Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Baş nazir Artur Rasizadə Sumqayıt Texnologiyalar Parkında olub

Baş nazir Artur Rasizadə Sumqayıt Texnologiyalar Parkında olub

06.11.2013 [09:55]

Noyabrın 5-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Sumqayıt Texnologiyalar Parkına gələrək, buradakı yüksək texniki və texnoloji səviyyəli istehsalatlarla tanış olub.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, Baş nazirə Sumqayıt Texnologiyalar Parkı barədə ətraflı məlumat verilib. Bildirilib ki, bu park MDB məkanında analoqu olmayan müasir istehsalat kompleksidir. Bu möhtəşəm kompleksin işə düşməsi ilə respublikamızın ənənəvi və alternativ energetika qurğuları yerli texnoloji avadanlıq və məhsullarla təchiz olunmağa başlanıb. Texnoparkda respublika əhəmiyyətli müxtəlif çeşidli məhsullar, o cümlədən kabellər, transformatorlar, yüksək gərginlikli avadanlıq, hidroturbinlər, su nasosları, elektrik mühərrikləri, borular, texniki qazlar istehsal edilir. Ümumən, 30-a yaxın müəssisədən ibarət olacaq Texnoparkda respublika üçün mühüm əhəmiyyət kəsb edən və ixrac potensialına malik 17 zavod artıq tam gücü ilə fəaliyyət göstərir.
Sumqayıt Texnologiyalar Parkının fəaliyyəti ilə ətraflı tanış olan Baş nazir Artur Rasizadə buraxılan məhsulun keyfiyyətinin daim yüksəldilməsi və mövcud istehsal potensialından daha səmərəli istifadə edilməsi, habelə marketinq xidmətinin gücləndirilməsi məqsədi ilə müvafiq tapşırıq və tövsiyələrini verib.

Paylaş:
Baxılıb: 1100 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31