/ / Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin birinci Forumu keçirilib
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin birinci Forumu keçirilib
22.06.2013 [09:26]
İyunun 21-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin birinci Forumu keçirilib.
AzərTAc xəbər verir ki, Forumda diaspor nümayəndələri ilə yanaşı, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə respublikalarının dövlət və hökumət strukturlarının, qeyri-hökumət təşkilatlarının, elm, mədəniyyət və digər yaradıcı qurumlarının nümayəndələri iştirak ediblər.
Forum türkdilli dövlətlərin və Azərbaycan diasporunun fəaliyyəti ilə bağlı filmin təqdimatı ilə başlayıb.
Forumu açan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) baş katibi Xəlil Akıncı tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib. Qeyd edib ki, sovetlər birliyi dağıldıqdan sonra türkdilli dövlətlər arasında əməkdaşlıq güclənməyə başlayıb. Bu əlaqələrin genişləndirilməsi, türkdilli ölkələrin beynəlxalq səviyyədə tanıdılması, onların problemlərinin həlli istiqamətində diaspor təşkilatları mühüm rol oynayır.
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov tədbir iştirakçılarını salamlayıb, Forumun işinə uğurlar arzulayıb.
Diqqətə çatdırıb ki, türk dünyasının siyasi coğrafiyası müstəqillik qazanan türkdilli dövlətlər hesabına genişlənib. Ümummilli lider Heydər Əliyevin türkdilli dövlətlərin birliyinə yüksək dəyər verdiyi, Azərbaycan Prezidenti İlham Əliyevin hazırda bu siyasəti layiqincə davam etdirdiyi diqqətə çatdırılıb.
N.İbrahimov bildirib ki, bu gün dünyada türkdilli ölkələrin diaspor təşkilatlarının milyonlarla üzvü var və türk xalqları arasında birliyin, həmrəyliyin möhkəmləndirilməsi qarşıya qoyulan əsas vəzifələrdən biridir.
Türk dünyasının birliyi ideyasının yüz illərdir mövcud olduğunu diqqətə çatdıran N.İbrahimov qeyd edib ki, buna baxmayaraq, həmin ideya XX əsrin sonlarında geniş yayılmağa başlayıb. O, bu gün türk dünyasının ciddi bir reallıq kimi qəbul edildiyini vurğulayıb.
Komitə sədri türkdilli ölkələrin siyasi və mədəni birliyi istiqamətində indiyədək həyata keçirilmiş tədbirlər, görülən işlər barədə də məlumat verərək deyib: “Bu gün dünyanın müxtəlif ölkələrində türkdilli xalqların sayı milyonlarla olan diasporu fəaliyyət göstərir. Bu, kifayət qədər ciddi qüvvədir və bizə qüvvələrimizi birləşdirib, xalqlarımızın maraqları naminə birgə fəaliyyət göstərmək imkanı verir”.
Sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov Prezident İlham Əliyevin Forum iştirakçılarına təbrik məktubunu oxuyub.
Forumda, həmçinin Türkiyə, Qazaxıstan və Qırğızıstan prezidentlərinin də iştirakçılara təbrik məktubları oxunub.
Ümumdünya Qazaxlar Assosiasiyasının İdarə Heyəti sədrinin birinci müavini Talqat Mamaşov Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin birinci Forumunun əhəmiyyətini yüksək qiymətləndirib. T.Mamaşov bütün türk xalqlarını ortaq tarix, mədəniyyət və incəsənətin birləşdirdiyini deyib. Vurğulayıb ki, Bakıda keçirilən bu Forum türkdilli dövlətlər arasında əlaqələrin daha da möhkəmlənməsinə imkan yaradacaq. T.Mamaşov xaricdə yaşayan türkdilli xalqların nümayəndələrinin öz vətənləri ilə əlaqə yaratmaları baxımından diaspor təşkilatlarının fəaliyyətinin əhəmiyyətini qeyd edib.
