Sülhə qarşı “A(y)I” missiyası...
27.12.2024 [09:48]
Qərb Cənubi Qafqaz planının iflası ilə razılaşmaq istəmir
Fransanın “Aİ missiyası” adı altında Cənubi Qafqaza yerləşdirdiyi kəşfiyyatçı qrupun “xidməti müddəti” faktiki olaraq gələn ilin fevralında başa çatır. Artıq indidən missiyanın getməsi və ya qalması “zərurəti” haqda fikirlər səslənməkdədir. Bəlli olduğu kimi, bu missiyanın regionda varlığı sülh üçün ən böyük maneələrdən biridir - çünki 2023-cü ilin əvvəlindən etibarən mülki monitorinq missiyası adı altında Ermənistanda kök salmağa başlamış bu kəşfiyyat qrupunun əsl fəaliyyəti heç kimə sirr deyil. Ermənistana üzdə “havadarlıq” edən, arxa planda isə özünün korporativ maraqlarını əsas götürən Fransa məhz bu missiyanın əli ilə sülhün reallaşmasına bu və ya digər şəkildə əngəl törədir. Prezident İlham Əliyev dekabrın 17-də “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində bildirmişdi ki, sülh sazişi sənədinin ravzılaşdırılmamış maddələrindən biri başqa ölkələrin nümayəndələrini bizim sərhədimizdə yerləşdirməməklə bağlıdır: “Bu, niyə bizim üçün vacibdir? Çünki sözdə Avropa müşahidəçiləri pərdəsi altında bizimlə Ermənistan sərhədində NATO tərəfindən infrastruktur yaradılıb. Axı, bu müşahidəçilərin göndərilməsi məsələsi bizimlə 2022-ci ilin oktyabrında Paşinyan, Avropa Şurasının Prezidenti Şarl Mişel, Fransa prezidenti və mənim aramda keçirilən dördtərəfli görüşdə razılaşdırılıb. O vaxt Fransa hələ bizim tərəfimizdən normallaşdırma prosesindən kənarlaşdırılmamışdı. Belə bir razılıq əldə edildi ki, Avropa İttifaqının nümayəndələrinin iki ay müddətində məhdud kontingenti olacaq. İki aylığına 40 nəfər yerləşdiriləcək. Bundan sonra bu missiya bizimlə razılaşdırılmadan uzadıldı və arqument bundan ibarət idi: niyə sizinlə razılaşdırmalıyıq, axı, bu missiya Ermənistan ərazisindədir. Bizim isə arqumentimiz belə idi: razılığa gələndə siz niyə bizimlə razılaşdırdınız? Axı, belə olmaz. Sonra onların sayı 200 nəfərdən çox artırıldı. Bundan başqa, bu missiya tədricən NATO-nun missiyasına çevrildi, belə ki, oraya Kanadanın nümayəndələri qoşuldu. Beləliklə, bu, bizim razılığa gələcəyimiz ikinci maddədir”.
Tərkib “genişləndirilir”, ofislər çoxalır...
Bildirildiyi kimi, fəaliyyətə başladığı ilk günlərdə bu missiyanın heyəti 40 nəfərdən ibarət idisə, artıq bu say yüzlərlədir. Missiyanın tərkibi ilə yanaşı, ofislərinin də sayı artırılıb. Bu isə artıq şərhə ehtiyac qoymur. Ötən dövr ərzində kəşfiyyat qrupunu tam şəkildə Ermənistana yerləşdirmək imkanı “qazanan” Fransanın məqsədi bəllidir - onlar nəinki real situasiyanı monitorinq edirlər, birmənalı şəkildə Azərbaycana qarşı təxribatların hazırlanmasında iştirakçı qismində çıxış edirlər.
Bu mənada, Fransa Aİ-nin əli ilə missiyanın geri çağırılmasına da əngəl törədir. Bir sıra siyasətçilər fevral ayında missiyanın “xidməti müddətinin” artırılacağını düşünür. Düzdür, bir müddət öncə, Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin İctimai Kanalına müsahibəsində Ermənistanın Azərbaycana Avropa İttifaqı missiyasının delimitasiya olunacaq ərazidə fəaliyyət göstərməyəcəyini təklif etdiyini dilə gətirmişdi. Əslində, bu kimi “təkliflər” özü sübut edir ki, bu “missiya” indiki dövrdə Ermənistandan daha çox, Fransanın və Avropa İttifaqının “layihəsidir”. Bir müddət öncə müşahidə missiyasının rəhbəri Markus Ritterin müşaviri Marek Kuberski erməni mətbuatına bildirmişdi ki, Brüssel “tərəfdaşlıqla” bağlı qərarı bütün Aİ ölkələrinin paytaxtları ilə məsləhətləşərək hazırlayır: “Çünki qərar Avropa İttifaqının bütün 27 üzvü tərəfindən veriləcək. Biz artıq İrəvandakı Ermənistan hakimiyyəti ilə Ermənistan vətəndaş cəmiyyəti təşkilatları ilə məsləhətləşmələr aparmışıq. Bizim mandatımız gələn il fevralın 19-da başa çatır, ona görə də bundan sonra nə edəcəyimizlə bağlı qərar verməliyik”, - Kuberski bildirmişdi.
Bayden administrasiyasının “Kanada silueti”...
