Hər şey cəbhə üçün, hər şey qələbə üçün...
09.05.2026 [07:42]
İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 81-ci ildönümü tamam olur
Müharibələr ölüm-itim, qan-qada, səfalət, aclıq, həyatların yarımçıq kəsilməsi, doğmaların bir-birilərindən ayrılması deməkdir. Bəşəriyyət belə böyük faciələrdən biri ilə 1941-1945-ci illəri əhatə edən İkinci Dünya müharibəsində üz-üzə qalıb. Həmin müharibə barədə statistika dəhşət saçır. 60-dan çox dövlət, 1.700 milyon insan - dünya əhalisinin dörddə üçü - bu müharibəyə qatılıb. Döyüşlər təxminən 40 ölkənin ərazisində gedib. Müharibə 50 milyon insanın həyatını alıb, təxminən 100 milyon insan yaralanıb və yaxud bu və ya digər dərəcədə əlillik qazanıb.
Azərbaycanın da daxil olduğu keçmiş SSRİ İkinci Dünya müharibəsində 30 milyon nəfər itki verib. 1945-ci il mayın 8-dən 9-a keçən gecə alman generalı Vilhelm Keytel qeyd-şərtsiz təslim aktını imzalayıb və bununla da İkinci Dünya müharibəsi faşizm üzərində qələbə ilə başa çatıb. Bu gün İkinci Dünya müharibəsində qələbənin 81-ci ildönümüdür.
Qafqazdan Berlinə qədər keçilən şərəfli döyüş yolu
İkinci Dünya müharibəsində döyüşlər respublikamızdan uzaqlarda gedib. Ancaq Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan bizim ümumi qələbəmizə sanballı töhfə verib. Buna görə də respublikamızda da Qələbə günü yüksək səviyyədə qeyd olunur.
Müxtəlif arxivlərdə Azərbaycanın İkinci Dünya müharibəsində fəal iştirakını təsdiqləyən çoxlu materiallar var. Eyni zamanda, veteranlarımız qanlı döyüş səhnələrinin canlı şahidləridirlər. Müharibənin elə ilk günlərindən bütün Azərbaycan cəmiyyəti faşizmə qarşı mübarizəyə köklənib. Müharibə illərində Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət nümunələri göstərib. Qısa müddətdə respublikada 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi yaradılıb. Azərbaycanın 700 mindən çox igid oğlu və qızı cəbhəyə yollanıb. Respublikamızı təmsil edən diviziyalar Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçərək düşmənə sarsıdıcı zərbələr vurublar. Həmvətənlərimizin 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfəri “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilib. Azərbaycandan olan 170 min əsgər və zabit keçmiş SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunub. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı Qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz şücaətləri ilə xalqımızın tarixinə yeni qəhrəmanlıq səhifələri yazıblar...
Arxa cəbhənin böyük fədakarlığı
İkinci Dünya müharibəsi illərində ön xətdən uzaqda yerləşən şəhər və kəndlərin sakinləri - əsasən qadınlar, qocalar, uşaqlar, əlillər gecə-gündüz “Hər şey cəbhə üçün, hər şey qələbə üçün!” şüarı ilə çalışırdılar. Respublikamızda da arxa cəbhənin fədakarlığı ən yüksək səviyyədə olub. Azərbaycanın da daxil olduğu keçmiş SSRİ-yə qarşı ildırımsürətli müharibə planı hazırlanmışdı. Müharibənin ilk illərində ittifaqın bir sıra şəhərləri və oradakı müəssisələr, o cümlədən də silah-sursat zavodları işğal altında qalmışdı. Belə şəraitdə respublikamızdakı sənaye müəssisələri gecə-gündüz fəaliyyət göstərərək cəbhə üçün zəruri olan müxtəlif məhsullar, həmçinin silah istehsal etməyə başlamışdı. Müharibə illərində Azərbaycan cəbhənin yanacaqla ən mühüm təchizatçısı olub. Faşist Almaniyasının ən mühüm planlarından biri məhz Bakını tutmaq idi. Təsadüfi deyil ki, Hitlerə təqdim edilən bayram tortunun üzərində “Xəzər dənizi” sözləri yazılmışdı. Əgər neft Bakısı işğala məruz qalsa idi, müharibənin yekunu tamam fərqli ola bilərdi.
Respublikamızda qısa müddətdə iqtisadiyyatı cəbhəyə xidmət istiqamətinə yönəltmək məqsədi ilə böyük işlər aparılıb. Bakı, sözün əsl mənasında, döyüşən ordu üçün silah-sursat istehsalı mərkəzinə çevrilib. Böyük çətinliklərə baxmayaraq, neftçilərimiz qəhrəmanlıq və fədakarlıq göstərib, cəbhəni və sənayeni yanacaqla təmin ediblər. Akademik Yusif Məmmədəliyevin rəhbərliyi altında aviasiya benzini alınmasının yeni texnologiyası yaradılıb. Neftçilərimizin fədakar əməyi sayəsində Azərbaycan tarixində neft hasilatı üzrə rekord göstərici əldə olunub. 1941-ci ildə respublikamızda 23,5 milyon ton “qara qızıl” çıxarılıb. Bu, SSRİ-də çıxarılan bütün neftin 71,4 faizini təşkil edirdi. Bütövlükdə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər. Statistik məlumatda bildirilir ki, müharibə illərində keçmiş ittifaqda hər beş təyyarədən, tankdan və avtomobildən dördü Bakıdan göndərilən yanacaqla işləyib.
Heç kəs unudulmur, heç nə yaddan çıxmır
Azərbaycanın müstəqilliyinin ilk illərində respublikamızda 9 May - Qələbə Gününə münasibət tamam fərqli idi. O dövrdə qeyri-legitim yolla hakimiyyətə gələn AXC-”Müsavat” cütlüyü 9 May - Qələbə Gününün bayram təqvimindən silinməsinə cəhdlər edirdi. Təəssüf doğuran haldır ki, həmin dövrdə müharibə veteranları mənəvi terrora məruz qalırdı, kütləvi informasiya vasitələrində onlara qarşı qəddar kampaniya aparılırdı. Yalnız ulu öndər Heydər Əliyev 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə ölkənin siyasi rəhbərliyinə gəldikdən sonar 9 May - Qələbə Günü bayram təqvimində bərpa olundu. O vaxtdan həmin gün respublikamızda dövlət bayramı kimi qeyd olunur.
Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ənənə sonrakı mərhələdə Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Hər il ölkəmizdə veteranlar üçün mükafatlar ayrılır, onların problemləri həll olunur. Prezident İlham Əliyev Qələbənin 81-ci ildönümü ərəfəsində 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Sərəncam imzalayıb. Bəhs olunan Sərəncam müvafiq kateqoriyadan olan vətəndaşların daim yüksək diqqət və qayğı ilə əhatə olunduqlarını bir daha təsdiqləyir.
Bəli, heç kim unudulmur və heç nə yaddan çıxmır. Dövlət başçısının imzaladığı Sərəncama əsasən, 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 2750 manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 1500 manat məbləğində birdəfəlik maddi yardım verilməsi qərara alınıb. Bunun üçün Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3 milyon manat vəsait ayrılıb
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05

