Keniyada səfirliyimiz açılıb
05.06.2025 [09:57]
Azərbaycan çoxvektorlu xarici siyasət kursuna malikdir. Respublikamız həm qonşuluqda, həm də uzaq coğrafiyalarda yerləşən dövlətlərlə əlaqələrini qarşılıqlı maraqlar əsasında davamlı olaraq genişləndirir. Belə səmərəli multiregional siyasətin nəticəsidir ki, bu gün yaxın qonşuluqda, geniş İslam coğrafiyasında, Türk birliyində, Avropa İttifaqında (Aİ) respublikamıza dərin hörmət bəslənilir.
Son illərdə isə Azərbaycan, necə deyərlər, həm də Afrikanı fəth etməkdədir. Bu günlərdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Keniyanın Baş naziri, eyni zamanda, xarici və diaspora işləri naziri Musalia Mudavadi ilə görüşü çərçivəsində Azərbaycanın Nayrobidəki səfirliyinin açılış mərasimində iştirak edib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “X” sosial media hesabında məlumat yayılıb. Bildirilib ki, xarici işlər nazirləri diplomatik nümayəndəliyin açılmasını Azərbaycan-Keniya dövlətlərarası münasibətlərinin davam etdirilməsi və gücləndirilməsi, ünsiyyətin asanlaşdırılması və əməkdaşlığın inkişafı istiqamətində mühüm addım kimi qiymətləndiriblər.
C.Bayramov, həmçinin Keniyanın ev sahibi olan ölkə kimi diplomatik nümayəndəliyin düzgün fəaliyyəti üçün yaratdığı əlverişli mühit və şəraiti də vurğulayıb.
Afrikada Azərbaycana artan maraq
Afrika elə bir məkandır ki, dünyanın bir sıra möcüzələrinə məhz burada rast gəlmək mümkündür. Belə ki, Yer üzünün ən uzun çayı, ən uzun şirinsulu gölü, şərq yarımkürəsinin ən bol sulu çayı, quruda yer qabığının ən uzun çatı, dünyanın ən isti nöqtəsi, dünyanın ən quraq nöqtələrindən biri, ən böyük quraq təbii kompleksi, ən geniş savannası bu materikdədir. Ekvator xətti və sıfırıncı meridian bu materikdən keçdiyinə görə o, 4 yarımkürədə yerləşir.
Bir sıra bu kimi fərqlilikləri və ekzotik cəhətləri ilə diqqət çəkən Afrikada son illərdə Azərbaycana maraq artıb ki, bu da səbəbsiz deyil. Burada iki mühüm amili xüsusi qeyd edə bilərik:
-Birinci amil, heç şübhəsiz ki, Azərbaycanın qısa müstəqillik tarixində keçdiyi inkişaf yolu və qazandığı uğurlarla bağlıdır. Bu gün dünyadakı təlatümlərə, yaşanan siyasi və iqtisadi böhranlara rəğmən, respublikamız sabitlik və inkişaf adası kimi fərqlənir. Hazırda respublikamız iqtisadi və siyasi müstəqilliyini tam təmin etmiş azsaylı ölkələr sırasında yer alır. Bu milli model müstəqillik yolunun başlanğıcında olan Afrika dövlətləri üçün çox cəlbedicidir.
-İkinci amil, müstəqil Azərbaycanın müstəmləkəçiliyin bütün təzahürlərinə qarşı apardığı ardıcıl mübarizə ilə Afrika xalqlarının azadlıq istəyinin üst-üstə düşməsi ilə bağlıdır. Afrikada müstəmləkəçiliyin dərin kökləri var. Müstəmləkəçilər burada ən yararlı torpaqları ələ keçiriblər və son dərəcə ağır şərtlər altında sümürmə siyasəti aparırlar.
XX əsrin əvvəlindən etibarən Afrikada milli-azadlıq hərəkatı güclənib. Getdikcə artan soyğunçuluqdan və rəhmsiz istismardan son dərəcə ümidsiz vəziyyətə düşən Afrika xalqları müstəmləkə əsarətindən azad olmağa dəfələrlə cəhd göstərmiş, silahlı mübarizəyə qalxmışlar. İkinci dünya müharibəsi ərəfəsində qitədə Efiopiya, Misir, Liberiya, CAR olmaqla 4 müstəqil ölkə var idi. Sonradan onların sayı 60-dək artıb.
Hazırda Afrikada müstəmləkəçiliyə qarşı mübarizənin yeni dalğası başlayıb. O cümlədən Azərbaycan qitənin ayrı-ayrı ölkələrində müstəmləkəçilk siyasətinin ifşa olunmasında mühüm rol oynayır və xalqların azadlıq mübarizəsinə dəstək göstərir. Azərbaycanın müstəmləkəçiliyə qarşı mübarizəyə ardıcıl siyasi dəstək verməsi Afrika xalqları tərəfindən minnətdarlıqla qəbul olunur və onlar respublikamızla əməkdaşlıq etməyə böyük maraq göstərirlər.
