/ / Azərbaycan Diplomatik Akademiyasında ölkəmiz ilə Argentina arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Diplomatik Akademiyasında ölkəmiz ilə Argentina arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyinə həsr olunmuş tədbir keçirilib
02.11.2013 [11:00]
Noyabrın 1-də Azərbaycan Diplomatik Akademiyasında (ADA) yenidən “Ölkə Günləri” adlı tədbirlər silsiləsinə başlanılıb.
AzərTAc xəbər verir ki, bu silsilədə ilk tədbir “Argentina Günü” adı altında Azərbaycan və Argentina arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinə həsr edilib.
Tədbirdə Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, ADA-nın rektoru Hafiz Paşayev, Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadə, Argentinanın ölkəmizdəki səfiri Karlos Dante Riva və digər rəsmi şəxslər iştirak ediblər.
Qonaqları salamlayan rektor Hafiz Paşayev tədbirin iki ölkə arasında diplomatik, mədəni, o cümlədən təhsil sahəsində münasibətlərin gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Tədbirdə ADA-da magistratura pilləsində təhsil alan argentinalı tələbə Noemi Rabbia ölkəsinin tarixi, mədəniyyəti, coğrafi mövqeyi haqqında məlumatlandırıcı təqdimatla çıxış edib. Təqdimat Argentinanın dövlət himninin səsləndirilməsi ilə başa çatıb.
Tədbir çərçivəsində ADA ilə Argentinanın iki ali təhsil müəssisəsi - Buenos-Ayres və Rosario Milli universitetləri arasında Anlaşma Memorandumu imzalanıb.
Memoranduma əsasən, universitetlər arasında akademik və mədəni mübadilə proqramları, birgə elmi tədbir və konfransların təşkili, o cümlədən tədqiqat mübadiləsi həyata keçirilməsi nəzərdə tutulur. Anlaşma Memorandumu bu il avqustun 21-dən 25-dək ölkəmizin Argentinadakı səfirliyinin dəstəyi ilə Azərbaycan Diplomatik Akademiyasının icraçı prorektoru Fariz İsmayılzadənin, ADA-nın ictimai və beynəlxalq məsələlər məktəbinin dekanı Anar Vəliyevin və akademiyanın argentinalı məzunu, ADA-nın beynəlxalq proqramlar üzrə əlaqələndiricisi Tomas Xerbasionun Argentinanın elm-təhsil mərkəzləri ilə əlaqələrin inkişaf etdirilməsi məqsədilə bu ölkəyə etdikləri səfərin yekunu olaraq imzalanıb.
Sonra Argentinanın mədəni simvollarından hesab edilən tanqo rəqsi və milli mətbəxindən nümunələr təqdim olunub, o cümlədən Argentinanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil edilmiş fotosərgi nümayiş etdirilib.
Xəbər lenti
Hamısına baxSosial
04 May 20:32
Dünya
04 May 20:17
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20