Bu layihəni tam olaraq Aİ-yə şamil etmək olmaz - çünki buraya Kanadadan olan “müşahidəçilər” də daxildir. Maraqlıdır ki, “Aİ missiyası” yarlığı altında fəaliyyət göstərən missiyanın tərkibində Kanadaya hansı “ehtiyac” duyulub? Prezident İlham Əliyevin müsahibəsində “bizimlə Ermənistan sərhədində NATO tərəfindən infrastruktur yaradılıb” fikri məhz bu məqama əsaslanır. Bayden administrasiyası məhz Kanadanın “kölgəsində” gizlənərək Cənubi Qafqazdakı sülh prosesinə maneçilik törətməklə məşğul olub. Təsadüfi deyil ki, missiyanın rəhbərliyində olan şəxslər arasında NATO ölkələrində kəşfiyyat və təhlükəsizlik xidmətlərində çalışmış şəxslər yer alır. Xüsusilə missiya rəhbərliyinin bəzi üzvlərinin Balkan münaqişələrində və Əfqanıstandakı NATO əməliyyatlarında iştirak etdiyi haqda məlumatlar var.
Mandat Brüsseldə “həll olunur” - Ermənistanın mövqeyi nəzərə alınmır...
O da təsadüfi deyil ki, Azərbaycanla Ermənistan arasında sülhlə bağlı razılaşma məsələsində hansısa bir irəliləyiş nəzərə çarpan kimi bu “missiya” dövrəyə girir - onlar bu və ya fərqli təxribatlarla, açıqlamalarla sülh prosesinin reallaşmasına mane olmağa çalışırlar. Məsələn, son iki ayda sülhlə bağlı prosesdə bir intensivlik müşahidə olunurdu - məhz belə bir məqamda Fransanın Ermənistandakı səfiri Olivye Dekottini Ermənistan-Azərbaycan şərti sərhəddinə “baş çəkdi”. Səfir Aİ missiyası ilə sərhəddə görüşərək planın missiyanın mövcudluğunu təxminən iki dəfə artırmaq olduğunu “bəyan etdi” - “bu o deməkdirmi ki, Aİ Bakı və Moskvanın tələbi ilə öz missiyasını sərhəddən çıxarmayacaq” sualını O.Dekottini belə cavablandırmışdı: “Missiyanın mandatı Brüsseldə müəyyən edilir”.
Demək ki, bu missiyanın varlığının sülhə qarşı olması bütün detalları ilə ortadadır. Bu isə Qərbin konstruktivlikdən çox destruktivliyə yönələn addımlarının növbəti təsdiqi kimi meydana çıxır...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
13 Yanvar 23:52
Dünya
13 Yanvar 23:37
Siyasət
13 Yanvar 23:16
Hadisə
13 Yanvar 22:47
Dünya
13 Yanvar 22:39
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:57
Dünya
13 Yanvar 21:33
Elm
13 Yanvar 21:12
İdman
13 Yanvar 20:51
Sosial
13 Yanvar 20:32
İdman
13 Yanvar 20:19
Elm
13 Yanvar 19:54
İqtisadiyyat
13 Yanvar 19:38
Dünya
13 Yanvar 19:17
İdman
13 Yanvar 18:59
Sosial
13 Yanvar 18:27
Siyasət
13 Yanvar 18:03
YAP xəbərləri
13 Yanvar 18:01
YAP xəbərləri
13 Yanvar 17:36
YAP xəbərləri
13 Yanvar 17:35
YAP xəbərləri
13 Yanvar 17:32
YAP xəbərləri
13 Yanvar 17:32
Dünya
13 Yanvar 17:22
Xəbər lenti
13 Yanvar 17:13
YAP xəbərləri
13 Yanvar 15:55
YAP xəbərləri
13 Yanvar 15:54
YAP xəbərləri
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:52
Dünya
13 Yanvar 15:27
Siyasət
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:45
Sosial
13 Yanvar 14:39
Hadisə
13 Yanvar 14:28
Gündəm
13 Yanvar 14:15
Gündəm
13 Yanvar 12:27
Dünya
13 Yanvar 12:16
Elm
13 Yanvar 12:13
Dünya
13 Yanvar 12:03
Sosial
13 Yanvar 11:36
Sosial
13 Yanvar 10:59
Hadisə
13 Yanvar 10:54
Dünya
13 Yanvar 10:53
Dünya
13 Yanvar 10:44
Dünya
13 Yanvar 10:35
Hadisə
13 Yanvar 10:16
Dünya
13 Yanvar 10:12
İqtisadiyyat
13 Yanvar 10:11
Dünya
13 Yanvar 09:51
Sosial
13 Yanvar 09:32
Dünya
13 Yanvar 09:18
Dünya
13 Yanvar 08:57
Sosial
13 Yanvar 08:35
Dünya
12 Yanvar 23:55
Hadisə
12 Yanvar 23:15
Dünya
12 Yanvar 22:41
Dünya
12 Yanvar 22:18
Dünya
12 Yanvar 21:57
İdman
12 Yanvar 21:15
Dünya
12 Yanvar 20:43
Hadisə
12 Yanvar 20:25
Dünya
12 Yanvar 19:52
İdman
12 Yanvar 19:16
Siyasət
12 Yanvar 18:50
İdman
12 Yanvar 18:10
Xəbər lenti
12 Yanvar 17:50
Dünya
12 Yanvar 17:15
Xəbər lenti
12 Yanvar 16:54
Hadisə
12 Yanvar 16:10
Dünya
12 Yanvar 15:50