Sülhə gedən yolun əvvəli...
22.02.2025 [09:42]
Ermənistanda Konstitusiya dəyişir
Ermənistanın ötən ilin sonunda başlatdığı Aİ üzvluyünə namizədlik prosesi ilə bağlı referendum keçirilməsi planlaşdırılır. Çünki proses həm də Konstitusiya dəyişikliyini özündə ehtiva edir. Yeni Konstitusiyanın təsdiqi ilə bağlı ümumxalq səsverməsinin nə zaman keçiriləcəyi isə tam məlum deyil - fevralın 19-da Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, ölkəyə yeni konstitusiya lazımdır. “Yeni konstitusiyanın qəbulu böyük əhəmiyyət kəsb edir. Çünki hazırkı konstitusiyanın qəbulu ilə bağlı keçirilən bütün referendumlarla bağlı ictimai qavrayışda ciddi qeyri-legitimlik hökm sürür. Yeni konstitusiyanın qəbulunun strateji məqsədi vətəndaşlığı olmayan millətin qalıq fəaliyyətindən dövlət quran xalqın fəaliyyətinə keçiddir”.
Paşinyan təsdiqləyir - Qalyan yeni mətnin hazırlandığını deyir...
Göründüyü kimi, Paşinyan Konstitusiya dəyişikliyinin yalnız Aİ üzvlüyünə namizədlik prosesi ilə bağlamır - o dolayısı ilə, yeni yaranan situasiyanın, özünün təbirincə desək Ermənistana “kupça” alınmasının səbəbi kimi də yeni əsas qanuna ehtiyacın olduğunu irəli sürür. Yeni Konstitusiyadakı dəyişikliklərin nədən ibarət olması haqda hələlik dəqiq məlumat yoxdur - Ermənistan ədliyyə naziri Srbuhi Qalyan hökumətin iclasından sonra keçirilən brifinqdə bildirib ki, ötən illər ərzində yeni Konstitusiya layihəsi ilə bağlı konsepsiyaların hazırlanmasına cəhdlər olub və bu konsepsiyalar demək olar ki, hazırlanıb. “İndi bizim vəzifəmiz yeni konsepsiya hazırlamaq deyil, Konstitusiyanın yeni mətnini hazırlamaqdır. Hazırda bu istiqamətdə işlər aparılır. 2026-cı il seçkilərinə qədər yeni Konstitusiyanın mətninin hazırlanmasını təmin etməliyik, bundan sonra təbii ki, referendumun keçirilməsi ilə bağlı qərar veriləcək”, - deyə o bildirib. Qalyan seçkilərdən sonra Konstitusiya ilə bağlı referendumun keçiriləcəyini də istisna etməyib: “Bəli, çox güman ki, belə də olacaq”. Yeni Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinadın olub-olmaması ilə bağlı suala o, belə cavab verib: “Mən heç nəyi istisna etmirəm, bu məsələ ilə bağlı hələ yekun qərarımız yoxdur, lakin bu gün mövcud olan ifadənin qüvvədə olub-olmaması real həyatımızda heç nəyi dəyişməyib. Bu məqamda mətnin bir hissəsini şərh etmək istəməzdim, bunu müvafiq komissiyanın öhdəsinə buraxacağımızı düşünürəm”.
Konstitusiya dəyişikliyi nə vəd edir?
Göründüyü kimi, Paşinyan və komandası sülhün əsas şərtlərindən biri olan Konstitusiya dəyişikliyi məsələsinin artıq aktuallaşdığını etiraf edir. Çünki sülh üçün bu şərt zəruridir - Azərbaycan regionda ədalətli sülhün yaranmasında maraqlı olduğunu hər zaman irəli sürür. Ölkəmizin sülh şərtləri də bəllidir - 2022-ci ildə meydana çıxan prosesdə ön planda tutulan aparıcı meyarlar müəyyənləşdirilib. Ərazi bütövlüyünün tanınması, sərhədlərin delimitasiyası və demarkasiyası, kommunikasiyaların açılması, əsassız iddiaların aradan qaldırılması kimi şərtlər gələcək dövrün sabitliyi üçün ən vacib məqamlardandır. Bu mənada, Azərbaycanın Ermənistanın Konstitusiyasında yer alan qondarma ərazi iddiasının dəyişdirilməsi tələbi də arqumentli, əsaslı bir tələbdir. Hazırki durumda Ermənistan hələ də Azərbaycan torpaqlarına iddiasını davam etdirir - Konstitusiyasında belə bu iddianı əks etdirən işğalçı ölkənin “gələcək planlarında” yenidən bu qondarma fikrə düşməyəcəyi qarantiya olunmur. Ötən 200 illik təcrübə bunu deməyə əsas verir. Başqa sözlə, bu gün sülhə imza atacaq Ermənistanın siyasi hakimiyyətinin dəyişikliyi fonunda İrəvanda hökumətə yiyələnəcək bir başqa qüvvənin Konstitusiyanın bu müddəasını əlində əsas tutaraq sülhü pozmayacağına kimsə təminat verə bilməz. Beləliklə, Bakının İrəvandan tələb etdiyi Konstitusiya dəyişikliyi praktik olaraq həm haqlı, həm də ədalətlidir.
Bu dəyişiklik Ermənistanın özü üçün də mühüm bir amildir. Bu kimi qondarma iddialardan əl çəkməklə Ermənistanın özünün regiondakı yerini müəyyənləşdirəcək, Türkiyə və Azərbaycanla münasibətlərdə yeni bir mərhələ yaradacaq. Bu isə İrəvanın gələcək inkişaf yolu üçün bir mayakdır.
Paşinyan sülhü imzalamalıdır - bunun üçün isə....
Eyni zamanda, yeni Konstitusiya Paşinyanın siyasi karyerası üçün də vacib amilə çevrilib. Qlobal mühitdə baş verən dəyişikliklər Paşinyanın vaxtilə arxayın olduğu meyarları sıradan çıxarıb. Artıq Fransa öz hayındadır - ABŞ-ın yeni hakimiyyəti isə İrəvanla Bayden administrasiyasının imzaladığı xartiyaya ciddi yanaşmır. Başqa sözlə, İrəvanın “geniş dəstək kampaniyası” başa çatıb. Artıq Paşinyanın özünün oturduğu kresloya təhdidlər formalaşır. Keçmiş revanşist komandanın dirçəlməsi prosesinin şahidi oluruq. Bu isə hazırki baş nazirə müsbət heç nə vəd etmir. Koçaryan-Sarkisyan ittifaqının yenidən dirçəlməsi Paşinyanı nəikni vəzifəsindən edəcək, hətta gələcək aqibətini də sual altına alacaq. Bunu Nikol Paşinyan özü də dərk edir. 2026-cı ildə baş tutacaq parlament seçkilərinə qədər Paşinyanın özünün yerdə sürünən reputasiyasına “əl gəzdirməlidir”. Bunun üçün isə ən real şans bölgədəki durumu düzəltmək, bahşqa sözlə qonşularla “sıfır problem” münasibəti qurmaqdır. Paşinyan 2025-ci ildə Konstitusiya dəyişikliyi edəcəyi, Azərbaycanla sülh müqaviləsi imzalayacağı, Türkiyə ilə sərhədlərin açılmasına nail olacağı halda özünün hakimiyyət nərdivanındakı yerini qoruya biləcək. Sülhün əldə olunmayacağı təqdirdə, İrəvanda yeni və daha ağır siyasi böhranlar qaçılmazdır...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına bax
Dünya
27 Mart 23:46

