziyyətə gətirilməsi istiqamətində əldə olunan uğurların qlobal iqlim gündəliyində əhəmiyyətindən bəhs edib.
Eyni zamanda, Azərbaycan və Serbiyanı birləşdirən ortaq xüsusiyyətlər qismində ölkələrimiz arasında ərazi ölçüsü, əhali sayı, xalqlarımız arasında mövcud tarixi bağlar ilə yanaşı, təxminən eyni tarixi dövrdə müstəqillik qazanan hər iki ölkənin beynəlxalq hüququn selektiv tətbiqinə məruz qaldığı, ölkələrimizin ikili standartlar problemi ilə üzləşdiyi bildirilib. XİN başçısının çıxışında həmçinin, ölkələrimizin xarici aktorlara arxalanmamağın, geosiyasi qarşıdurmalarda tərəf olmamağın, manipulyasiya və müdaxilələrdən qaçmaq üçün birbaşa danışıqlara üstünlük verilməsinin əhəmiyyətini anladığı qeyd edilib. Bu baxımdan Azərbaycanın və Serbiyanın xarici siyasətində eyni dəyərləri, xüsusilə ərazi bütövlüyü və suverenliyə daimi dəstəyi rəhbər tutmasının və bunun davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Tədbirdə Serbiyanın xarici işlər naziri Marko Curiç, XİN-in kollektivi, bu ölkənin xaricdəki səfirləri, habelə Serbiya parlamentinin sədri Ana Brnabiç iştirak ediblər.
Yeri gəlmişkən, səfər çərçivəsində Ceyhun Bayramov serbiyalı həmkarı Marko Curiç ilə də görüşüb. Geniştərkibli görüş zamanı nazirlər Azərbaycan-Serbiya strateji tərəfdaşlığının müxtəlif aspektləri, o cümlədən regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar. İki ölkə arasında qarşılıqlı hörmət və etibarlı tərəfdaşlığa, beynəlxalq hüququn əsas norma və prinsiplərinə, xüsusilə suverenlik və ərazi bütövlüyünün qarşılıqlı dəstəklənməsinə əsaslanan strateji tərəfdaşlığın inkişafından məmnunluq ifadə olunub.
Strateji tərəfdaşlığın inkişafına töhfə verən amillər arasında ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin, liderlər arasında dostluğun əhəmiyyəti vurğulanıb. İki ölkə arasında enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, turizm sahələri üzrə əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub, iqtisadiyyat, ticarət və investisiya istiqamətləri üzrə əməkdaşlığın inkişafının zəruriliyi vurğulanıb. Regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və həmrəyliyin bundan sonra da davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.
Qarşı tərəf, həmçinin işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr, habelə Azərbaycan ilə Ermənistan arasında normallaşma və sülh prosesinin hazırkı vəziyyəti barədə ətraflı məlumatlandırılıb. Sülh müqaviləsində açıq qalan bəndlər üzrə razılığın əldə olunması, Ermənistan Konstitusiyasında ölkəmizin ərazi bütövlüyünə yönələn iddialara son qoyulmasının sülh prosesinə hədə törədən mövcud çağırışların aradan qaldırılması üçün əhəmiyyəti qeyd edilib. Bununla yanaşı, ATƏT çərçivəsində Minsk qrupunun rəsmi olaraq ləğvinə Ermənistanın maneçilik səylərinin sülh prosesinə zidd olduğu diqqətə çatdırılıb.
Bununla yanaşı, görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
Daha sonra mətbuat konfransında nazirlər görüşün nəticələrinə dair bəyanatlarla çıxış ediblər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxAnalitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00
Hadisə
26 May 14:25
Siyasət
26 May 14:10