Genişlənən Azərbaycan - Keniya münasibətləri
Ümumi sahəsi 580,367 kvadrat kilometr olan, əhalisinin sayı 47 milyon nəfəri ötən Keniya müstəqilliyini 12 dekabr 1963-cü il tarixində qazanıb. Azərbaycan Respublikası ilə Keniya Respublikası arasında diplomatik əlaqələr 28 may 2004-cü ildə qurulub.
Ölkələrimiz arasında istər ikitərəfli əsasda, istərsə də beynəlxalq təsisatlar çərçivəsində qarşılıqlı əməkdaşlıq mövcuddur. Qarşılıqlı əlaqələrin müxtəlif sahələrdə inkişaf etdirilməsi üçün hər iki ölkə geniş imkanlara malikdir. Son dövrlərdə qarşılıqlı səfər mübadilələri əhəmiyyətli dərəcədə çoxalıb ki, bu da hər iki tərəfin əlaqələrin genişlənməsində maraqlı olduğunu əyani şəkildə təsdiqləyir. Xatırlatmaq yerinə düşər ki, Keniyanın Baş naziri Musalia Mudavadi sonuncu dəfə 2024-cü il noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycana səfərə gəlib.
Öz növbəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Keniyaya rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri, xarici işlər və diaspor naziri Musalia Mudavadi ilə görüşüb. Tərəflər arasında baş tutan təkbətək görüş daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.
Geniştərkibli görüş zamanı Azərbaycan-Keniya ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində yer alan aktual məsələlər müzakirə edilib. Diplomatik münasibətlərin 20 illiyinin qeyd olunduğu Azərbaycan-Keniya əlaqələrinin qarşılıqlı faydalı əməkdaşlığa əsaslandığına dair həmfikirlik ifadə olunub, ali və yüksək səviyyəli səfərlərin dinamikasının saxlanılması, xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin müntəzəmliyinin təmini və ikitərəfli hüquq-müqavilə bazasının gücləndirilməsinin əhəmiyyəti vurğulanıb. Azərbaycan ilə Keniya arasında BMT, Qoşulmama Hərəkatı və BMT-nin İqlim Dəyişikliyi Konfransı kimi çoxtərəfli platformalar çərçivəsində qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlığın məmnunluq doğurduğu diqqətə çatdırılıb.
Səfər çərçivəsində Ceyhun Bayramov, həmçinin Keniya Prezidenti Vilyam Samoei Ruto tərəfindən qəbul edilib. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumatda bildirilib ki, görüşdə tərəflər yüksəksəviyyəli qarşılıqlı səfərlərin, siyasi dialoqun və qurumlararası təmasların əməkdaşlığın inkişafına xidmət etdiyini vurğulayıblar. Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətinə diqqət çəkərək, tərəfdaşlığın bütün sahələrdə möhkəmlənəcəyinə dair əminlik ifadə ediblər. Bununla yanaşı, iqtisadiyyat, enerji, kənd təsərrüfatı, təhsil, mədəniyyət, turizm və idarəçilik sahələrində əməkdaşlıq imkanları müzakirə olunub.
Azərbaycan XİN-in rəhbərinin Keniyaya rəsmi səfəri həmçinin bir sıra digər görüş və tədbirlərlə də yadda qalıb. O cümlədən səfər çərçivəsində Nayrobi şəhərində 28 May - Azərbaycanın Müstəqillik Gününə və ölkəmizin Keniyada səfirliyinin rəsmi açılışına həsr olunmuş rəsmi qəbul təşkil olunub. Tədbirdə Azərbaycanın Afrika ölkələri ilə əməkdaşlığının genişləndirilməsinin qarşılıqlı faydaya və ümumi məqsədlərə əsaslandığı və bu baxımdan Keniyada səfirliyin açılmasının ikitərəfli münasibətlərin inkişafında yeni mərhələnin əsasını qoyduğu vurğulanıb.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına bax
İdman
13 İyun 23:34

