Kubanın Azərbaycandakı səfiri Bakı Ali Neft Məktəbində olub
19.11.2013 [08:58]
Kuba Respublikasının Azərbaycandakı səfiri Ömər Senon Medina Kintero dünən Bakı Ali Neft Məktəbində olub. Qonağı salamlayan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, Kuba ilə Azərbaycan arasında hər zaman isti münasibətlər olub və bu gün də isti və dost münasibətlər yüksək səviyyədə davam etməkdədir. Bakı Ali Neft Məktəbinin fəaliyyəti haqqında qonağa ətraflı məlumat verən E.Qasımov qeyd edib ki, Bakı Ali Neft Məktəbinin yaranmasında əsas məqsəd günü-gündən inkişaf edən Azərbaycan üçün yüksəkixtisaslı kadrların hazırlanması olub.
Daha sonra rektor ali məktəbin beynəlxalq əlaqələrinin genişləndirilməsinin vacibliyini qeyd edərək bildirib ki, beynəlxalq təhsil sisteminin tələblərinə uyğun yaradılmış Bakı Ali Neft Məktəbinin önəm verdiyi əsas məsələlərdən biri də dünya dövlətlərinin aparıcı təhsil mərkəzləri ilə əlaqələrin qurulmasıdır. Qısa müddət ərzində bu istiqamətdə görülmüş işlər haqqında məlumat verən Elmar Qasımov qeyd edib ki, Kuba Respublikasının elm və təhsil mərkəzləri ilə əməkdaşlıq əlaqələrinin qurulması xüsusi maraq kəsb edir.
Səfir Ömər Senon Medina Kintero Bakı Ali Neft Məktəbinə gəlişindən məmnunluq hissi keçirdiyini bildirib. Səfir qeyd edib ki, Azərbaycanda yüzlərlə kubalı tələbələr təhsil alıblar və bu gün də alanlar var: “Baxmayaraq ki, Kubada neft-qaz sənayesi o qədər də inkişaf etməyib, lakin buna baxmayaraq, təhsil alan tələbələrin əksər hissəsi demək olar bu ixtisaslar üzrə təhsil alıblar və onların bir çoxu bu gün Kubada yüksək vəzifələrdə fəaliyyət göstərirlər”.
O deyib ki, Kuba hökuməti təhsil sahəsində Azərbaycanla əlaqələrin qurulmasında maraqlıdır.
Azərbaycanda səfir kimi fəaliyyətə başladığı zamandan etibarən Azərbaycan və Kuba arasında bir çox təhsil layihələrinin həyata keçirilməsi istiqamətində işlər gördüyünü söyləyən Ömər Senon Medina Kintero iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
Verilən təklifləri yüksək qiymətləndirən E.Qasımov yaxın vaxtlarda qeyd edilən istiqamətlərdə praktiki əlaqələrin qurulacağına ümidvar olduğunu bildirib.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43

