/ / Naxçıvan Muxtar Respublikasındakı 705 saylı hərbi hissənin yaradılmasının 21-ci ildönümü qeyd edilib
Naxçıvan Muxtar Respublikasındakı 705 saylı hərbi hissənin yaradılmasının 21-ci ildönümü qeyd edilib
06.10.2013 [16:02]
Oktyabrın 5-də Naxçıvan Muxtar Respublikasındakı 705 saylı hərbi hissənin yaradılmasının 21-ci ildönümü münasibətilə təntənəli mərasim keçirilib, Kəngərli rayonunun Qıvraq qəsəbəsində yeni əsgər yataqxanasının açılışı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, Naxçıvan Qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayev mərasimə gələn Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova raport verib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 705 saylı hərbi hissənin yaradılmasının 21-ci ildönümünü hərbi hissənin yeni əsgər yataqxanasının istifadəyə verilməsi ilə qeyd edildiyini bildirib, bu münasibətlə tədbir iştirakçılarını, hərbi hissənin şəxsi heyətini təbrik edərək deyib: “Dövlətin güclü ordusu olmalıdır. Ordusu olmayan ölkə tam müstəqil ola və milli dövlətini qura bilməz. Ordu hər bir dövlətin özünütəsdiq imkanıdır. Xalqımızın özünütəsdiq imkanının reallaşdırılması yolunda ilk addımlar ötən əsrin 70-ci illərində Ümummilli lider Heydər Əliyev tərəfindən atılıb. Ulu öndərimiz sovet hakimiyyətinin mövcud olduğu bir dövrdə Azərbaycanın gələcək dövlət müstəqilliyi barədə düşünərək Cəmşid Naxçıvanski adına hərbi məktəbi yaradıb, Azərbaycandan kənarda hərbi kadrların yetişməsinə, bununla yanaşı Azərbaycanda fəaliyyət göstərən ali hərbi məktəblərdə azərbaycanlıların sayının artırılmasına nail olub”.
Ali Məclisin Sədri deyib: “Ulu öndərimizin rəhbərliyi ilə Azərbaycanın milli dövlətçiliyinin bərpası Naxçıvandan başlandığı kimi, milli ordu quruculuğu da ötən əsrin 90-cı illərində Naxçıvandan başlanıb. Xalqımızın böyük oğlu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçiləndən cəmi 4 gün sonra - 1991-ci il sentyabrın 7-də muxtar respublikanın müdafiəsinin təşkili ilə bağlı mühüm qərarlar qəbul edib, mövcud hərbi dəstə və hissələrə vahid rəhbərliyi həyata keçirən müvafiq dövlət qurumu yaradıb. 1992-ci il sentyabrın 15-də Naxçıvan Muxtar Respublikası ərazisində ilk milli ordu qurumlarından biri olan 705 saylı əlahiddə gücləndirilmiş motoatıcı briqada təşkil edilib, bununla da Azərbaycanın nizami ordusunun yaradılmasına başlanıb”.
“20 il bundan əvvəl - 1993-cü il oktyabrın 3-də Ulu öndərimizin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən sonra ölkəmizdə digər sahələr kimi, Silahlı Qüvvələrin yaradılması istiqamətində də davamlı tədbirlər görülüb, ordu quruculuğu prosesi vacib və zəruri məsələ kimi diqqət mərkəzində saxlanıb”, - deyən Ali Məclisin Sədri bildirib ki, Azərbaycan Ordusunun, eyni zamanda, 705 saylı hərbi hissənin bütün inkişaf mərhələləri, təşkilatlanması və bugünkü səviyyəyə gəlib çatması Ulu öndərimizin gərgin dövlətçilik fəaliyyətinin nəticəsidir. Ümummilli liderimizin qayğısı ilə 705 saylı motoatıcı briqada 1995-ci ildə motoatıcı diviziyaya çevrilib, 1998-ci ildə isə 705 saylı diviziyanın bazasında ordu korpusu yaradılıb. Azərbaycan Ordusunun yaradıcısı, böyük dövlət xadimi Heydər Əliyev deyirdi: “Ordu qurmaq, silahlı qüvvələr yaratmaq böyük bir bina tikmək deyil. Ordu canlı orqanizmdir. Bu, bir tərəfdən, canlı orqanizm kimi yaşayır, ikinci tərəfdən isə, canlı orqanizm kimi daim inkişaf etməlidir. Ona görə də biz silahlı qüvvələrimizi ilbəil təkmilləşdirməliyik, onun gücünü artırmalıyıq, peşəkarlıq səviyyəsini yüksəltməliyik, təchizatını ilbəil yaxşılaşdırmalıyıq”.
Ali Məclisin Sədri bu yolda hərbi qulluqçulara uğurlar arzulayıb.
Naxçıvan Qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayev çıxış edərək deyib ki, ölkəmizdə ordu quruculuğu prioritet sahələrdən biridir. Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xəttin uğurla davam etdirilməsi nəticəsində ordunun döyüş qabiliyyəti daha da yüksəlib, maddi-texniki bazası möhkəmləndirilib, hərbçilərimizin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Son 10 ildə Azərbaycanın hərbi xərcləri bir neçə dəfə artırılıb, müdafiə sənayesi inkişaf etdirilib, Silahlı Qüvvələrimiz regionun ən qüdrətli ordusuna çevrilib.
Sonra Ali Məclisin Sədri zabitlərdən 1 nəfərə “Vətən uğrunda”, 1 nəfərə “İgidliyə görə”, 3 nəfərə isə “Hərbi xidmətlərə görə” medallarını təqdim edib, xidmətdə fərqlənən hərbi qulluqçuları qiymətli hədiyyələrlə mükafatlandırıb.
Baş leytenant Rəfael Salmanov, əsgərlər Şirzad Alırzayev və Sənan İmanov yaradılan yüksək xidmət şəraitinə, göstərilən diqqət və qayğıya görə şəxsi heyət adından minnətdarlıqlarını bildiriblər. Onlar bundan sonra da vətənin keşiyində ayıq-sayıq dayanacaqlarına, hərbi biliklərə dərindən yiyələnəcəklərinə söz veriblər.
Ali Məclisin Sədri yataqxana binasının rəmzi açılışını bildirən lenti kəsib.
Binada fərdi qazanxana quraşdırılıb, həyətdə geniş abadlıq işləri aparılıb.
Bina ilə tanışlıqdan sonra Ali Məclisin Sədri hərbi hissənin əsgəri-məişət kompleksinə gəlib, şəxsi heyətlə birlikdə nahar edib.
* * *
Qıvraq qəsəbəsindəki hərbi hissədə Təlim-Tədris Mərkəzi üçün yeni bina inşa edilir.
Oktyabrın 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binanın yerləşdiyi əraziyə gəlib, tikinti işlərinin gedişi ilə maraqlanıb.
Məlumat verilib ki, bina zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olacaq. Burada interaktiv atəş otağı, təlim sinifləri və trenajor zalları istifadəyə veriləcək, mərkəz müasir texnika və avadanlıqla təchiz olunacaq. Hazırda binada tikinti işləri davam etdirilir. Mərkəzdə hərbi tədris proqramlarının keyfiyyətlə işlənib mənimsənilməsi, şəxsi heyətin peşəkarlığının və nəzəri biliklərinin artırılması, praktik vərdişlərinin möhkəmləndirilməsi üçün lazımi şərait yaradılacaq.
Ali Məclisin Sədri binada inşaat işlərinin keyfiyyətlə aparılması barədə müvafiq tapşırıqlar verib.
Xəbər lenti
Hamısına baxDünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17

