Vətən müharibəsindən sonra...
04.04.2025 [10:37]
Mina terrorunun qurbanlarının sayı 387 nəfərə çatıb
Azərbaycan dünyada mina terrorundan ən çox əziyyət çəkən ölkələrdən biridir. 30 illik işğal dövründə Ermənistan xeyli sayda hərbi cinayətlər törədib ki, bunların sırasında mina terroru da əsas yerlərdən birini tutur. Ermənistanın mina terroru hələ də davam edir. Belə ki, işğaldan azad edilmiş Ağdam rayonunun Çəmənli kəndi ərazisində aprelin 2-də mina partlayışı hadisəsi baş verib. Bu barədə Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilir. Məlumata görə, 1968-ci il təvəllüdlü Ağdam rayon sakini Nurəddin Feyzi oğlu Abbasov heyvan otararkən keçmiş təmas xəttində, minalardan təmizlənməmiş əraziyə daxil olaraq piyada əleyhinə minanın partlayışı nəticəsində ayağından xəsarət alıb. Xəsarət alan şəxs xəstəxanaya təxliyə edilib.
Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır. Baş Prokurorluq, DİN və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırıb.
BMT: Çox narahatıq
Azərbaycan mina terror ilə bağlı dünya ictimaiyyətini məlumatlandırır. Ölkəmiz beynəlxalq birliyin Ermənistanın bu cinayətini pisləməyə və minatəmizləmə işlərinə dəstək verməyə çağırır. Yeri gəlmişkən, BMT Baş katibinin sözçüsü Stefan Düjarrik medanın sualını cavablandırarkən deyib ki, minalar səbəbindən insanların yaralanmasından çox narahatıq. S.Düjarrik aprelin 2-də Ağdam rayon sakininin piyada əleyhinə minanın partlaması nəticəsində xəsarət alması ilə bağlı araşdırma aparacağını bildirib: “Bu məsələni nəzərdən keçirəcəyəm. Biz dünən yenidən piyada əleyhinə minalara qarşı beynəlxalq müqavilələrin əhəmiyyətinə toxunduq. 4 aprel - Beynəlxalq Mina Xəbərdarlığı Günü ərəfəsində bu mövzu ilə bağlı mətbuat konfranslarımız olacaq”.
Xatırladaq ki, BMT Baş katibi Antonio Quterreş ötən ilin noyabr ayında Azərbaycanın Qarabağ regionunda minatəmizləmə səylərinin BMT üçün əsas prioritetlərdən biri olduğunu vurğulayıb. O bildirib ki, uzun illərdir BMT-nin İnkişaf Proqramı (UNDP) bölgədə bu istiqamətdə fəaliyyət göstərir. Amma UNDP-nin bölgəni minalardan təmizləmə səyləri və baş verən insidentlər barədə heç bir məlumat verməməsi sual doğurur.
XİN: Regionda sülh və sabitliyə əsas maneə
Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi sosial media hesabında növbəti mina hadisəsi ilə bağlı paylaşım edib. Paylaşımda bildirilib ki, Ermənistan tərəfindən məqsədyönlü və fərq qoyulmadan basdırılmış minalar azərbaycanlı mülki əhalinin təhlükəsizliyini və rifahını ciddi təhlükə altına almaqda davam edir. Qeyd edilib ki, Ağdamda daha bir mülki şəxs mina partlayışının qurbanı olub. 2020-ci ildə müharibənin bitməsindən bəri mina partlayışları nəticəsində, ümumilikdə, 387 azərbaycanlı həlak olub və ya ağır yaralanıb. Bu fakt mina təhlükəsinin insan həyatı üçün davamlı və dağıdıcı təsirini bir daha vurğulayır. “Minaların geniş yayılması regionda sülh, barışıq və sabitliyə əsas maneə yaradır. Biz beynəlxalq ictimaiyyəti bu kritik problemin həllində ciddi siyasi və praktiki dəstək verməyə çağırırıq”,-deyə paylaşımda vurğulanıb.
Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva da yerli mediaya müsahibəsində bu problem toxunub. S.Əliyeva bildirib ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal dövründə, Vətən müharibəsi zamanı və torpaqlarımızın azad edilməsindən sonra, hətta 2021-ci ildə Ermənistanda istehsal olunmaqla ərazilərimizdə basdırılmış çoxsaylı mina və partlamamış hərbi sursatlar hələ də insanların həyat və sağlamlığı üçün ciddi təhlükə mənbəyi olaraq qalır. Baş vermiş mina partlayışları nəticəsində yalnız hərbi qulluqçular deyil, çoxsaylı mülki şəxslər, öz xidməti vəzifələrini və peşə borclarını yerinə yetirmək üçün işğaldan azad edilmiş bölgələrə ezam olunmuş insanlar, o cümlədən media nümayəndələri mina terrorunun qurbanı olublar. Belə ki, statistik məlumatlara əsasən, 1991-ci ildən bu günə kimi mina qurbanlarının sayı 3400 nəfərdən çoxdur ki, bunların 359-u uşaq, 38-i qadındır. Bu rəqəmlər regionda ədalətli və dayanıqlı sülhün təmin edilməsi yolunda böyük bir maneə olan mina probleminin fundamental insan hüquqlarının kobudcasına pozulmasına səbəb olduğunu əyani şəkildə təsdiq edir.
Ombudsman: Mina terroru keçmiş məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz qayıdışını ləngidir
Ombudsman təəssüflə qeyd edib ki, Ermənistanın mina terroru çoxsaylı insan itkilərinə, ağır xəsarətlərə və minlərlə insanın əlilliyinə səbəb olmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı tikinti və bərpa işlərinə ciddi maneə yaradır. Bu isə keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz qayıdışını da ləngidir, nəticədə regionda sabitlik və inkişafın təmin olunmasına böyük əngəl törədir. Buna görə də dünya ictimaiyyəti hər kəsin yaşamaq, azadlıq və sərbəst hərəkət etmək, mülkiyyət, təhlükəsiz yaşamaq, sağlam ətraf mühitdə yaşamaq, sağlamlığın qorunması kimi fundamental insan hüquqlarının müdafiəsi naminə azərbaycanlılara qarşı mina terroru ilə mübarizədə fəal iştirak etməlidir. “Ölkəmizin işğaldan azad olunmuş ərazilərində mina təhlükəsinin mövcudluğunu beynəlxalq ictimaiyyətə çatdırır və onları bu məsələyə dair daha fəal mövqe tutmağa çağırırıq”,-deyən S.Əliyeva əlavə edib ki, Ombudsman təsisatı tərəfindən istər ölkə daxilində, istərsə də xaricdə keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərdə, beynəlxalq və regional təşkilatların nümayəndələri ilə görüşlərdə Azərbaycan həqiqətləri, o cümlədən Ermənistanın mina terroru barədə məlumatlar onların diqqətinə çatdırılıb. “Minatəmizləmə işlərinin sürətləndirilməsi üçün mina və digər partlamamış hərbi sursatlarla çirkləndirilmiş ərazilərin dəqiq xəritələrinin əldə olunması üzrə beynəlxalq müstəvidə əməkdaşlığın davam etdirilməsi, minadan zərər çəkən şəxslərin hüquq və azadlıqlarının təşviqi, müdafiəsi və təmini vəziyyətinin monitorinqi, pozuntu hallarının qarşısının alınması ombudsman təsisatı olaraq bizim üçün cari ildə də əsas prioritetlərdən biri olacaq”, - deyə S.Əliyeva vurğulayıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25

