/ / Həştərxanda Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş təntənəli tədbirlər başlanıb
Həştərxanda Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş təntənəli tədbirlər başlanıb
21.05.2013 [13:07]
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, mayın 20-də Həştərxanda Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş təntənəli tədbirlər başlanıb.
Tədbirlərə Həştərxanda 2010-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə açılmış Heydər Əliyev adına parkda start verilib. Parkda Heydər Əliyevin abidəsi önünə əklillər və tər çiçəklər qoyulub. Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibəti ilə keçirilən təntənəli tədbirlərdə iştirak etmək üçün Həştərxana gəlmiş Azərbaycan nümayəndə heyətinin üzvləri, Azərbaycan diasporunun nümayəndələri, şəhər sakinləri iştirak ediblər.
Ümummilli lider Heydər Əliyevin təntənəli yubileyi münasibətilə parkda Azərbaycan incəsənət ustalarının iştirakı ilə bayram konserti olub.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov və Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin parkda Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin üzvləri və yerli sakinlərlə görüşüblər.
Sonra tədbir iştirakçıları Heydər Əliyev Fondunun dəstəyi ilə parkda və onun ətrafında həyata keçirilmiş layihələrlə tanış olublar. Keçən il burada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə Azərbaycan-Rusiya dostluq körpüsü və uşaq meydançası açılıb.
Daha sonra Azərbaycan nümayəndə heyəti Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə knyaz Vladimirə abidə ucaldılacaq ərazidə aparılan hazırlıq işləri ilə tanış olublar. Bildirilib ki, abidənin ətrafında park salınacaq. Ərazinin abadlaşdırılması üzrə işlərin bu il sentyabr ayına qədər başa çatdırılması planlaşdırılır.
Həştərxanda həyata keçiriləcək növbəti layihə Bakinskaya küçəsində uşaq bağçasının tikintisi olacaq. Həmin uşaq bağçasının tikintisi üçün Heydər Əliyev adına məktəbin qarşısında sahə ayrılıb.
Xəbər lenti
Hamısına baxGündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20

