Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / YAP-ın Sədr müavini Əli Əhmədov ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkiləri müşahidə missiyasının rəhbəri Tana de Zulueta ilə görüşüb

YAP-ın Sədr müavini Əli Əhmədov ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkiləri müşahidə missiyasının rəhbəri Tana de Zulueta ilə görüşüb

05.09.2013 [09:43]

Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov sentyabrın 4-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) seçkiləri müşahidə missiyasının rəhbəri Tana de Zulueta və missiyanın siyasi təhlilçisi Vadim Zdanoviç ilə partiyanın mənzil - qərargahında görüşüb.
Beynəlxalq müşahidəçilər missiyasının Azərbaycanda fəaliyyətə başlamasının məmnunluq doğurduğunu qeyd edən YAP-ın Sədr müavini Əli Əhmədov seçki prosesinin qiymətləndirilməsi baxımından müşahidəçilərin fəaliyyətinə xüsusi əhəmiyyət verildiyini söyləyib.
Tana de Zulueta səmimi qəbula görə təşəkkürünü bildirib və Azərbaycan hökumətinin seçki prosesinin ilk gündən müşahidəsinin aparılması istiqamətində atdığı addımın təqdirəlayiq olduğunu qeyd edib.
Görüşdə seçkilərə hazırlıq və seçki kampaniyasının təşkili ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
YAP İcra katibinin müavini Siyavuş Novruzov görüşdə iştirak edib.

Paylaş:
Baxılıb: 1146 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31