Bəhruz Quliyev: ATƏT/DTİHB-nin qərəzli hesabatı xalqımızın iradəsinə böyük hörmətsizlikdir
12.10.2013 [10:45]
“ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda 9 oktyabr prezident seçkilərinin yekunları ilə bağlı ilkin hesabatı qeyri-obyektiv olmaqla yanaşı, mövcud reallıqlardan tamamilə uzaqdır”. Bu fikirləri “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev səsləndirib. Onun sözlərinə görə, Azərbaycanda keçirilən prezident seçkiləri kifayət qədər şəffaf və minlərlə müşahidəçinin sərbəst şəkildə izlədiyi bir proses olub. Seçkiləri müşahidə edən Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, MDB, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiya Siyasi Partiyaları Beynəxlaq Konfransı və digər bir çox mühüm təşkilatların müşahidəçi missiyaları, ABŞ-dan olan senatorlar, Fransadan, İtalyadan, Almaniyadan olan siyasətçilər Azərbaycanda seçkilərin kifayət qədər şəffaf, demokratik, Avropa standartlarına uyğun keçirildiyini bəyan ediblər: “Ümumi ictimai rəy bundan ibarətdir ki, seçkilər Azərbaycan xalqının iradəsini tam və dolğun şəkildə əks etdirir. Bu da təsadüfi deyil. Hələ seçkilərdən əvvəl bütün proqnozlar, keçirilən rəy sorğularının nəticələri də bu yöndə idi ki, cənab Prezident İlham Əliyev bu seçkilərdə mütləq qələbə qazanacaq. Çünki Azərbaycan xalqı Prezident İlham Əliyevin ötən 10 ildə həyata keçirdiyi siyasəti, onun uğurlu nəticələrini görür, dəstəkləyir və öz gələcəyinin məhz İlham Əliyevin rəhbərliyi altında daha parlaq və uğurlu olacağına sonsuz inam bəsləyir. Ona görə də xalqımız seçki günü məntəqələrə gələrək yüksək fəallıq nümyaiş etdirdi və öz iradəsini ortaya qoyaraq cənab İlham Əliyevə səs verdi. Biz çox istərdik ki, özünü dünyada demokratik prinsiplərin, ədalətin keşikçisi kimi təqdim edən təşkilatlar və dövlətlər Azərbaycan xalqının iradəsinə hörmətlə yanaşa, seçkilərə də məhz beynəlxalq hüququn tələbləri, Azərbaycanın qanunvericiliyi və ən əsası həqiqi müşahidələrinə əsasən qiymət verəydilər. Çox təəssüf ki, biz ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosundan bunu görmədik”.
Baş redaktor B.Quliyev deyib ki, əslində, ATƏT/DTİHB-in belə bir hesabatla çıxış edəcəyi gözlənilən idi: “Bu qurum hələ seçkilərdən əvvəl açıqladığı aralıq hesabatlarında ölkəmizdə seçkilərə hazırlıq prosesi ilə bağlı gerçəkləri tamamilə təhrif edib, qərəzli və yalan bəyanatlar ortaya qoymuşdu. Bu dəfə də ATƏT/DTİHB eyni addımı atdı və müşahidələrinə görə deyil, aldığı tapşırıqlara uyğun, özləri ilə Bakıya gətirdikləri qərəzli hesabatlarını yaydılar. Görün bu nə dərəcədə məntiqsizdirsə, ATƏT-in Bakıya gələn missiyasının rəhbəri Mişel Vuazen, ATƏT-in fəaliyyətdə olan sədri Leonid Kojara seçkilərin yüksək standartalara uyğun, şəffaf və ədalətli keçirildiyini deyir, amma DTİHB əksini iddia edir. Əlbəttə ki, qurumun bu addımı xalqımızın iradəsinə böyük hörmətsizlik olmaqla yanaşı, təşkilatın özünün imicinə böyük zərbədir”.
Xəbər lenti
Hamısına baxGündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20

