Müştərək yol xəritəsi imzalandı...
02.05.2025 [09:51]
Azərbaycan - Küveyt arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın 4-cü iclası Bakıda keçiriləcək
Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır. Bunu dünya ölkələrinin, nüfuzlu beynəlxalq təşkilatların Azərbaycanla əməkdaşlıqda maraqlı olmaları da təsdiqləyir. Son illər Azərbaycanın Avropa, Türk dünyası ölkələri ilə olduğu kimi, ərəb dövlətləri ilə də münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu mənada, Küveyt ilə münasibətlər də xüsusi əhəmiyyətə malikdir.
Yeri gəlmişkən, aprelin 30-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Küveyt Dövlətinə rəsmi səfəri çərçivəsində bu ölkənin Vəliəhdi Şeyx Sabah Xalid əl-Həməd əl-Sabah ilə görüşüb. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, görüş zamanı Azərbaycan-Küveyt ikitərəfli və çoxtərəfli əməkdaşlığının müxtəlif aspektləri, regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə edilib.
Regional və beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın perspektivləri müzakirə olunub, Azərbaycanın növbəti ildə İƏT-ə sədrliyi çərçivəsində birgə fəaliyyət məsələlərindən bəhs edilib. Vəliəhd Şeyx Sabah Xalid əl-Həməd əl-Sabah BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı ölkəmizə səfərini və Prezident İlham Əliyev ilə baş tutan görüşünü xatırlayaraq, aparılan müzakirələr zamanı ölkələrimiz arasında xüsusilə iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, turizm kimi istiqamətlər üzrə əməkdaşlığın inkişafı məsələlərinə vurğu edildiyini diqqətə çatdırıb.
Səfər çərçivəsində C.Bayramov bu ölkənin xarici işlər naziri Abdullah Ali Al-Yahya ilə də görüşüb. Görüşdə Azərbaycan-Küveyt əməkdaşlığının siyasi, iqtisadi, ticarət, investisiyalar, enerji, nəqliyyat, kommunikasiyalar, humanitar aspektləri, turizm əlaqələrinin inkişafı, Yaxın Şərqdə mövcud təhlükəsizlik vəziyyəti, habelə postmünaqişə dövründə regional reallıqlar müzakirə olunub. Ölkələrimiz arasında mövcud dostluq və qardaşlığın tarixi, mədəni və dini ortaqlıqlara əsaslandığı, hər iki ölkənin liderləri arasında mövcud siyasi dialoqla daha da möhkəmləndiyi vurğulanıb.
C.Bayramov qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, habelə humanitar minatəmizləmə fəaliyyəti barədə ətraflı məlumatlandırıb. Azərbaycan-Ermənistan normallaşma prosesi, mövcud çətinlik və çağırışlardan ətraflı bəhs olunub.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Azərbaycanla Küveyt arasında ikitərəfli əlaqələrin gücləndirilməsi üzrə qarşılıqlı öhdəliklər çərçivəsində Azərbaycan və Küveyt Dövləti arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın 3-cü iclası keçirilib. İclas Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Küveyt Dövlətinin xarici işlər naziri Abdullah Əli Əl-Yəhyanın sədrliyi ilə baş tutub. Bildirilib ki, iclasın əsas məqsədi Azərbaycanla Küveyt arasında ikitərəfli münasibətlərin bütün səviyyələrdə gücləndirilməsi və möhkəmləndirilməsi olub. Bu münasibətlər qarşılıqlı hörmət və maraqlara, eləcə də qarşılıqlı əhəmiyyət kəsb edən məsələlər üzrə əlaqələndirmə işinin təşkilinə əsaslanır. İki ölkənin hökumətləri arasında mövcud olan Əməkdaşlıq üçün Birgə Komissiya müştərək iqtisadi prioritetlərin və uzunmüddətli əməkdaşlığın gücləndirilməsi istiqamətində davamlı dialoq platformasını təşkil edir.
Azərbaycan və Küveyt tərəfi iki dost ölkə arasında əlaqələrin uzunmüddətli inkişafını, qarşılıqlı maraq kəsb edən sahələrdə, xüsusilə enerji, ticarət, investisiya, infrastruktur, yüksək texnologiyalar, nəqliyyat, kənd təsərrüfatı, qida təhlükəsizliyi, təhsil, səhiyyə, turizm, media və idman sahələrində əməkdaşlığın gücləndirilməsi üçün ortaq baxışların mövcudluğunu, eləcə də ikitərəfli əlaqələrin möhkəmləndirilməsi istiqamətində konkret addımların atılmasının və işlərin koordinasiyasının əhəmiyyətini vurğulayıblar. Komissiya əlavə tədbirlərin görülməsi vasitəsilə ticarət dövriyyəsinin artırılması, iqtisadi əməkdaşlığın inkişafına nail olmaq, müştərək sənaye və texnologiya təşəbbüslərinə dəstək vermək, Azərbaycan və Küveyt arasında ticarət mübadiləsinin asanlaşdırılması üçün logistik xidmətləri təkmilləşdirmək barədə razılığa gəlib.
Regional və beynəlxalq müstəvidə diqqət tələb edən bir çox məsələlər nəzərdən keçirilib, beynəlxalq təhlükəsizlik və sülhə nail olmaq istiqamətində fəaliyyətə dəstək göstərməyin əhəmiyyəti, münaqişələrin BMT nizamnaməsi və beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq həllinin vacibliyi vurğulanıb. Azərbaycanın və Küveytin bir-birinin suverenliyini, ərazi bütövlüyünü dəstəkləməklə bağlı öhdəliklərinə sadiq olduqları bir daha diqqətə çatdırılıb.
Azərbaycan və Küveyt arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın 3-cü iclasının işinin sonunda iclasın təsdiq olunmuş protokolu, ona nəzarət mexanizmləri, onun əlavələri - növbəti iki il üçün müştərək yol xəritəsi imzalanıb. Bu, hər iki ölkənin bütün aidiyyəti qurumlarının strateji əməkdaşlıq vasitəsilə müxtəlif sahələrdə fəaliyyətini, eləcə də əməkdaşlıq çərçivəsini, konkret prosedurları və 2025-2027-ci illər üzrə müddəti əhatə edir. Tərəflər, həmçinin kənd təsərrüfatı sahəsində əməkdaşlıq müqaviləsini, idman, mədəniyyət və turizm sahələrinə aid bir neçə fəaliyyət proqramını imzalayıblar.
Yekunda, tərəflər Birgə Komissiyanın 4-cü iclasının 2027-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilməsi barədə razılığa gəliblər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

