/ / Qəbələdə İpək Yolu ölkələri arasında ticarətə yardım və onun asanlaşdırılmasında gömrük idarələrinin roluna həsr olunmuş beynəlxalq forum keçirilir
Qəbələdə İpək Yolu ölkələri arasında ticarətə yardım və onun asanlaşdırılmasında gömrük idarələrinin roluna həsr olunmuş beynəlxalq forum keçirilir
15.11.2013 [09:22]
Qəbələ şəhərindəki “Qafqaz Resorte” otelində İpək Yolu ölkələri arasında ticarətə yardım və onun asanlaşdırılmasında gömrük idarələrinin roluna dair VI Beynəlxalq forum keçirilir. AzərTAc xəbər verir ki, forum iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə əklil qoyublar.
Forumda 11 ölkənin - Azərbaycan, Türkiyə, Bolqarıstan, Qazaxıstan, Çin, Qırğızıstan, Gürcüstan, İtaliya, Moldova, Serbiya və Özbəkistanın gömrük xidməti orqanlarının məsul şəxsləri, həmçinin 5 beynəlxalq təşkilatın - Asiya İnkişaf Bankı, Ümumdünya Gömrük Təşkilatı, Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı (BANİ), Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin 33 nümayəndəsi iştirak edir. Tədbirdə Azərbaycanın Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev, Türkiyənin ticarət və gömrük naziri Hayati Yazıcı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası baş katibinin müavini Qismət Gözəlov çıxış ediblər.
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Azərbaycanda ikinci dəfə keçirilən bu beynəlxalq forumun ölkələr arasında gömrük və ticarət dövriyyəsi ilə bağlı yeni əlaqələrin yaranmasına səbəb olacağını bildirib. İpək Yolu üzərində yerləşən ölkələr arasında ticarətin asanlaşdırılması və əlaqələrin genişləndirilməsi istiqamətində müzakirələrin davam etdirilməsinin zəruriliyini vurğulayan komitə sədri İpək Yolunun Şərqlə Qərb arasında ticarətin tarixi marşrutu kimi ölkələrin iqtisadi, mədəni həyatına müsbət təsirindən və əhəmiyyətindən danışıb.
Türkiyənin ticarət və gömrük naziri Hayati Yazıçı ötən il bu mövzuda İstanbulda təşkil olunan V beynəlxalq forumun davamı kimi “Karvansara” layihəsinin İpək Yolu ölkələri arasında ticarətə dəstək olacağını və onun asanlaşdırılmasına xidmət edəcəyini diqqətə çatdırıb. O, bildirib ki, ilk dəfə olaraq foruma iş adamları da dəvət edilib və burada gömrük və biznes dialoqunun təqdimatı olacaq.
Daha sonra forum öz işini sessiyalar üzrə davam etdirib. İpək yolu ölkələri arasında gömrük sərhəd - keçid prosedurlarının sadələşdirilməsi, tranzit sistemləri, gömrük-biznes əməkdaşlığına dair təcrübə mübadiləsi məsələləri müzakirə edilib, Ümumdünya Gömrük Təşkilatının Çərçivə Standartları (İnteqrəedilmiş sərhəd idarəçiliyi) bölmələri üzrə məruzələr dinlənilib.
TRASECA hökumətlərarası komissiyasında Azərbaycanın milli katibi, Daimi Katibliyin Azərbaycanda daimi nümayəndəsi Akif Mustafayev “Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRASECA) imkanları və perspektivləri”, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası baş katibinin müavini Qismət Gözəlov “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının təşəbbüsləri”, Türkiyənin Ticarət və Gömrük Nazirliyinin nümayəndələri Didem Dirlik “Karvansara” layihəsi, Önder Göçmen “Ümumi tranzit”, Eser Çengel “İƏT ölkələrində nəqliyyat dəhlizi”, Asiya İnkişaf Bankının Azərbaycandakı rezident nümayəndəsi Olly Norojono “İnteqrəedilmiş ticarətin sadələşdirilməsi”, Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının Avrasiyadakı daimi missiyasının baş eksperti Mixail Pokrovski “Magistral modeli təşəbbüsü - BANİ layihəsi”, Xəzər-Avropa İnteqrasiya Biznes Klubunun baş icraçısı Telman Əliyev “İpək Yolu çərçivəsində biznes-hökumət dialoqunun inkişafı və perspektivləri” mövzularında çıxışlar ediblər.
Noyabrın 15-də işini davam etdirəcək forumun sonunda Qəbələ Bəyənnaməsi qəbul ediləcək.
Xəbər lenti
Hamısına baxDünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17

