Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / “Volqa” qəzeti: Azərbaycan bizim şəhərə əməli işlə kömək edir

“Volqa” qəzeti: Azərbaycan bizim şəhərə əməli işlə kömək edir

07.08.2013 [09:04]

Həştərxan vilayətində çıxan “Volqa” ictimai-siyasi qəzetində Marina Parenskayanın “Əvvəlcə knyaz Vladimirə abidə, sonra uşaq bağçası. Azərbaycan bizim şəhərə əməli işlərlə kömək edir” adlı məqaləsi dərc olunub. Məqalədə Heydər Əliyev Fondunun Rusiyanın bu şəhərində təşəbbüsü ilə görülmüş abadlaşdırma işlərindən bəs edilir.
AzərTAc həmin məqaləni oxuculara təqdim edir.
* * *
Müqəddəs Knyaz Vladimir məbədinin yanındakı meydan bu gün tikinti meydançasının xatırladır. Knyaz Vladimirin tuncdan hazırlanmış on dörd metrlik heykəlini avqustun axırlarında Bakıdan buraya gətirəcəklər, sonra həmin heykəlin ucaldılması, ərazinin abadlaşdırılması üzrə əsas işlər başlanacaq.
Hələlik isə ilkin hazırlıq işləri aparılır. Məsələn, abidənin yanında qurulacaq dörd fəvvarəyə su boruları çəkilir. Gələcəkdə bu meydan çox gözəl olacaqdır: müasir fənərlər, gül-çiçək və ağaclar -bunlar öz yerində... Azərbaycanlı heykəltəraş Natiq Əliyevin yaratdığı möhtəşəm abidə isə, əlbəttə, meydanın əsas bəzəyi olacaqdır. Yeri gəlmişkən, Volqa körfəzi sahilində Heydər Əliyevin adını daşıyan kiçik bağda Ona ucaldılmış abidənin müəllifi də Natiq Əliyevdir.
Bütün tikinti işləri nəzərdə tutulan qrafik üzrə davam edir (abidənin açılışı oktyabr ayına planlaşdırılıb). Buna baxmayaraq tikintinin “baş iş icraçısı”, Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyəti başçısının müavini Rəşid Ağayev və həmin rayonun İcra Hakimiyyətinin şöbə müdiri Elmar Əlizadə gecə-gündüz buradadırlar - tikintiyə nəzarət edirlər. Tikinti işlərinin vaxtında və keyfiyyətli aparılmasına görə cavabdeh olan Nərimanov rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev hər gün Bakıdan zəng vurur, işlərin gedişi ilə maraqlanır. Bütövlükdə bu tikinti Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ciddi nəzarətindədir. Azərbaycan diasporunun Həştərxanda apardığı bütün tikinti işlərinin maliyyələşdirilməsini məhz bu fond öz üzərinə götürüb.
11 nömrəli orta məktəbin yenidən qurulması, Volqa körfəzindən piyadaların keçməsi üçün yeni körpü, körfəzin sahilindəki uşaq şəhərciyi, Nərimanov şəhərindəki yeni park - bütün bunlar Heydər Əliyev Fondunun fəaliyyətinin nəticələridir. Yaxın günlərdə Volqa körfəzi sahilindəki uşaq şəhərciyinin yanında uşaqlar üçün kafe açılacaq, burada müştərilərə təklif olunan şərq şirniyyatı, şirələr və meyvələr bilavasitə Azərbaycandan gətiriləcək. Üç il ərzində bu real obyektlərin yaradılması Həştərxanın abadlaşmasına sanballı töhfədir.
Ümumrusiya Azərbaycanlılar Konqresi ictimai təşkilatının regional bölməsinin sədri Ədalət Hüseynovdan soruşdum: “Nə üçün bu işləri öz üzərinizə götürdünüz?”. Cavabı belə oldu: “Əgər sən ikinci Vətən hesab etdiyin şəhərdə yaşayırsansa, ona təkcə sözdə deyil, həm də əməli işdə qayğı göstərməlisən”.
Ədalətin sözlərinə görə, bu gün Müqəddəs Vladimir məbədinin qarşısında aparılan işlər Rusiya Pensiyaçılar İttifaqının Həştərxan təşkilatının üzvləri və “Qazprombank”ın əməkdaşları tərəfindən maraqla qarşılanır. Hər iki qurumun nümayəndələri buraya gəlib baxıb, öz köməklərini təklif ediblər. Şəhər prokuroru Aleksandr Petrov tez-tez zəng vurub soruşur: hər şey qaydasındadırmı, sizi heç kəs incitmir ki? Vilayətin gənclər təşkilatları isə burada iməciliklər təşkil edir. Bir sözlə, bu işlərə laqeyd qalan yoxdur.
Qubernator Aleksandr Jilkin azərbaycanlıların burada gördüyü işlərə görə dəfələrlə təşəkkürünü bildirib. Lakin tikinti, hətta ən gözəl tikinti də məsələnin yalnız texniki cəhətidir. Bundan qat-qat vacib olanı odur ki, bu işlərin arxasında xeyirxah insani münasibətlər dayanır. Leyla Əliyeva da məhz bu prinsipi əsas tutaraq Həştərxanı hamiliyə götürüb. İndi onun dünya şöhrətli babasının adını daşıyan 11 nömrəli məktəbdə fəal və əlaçı şagirdlər Heydər Əliyev Fondundan təqaüd alır, Bakıda istirahət etmək imkanı qazanırlar. Məktəbin şagird və müəllimlərindən ibarət növbəti nümayəndə heyəti bu günlərdə dost Azərbaycana yola düşəcəkdir. Payızda Həştərxanda daha bir tədbirin - Rusiyada yaşayan azərbaycanlı gənclərin qurultayının keçirilməsi planlaşdırılır.
Azərbaycan Gənclər Təşkilatına rəhbərlik edən Leyla Əliyeva çox yaxşı başa düşür ki, iki dövlətin firavan gələcəyi onların gəncləri arasında qarşılıqlı anlaşmadan asılıdır.
Məşhur qubernator ansamblı Azərbaycana qastrol səfərlərinə hazırlaşır. Bakılı sənətsevərlər Həştərxan Dram Teatrının və Həştərxan Kukla Teatrının tamaşalarını böyük maraqla qarşılayıblar. Yeri gəlmişkən, Azərbaycan teatrlarının qastrol tamaşaları da həştərxanlılara eyni dərəcədə xoş təsir bağışlayıb. Bizim ünsiyyətimiz nə qədər möhkəm olsa, bu, hər iki tərəfin xeyrinədir.
Oktyabr ayında Həştərxanı daha bir xoş sürpriz gözləyir: knyaz Vladimirin abidəsinin açılışından sonra Leyla Əliyeva uşaq bağçasının tikintisinin rəmzi təməlini qoyacaq. Heydər Əliyev adına məktəbin yaxınlığında tikiləcək bu obyekt mühüm sosial məsələlərdən birinin həllinə kömək edəcək.

Paylaş:
Baxılıb: 1121 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31