Qırğız Respublikasının əmək, miqrasiya və gənclər naziri Alisbek Alımkulov Forumun təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib. Dünyada yaşayan türkdilli xalqların birliyinin vacibliyini diqqətə çatdıran qırğızıstanlı nazir Bakı Forumunun bu istiqamətdə böyük rol oynayacağına ümidvar olduğunu deyib. O, vətəndən xaricdə yaşayan soydaşların qarşılaşdıqları problemlərin həll edilməsi, ölkələrimizin beynəlxalq arenadakı nüfuzunun daha da artması baxımından türkdilli dövlətlərin birliyinin əhəmiyyətindən danışıb. A.Alımkulov bugünkü gənclərin əcdadlarımızın yolunu uğurla davam etdirmələrini qürurverici fakt kimi qiymətləndirib.
Türkiyə Respublikası Nazirlər Kabineti yanında Xaricdə yaşayan Türklər və Əqraba İcmaları Departamentinin sədri Kamal Yurtnaç türkdilli xalqların birliyinin təmin olunması, maraqlarının qorunması, onların haqq səsinin dünyaya çatdırılması istiqamətində Forumun mühüm əhəmiyyətli bir tədbir olduğunu deyib.
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi Düsen Kaseinov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin birinci Forumunun əhəmiyyətindən danışıb. TÜRKSOY-un baş katibi tədbir iştirakçılarına türkdilli ölkələrin diasporlarının təşkilatlanması və onlar arasında daha yaxın münasibətlərin qurulması istiqamətində görülən işlər barədə məlumat verib.
Forumda çıxış edən Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Ramil Həsənov xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb. TürkPA-nın sədri Bakıda keçirilən bu Forumun türkdilli xalqların yaxınlaşması prosesinin sürətlənməsində mühüm rol oynayacağına əminliyini bildirib.
Daha sonra Forumda çıxış edən Türk Akademiyasının prezidenti, Kokşetau Dövlət Universitetinin rektoru, akademik Şakir İbrayev, Avropa Azərbaycanlıları Konqresinin prezidenti Samira Patzer-İsmailova, Türkdilli Xalqların Assambleyasının sədri Mustafa Camgöz, Dünya Azərbaycanlıları Gənclər Birliyinin sədri Ramin Məmmədov və başqaları Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin Bakıda keçirilən birinci Forumunun əhəmiyyətindən danışıb, tədbirin yüksək səviyyədə təşkilinə görə dövlətimizin başçısına və Diasporla İş üzrə Dövlət Komitəsinə minnətdarlıqlarını bildiriblər.
Forumun yekununda Bakı Bəyannaməsi və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevə, Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevə və Türkiyə Respublikasının Prezidenti Abdullah Gülə müraciət qəbul olunub.
Bəyannamədə türk xalqları birliyinin möhkəmləndirilməsinin regionda sülhün və təhlükəsizliyin təmin olunması baxımından mühüm əhəmiyyətə malik olduğu vurğulanıb. Sənəddə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatlarının doqquz istiqamətdə fəaliyyətinin koordinasiya olunması tövsiyə edilib. Qeyd edilib ki, Forumun iştirakçıları türkdilli ölkələrin diasporlarının təşkilatlanması prosesinə dəstək verilməsi, türkdilli diaspor təşkilatlarının, icma və qurumlarının fəaliyyətinin koordinasiya olunması məqsədi ilə regional mərkəzlərin yaradılması, eləcə də dünya ictimaiyyətinin türk dünyasının tarixi, mədəniyyəti, müasir həyatı barədə ətraflı məlumatlandırılması istiqamətində tədbirlərin görülməsini vacib hesab edirlər.
Türkdilli ölkələrin prezidentlərinə müraciətdə isə Forum iştirakçıları dövlət başçılarını əmin edirlər ki, türkdilli xalqların birliyinin təmin olunması, maraqlarının qorunması, onların haqq səsinin dünyaya çatdırılması istiqamətində üzərilərinə düşən vəzifələrin böyük məsuliyyət və yüksək peşəkarlıqla yerinə yetirilməsi üçün qüvvə və bacarıqlarını əsirgəməyəcək, bu istiqamətdə səylərini daha sıx birləşdirəcəklər.
Xəbər lenti
Hamısına baxSosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26

