/ / Seçki Texnologiyalarının İnkişafına Yardım Beynəlxalq İctimai Təşkilatının müşahidə qrupu prezident seçkiləri ilə bağlı rəyini açıqlayıb
Seçki Texnologiyalarının İnkişafına Yardım Beynəlxalq İctimai Təşkilatının müşahidə qrupu prezident seçkiləri ilə bağlı rəyini açıqlayıb
11.10.2013 [10:18]
“Ədalətli seçkilər naminə” Seçki Texnologiyalarının İnkişafına Yardım Beynəlxalq İctimai Təşkilatının (For Fair Election) müşahidə qrupu Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı rəyini açıqlayıb. Qrupun rəhbəri Sergey Mirzoyev aparılan müşahidələrə əsasən seçkilərin açıq və şəffaf şəkildə keçirildiyini deyib. O, seçki prosesinin çətin və mürəkkəb proses olduğunu nəzərə çatdıraraq qeyd edib ki, Azərbaycanda seçki texnologiyaları ilə bağlı bir çox problemlər öz uğurlu həllini tapıb. Məsələn, təkrar səsvermənin qarşısını almaq üçün xüsusi məhluldan istifadə olunması, habelə müşahidəçilərin çoxluğu və fəallığı yüksək qiymətə layiqdir.
Müşahidə qrupunun üzvü Mixael Hohendal müşahidə apardıqları məntəqələrdə heç bir qanun pozuntusu aşkarlanmadığını söyləyib, bütün nəticələrin leqal və legitim olduğunu qeyd edib: “Mən qısa müddətli müşahidəçiyəm. Onu deyə bilərəm ki, seçkilər yaxşı atmosferdə keçib, nəticələrdə cəmiyyətin fikri öz əksini tapıb. Əvvəllər də başqa ölkələrin seçki proseslərində iştirak etmişəm. Onu deyə bilərəm ki, Azərbaycanla müqayisədə digər ölkələrdə rəqabət daha güclü idi. Ümumilikdə seçkilər demokratik və yaxşı keçib”.
Qrupun digər üzvü Anna Curdova da seçkilərin şəffaflığını təsdiqləyərək deyib: “Avropa ölkələrində seçkilərdə bu qədər yüksək iştirak faizi qeydə alınmır. Seçicilərə minnətdarıq ki, onlar gəlib seçkilərdə iştirak etdilər. Məntəqələrin seçicilərin yaşayış yerlərinə yaxın olması da çox yaxşı haldır”.
Çexiyadan olan senator Vladimir Driml də müşahidə etdiyi məntəqələrdə seçkilərin azad, demokratik, şəffaf, ədalətli və açıq şəkildə keçirildiyini bildirib.
Mətbuat konfransında qeyd olunub ki, seçki prosesi optimal təşkil edilib. Prezidentliyə namizədlərin, müşahidəçilərin və seçkinin digər iştirakçılarının hüquqları təmin edilib, qeydə alınan qüsurlar seçkinin nəticələrinə təsir göstərməyib. Seçki kampaniyasının gedişi, səsvermənin şəffaf, düzgün keçirilməsi seçkinin nəticələrinin leqallığını və legitimliyini təmin edib.
Xəbər lenti
Hamısına baxDünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46

