Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan-Avstriya Qarışıq Komissiyasının həmsədri dəyişib

Azərbaycan-Avstriya Qarışıq Komissiyasının həmsədri dəyişib

02.06.2025 [16:58]

Azərbaycan ilə Avstriya arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın həmsədri dəyişib.

Bu, Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Sərəncama edilən dəyişiklikdə əksini tapıb.

Komissiyanın həmsədri rəqəmsal inkişaf və nəqliyyat naziri olub. Sərəncama əsasən, artıq həmsədr rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini olacaq.

Bundan əlavə Azərbaycan Respublikası mədəniyyət nazirinin və Dövlət Turizm Agentliyi sədrinin müavinləri Komissiyanın tərkibinə daxil edilib. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti isə Komissiyanın tərkibindən çıxarılıb.

Xarici İşlər Nazirliyi edilən dəyişikliklər barədə Avstriya Respublikası tərəfinə bildiriş göndərəcək.

Paylaş:
Baxılıb: 608 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30