“Prezident İlham Əliyev və mədəniyyət (2008-2013)” ikicildliyi çapdan çıxıb
12.10.2013 [10:51]
“Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Azərbaycanda keçirilməsi çox əlamətdar hadisədir. Şadam ki, bu Forum ikinci dəfə Bakıda keçirilir. Yadımdadır, iki il bundan əvvəl birinci Forumun keçirilməsi zamanı mən belə bir fikir irəli sürmüşdüm ki, yaxşı olar bu Forum ənənəvi olsun...
Əslində bu Forumun keçirilməsi “Bakı prosesi”nin təzahürüdür. “Bakı prosesi” 2008-ci ildə başlayıb. Hesab edirəm ki, müasir tarixdə bu, çox önəmli bir hadisə idi. Geniş prosesin başlanması Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin 2008-ci ildə Bakıda keçirilmiş toplantısında İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin iştirakı ilə yadımızda qalıb. Ondan sonra - 2009-cu ildə artıq İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısında Avropa Şurasından həmkarlar qoşulublar. Yəni Bakı, əslində coğrafi körpü rolunu oynamaqla bərabər, mədəniyyətlərarası körpü rolunu da müvəffəqiyyətlə icra edir...
Artıq “Bakı prosesi” inkişaf edir və əminəm ki, bu Forumda aparılan diskussiyalar, fikir mübadiləsi, məruzələr bizim ümumi işimizə töhfə verəcək”.
AzərTAc xəbər verir ki, bu sözlər yenicə çapdan çıxmış - “Prezident İlham Əliyev və mədəniyyət (2008-2013)” ikicildliyinin birinci cildindən - dövlətimizin başçısının 2013-cü il mayın 30-da Bakıda II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki çıxışından götürülüb.
Nəfis tərtibatda, yüksək poliqrafik keyfiyyətlə nəşr olunmuş “Prezident İlham Əliyev və mədəniyyət (2008-2013)” ikicildliyi Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının və Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) birgə layihəsi əsasında ərsəyə gəlib.
Layihənin rəhbəri mədəniyyət və turizm naziri Əbülfəs Qarayevdir.
İkicildlikdə də qeyd olunduğu kimi, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin layiqli davamçısı, Prezident İlham Əliyevin 2008-2013-cü illərdə fəaliyyəti dövründə ölkənin ictimai-siyasi və mədəni həyatında köklü dəyişikliklər baş verib, böyük yüksəliş və nailiyyətlər qazanılıb. Azərbaycan Respublikasının Prezidenti seçildiyi ilk gündən İlham Əliyev mədəniyyətin inkişafına böyük diqqət və qayğı göstərib, bu sahənin inkişafını dövlət siyasətinin əsas prioritetlərindən biri elan edib.
Ümumilikdə 951 səhifədən ibarət olan “Prezident İlham Əliyev və mədəniyyət (2008-2013)” ikicildliyində dövlətimizin başçısının son 5 ildəki fəaliyyəti dövründə Azərbaycanın mədəniyyət, incəsənət, ədəbiyyat xadimləri ilə görüşləri, söhbətləri, mədəniyyət məsələləri ilə bağlı nitqləri, çıxışları, səfərləri, müsahibələri, təbrikləri, bu sahəyə dair rəsmi materiallar, habelə qanun, fərman və sərəncamlar toplanıb.
“Prezident İlham Əliyev və mədəniyyət (2008-2013)” ikicildliyinin I cildinə Azərbaycan Respublikası Prezidentinin bu illər ərzində ədəbi-mədəni irsimizə, mənəvi dəyərlərimizə bağlılığını, hörmətini və sonsuz qayğısını ifadə edən nitqləri, çıxışları, müsahibələri və digər materiallar daxil edilib. Bu cilddə, həmçinin Prezident İlham Əliyevin ölkənin müxtəlif guşələrində mədəniyyət obyektlərinin bünövrəsinin qoyulmasında və açılışında iştirakından bəhs edən geniş materiallar əksini tapıb.
Nəşrin II cildi isə 623 səhifədən ibarətdir və burada Azərbaycan dövlətinin başçısının müvafiq son beş ildə mədəniyyət sahəsi ilə bağlı imzaladığı qanun, fərman və sərəncamlar yer alıb.
“Şərq-Qərb” nəşriyyat evi tərəfindən buraxılmış bu sanballı kitablar Azərbaycanın mədəniyyət tarixini, eləcə də respublikamızda mədəniyyət sahəsində mövcud qanunvericiliyi öyrənənlər üçün zəngin məlumat mənbəyidir.
Xəbər lenti
Hamısına baxİdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42