İqtisadiyyat
27 Mart 22:31

Dünya
27 Mart 21:20

Sosial
27 Mart 20:38

Dünya
27 Mart 19:34

Sosial
27 Mart 19:04

Dünya
27 Mart 18:31

Dünya
27 Mart 17:28

Dünya
27 Mart 16:47

Gündəm
27 Mart 15:46

Elm
27 Mart 15:26

Gündəm
27 Mart 14:38

Dünya
27 Mart 14:38

Dünya
27 Mart 13:45

Dünya
27 Mart 12:54

Dünya
27 Mart 12:26

İdman
27 Mart 11:43

Dünya
27 Mart 11:16

Dünya
27 Mart 10:58

İdman
27 Mart 10:22

Dünya
27 Mart 09:32

Elm
27 Mart 08:40

Elm
26 Mart 23:42

Dünya
26 Mart 22:34

Sosial
26 Mart 21:54

Sosial
26 Mart 21:53

Dünya
26 Mart 20:33

Siyasət
26 Mart 19:21

Dünya
26 Mart 18:30

Dünya
26 Mart 17:14

Dünya
26 Mart 16:53

Gündəm
26 Mart 15:48

İdman
26 Mart 15:41

Dünya
26 Mart 14:20

Diaspor
26 Mart 13:37

Dünya
26 Mart 12:45

Dünya
26 Mart 11:24

Xəbər lenti
26 Mart 11:11

Hadisə
26 Mart 10:22

Dünya
26 Mart 10:19

Dünya
26 Mart 09:37

Dünya
26 Mart 08:25

Dünya
25 Mart 23:41

Dünya
25 Mart 22:36

Sosial
25 Mart 21:35

MEDİA
25 Mart 20:17

Sosial
25 Mart 19:50

Siyasət
25 Mart 19:41

Dünya
25 Mart 19:38

Elanlar
25 Mart 19:29

Dünya
25 Mart 19:24

Dünya
25 Mart 18:47

Mədəniyyət
25 Mart 17:25

Dünya
25 Mart 16:22

Dünya
25 Mart 15:41

Dünya
25 Mart 14:30

Din
25 Mart 13:33

Dünya
25 Mart 13:17

Dünya
25 Mart 12:48

Dünya
25 Mart 12:40

Hadisə
25 Mart 12:29

Dünya
25 Mart 11:38
25 Mart 10:51

Siyasət
25 Mart 10:24

Dünya
25 Mart 09:52

Dünya
25 Mart 09:18

Dünya
25 Mart 08:51

Dünya
25 Mart 08:20

Dünya
24 Mart 23:35

İdman
24 Mart 22:41