YAP xəbərləri
13 İyun 23:11

YAP xəbərləri
13 İyun 22:46

Sosial
13 İyun 22:31

Dünya
13 İyun 22:17

Dünya
13 İyun 21:53
YAP xəbərləri
13 İyun 21:29

İdman
13 İyun 21:14

Hadisə
13 İyun 20:53

YAP xəbərləri
13 İyun 20:38

Elm
13 İyun 20:36
YAP xəbərləri
13 İyun 20:12

Dünya
13 İyun 20:02

Dünya
13 İyun 19:50

YAP xəbərləri
13 İyun 19:37

YAP xəbərləri
13 İyun 19:13

Dünya
13 İyun 19:07

Siyasət
13 İyun 18:59

YAP xəbərləri
13 İyun 18:36

YAP xəbərləri
13 İyun 18:04

YAP xəbərləri
13 İyun 17:57

YAP xəbərləri
13 İyun 17:45

YAP xəbərləri
13 İyun 17:11

YAP xəbərləri
13 İyun 17:00

YAP xəbərləri
13 İyun 16:56

YAP xəbərləri
13 İyun 16:53

YAP xəbərləri
13 İyun 16:50

Dünya
13 İyun 16:41

YAP xəbərləri
13 İyun 16:37

Dünya
13 İyun 16:34

YAP xəbərləri
13 İyun 16:23

YAP xəbərləri
13 İyun 16:10

YAP xəbərləri
13 İyun 16:07

YAP xəbərləri
13 İyun 15:44

MEDİA
13 İyun 15:44

Dünya
13 İyun 15:36

Dünya
13 İyun 15:28

Dünya
13 İyun 15:28

YAP xəbərləri
13 İyun 14:39

Dünya
13 İyun 14:32

Sosial
13 İyun 14:21

Hərbi
13 İyun 14:19

Dünya
13 İyun 14:19

Dünya
13 İyun 14:17

Sosial
13 İyun 14:15

İqtisadiyyat
13 İyun 14:12

YAP xəbərləri
13 İyun 13:26

Dünya
13 İyun 12:47

Sosial
13 İyun 12:30

Siyasət
13 İyun 12:05

Xəbər lenti
13 İyun 12:03

Sosial
13 İyun 12:01

Sosial
13 İyun 11:55

YAP xəbərləri
13 İyun 11:41

Siyasət
13 İyun 11:04

Dünya
13 İyun 11:04

İqtisadiyyat
13 İyun 10:44

Gündəm
13 İyun 10:40

Siyasət
13 İyun 10:24

YAP xəbərləri
13 İyun 10:12

Siyasət
13 İyun 09:55

Sosial
13 İyun 09:53

YAP xəbərləri
13 İyun 09:46

İqtisadiyyat
13 İyun 09:38

Dünya
13 İyun 09:37

İqtisadiyyat
13 İyun 09:36

Sosial
13 İyun 09:36

Dünya
13 İyun 09:36

Dünya
13 İyun 09:35

İqtisadiyyat
13 İyun 09:20
