/ / Nazir: İtkin düşmüş şəxslər məsələsinin həllinin tapılması istiqamətində beynəlxalq səylərin səfərbər edilməsi vacibdir
Nazir: İtkin düşmüş şəxslər məsələsinin həllinin tapılması istiqamətində beynəlxalq səylərin səfərbər edilməsi vacibdir
10.03.2025 [17:58]
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov martın 10-da İtkin Düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiyanın Baş direktoru Katrin Bomberger ilə görüşüb.
Nazirliyin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və ərazilərimizin işğalı zamanı itkin düşmüş azərbaycanlılar məsələsi, itkin düşmüş şəxslərin tapılması və kimliklərinin müəyyənləşdirilməsi istiqamətində mövcud vəziyyət, habelə beynəlxalq əməkdaşlıq istiqamətində səylər müzakirə olunub.
Nazir Ceyhun Bayramov “itkin düşmüş şəxslər” məsələsinin hər zaman əsas diqqət mərkəzində olduğu, 1990-cı illərin əvvəllərində Ermənistanın hərbi təcavüzü nəticəsində mülki şəxslər, uşaqlar və qadınlar da daxil olmaqla, 4000-ə yaxın azərbaycanlının itkin düşdüyünü diqqətə çatdırıb.
2023-cü ildən etibarən ölkəmizin bu məsələ ilə bağlı məlumatlılığın artırılması üçün beynəlxalq konfranslar təşkil etdiyi, Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının bu işdə fəal rol oynadığı qeyd olunub.
İtkin düşmüş şəxslər məsələsinin həllini tapması istiqamətində beynəlxalq səylərin səfərbər edilməsinin vacibliyi vurğulanıb.
Nazir itkin düşən şəxslərin taleyinə aydınlıq gətirilməsinin həm qanunun aliliyi, ədalət, həm də münaqişə sonrası münasibətlərin normallaşmaşı baxımından önəmini nəzərə alaraq, beynəlxalq ictimaiyyətin bu məsələdə rolunun vacib xarakter daşıdığını vurğulayıb. Ölkəmizin işğaldan azad olunmuş ərazilərdə indiyədək 23 kütləvi məzarlıq aşkarladığı qeyd edilib. Bununla yanaşı, itkin düşmüş şəxslərin yerinin müəyyən edilməsi prosesinə mina təhdidinin ciddi şəkildə maneə törətdiyi bildirilib.
Söhbət zamanı tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54

