Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Şimali Kiprin Yaxın Doğu Universitetində Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş “Mən azərbaycanlıyam” adlı gecə keçirilib

Şimali Kiprin Yaxın Doğu Universitetində Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş “Mən azərbaycanlıyam” adlı gecə keçirilib

30.12.2013 [09:03]

Şimali Kiprin Yaxın Doğu Universitetində Azərbaycan Tələbə Cəmiyyətinin təşkilatçılığı, Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin dəstəyi ilə “Mən azərbaycanlıyam” adlı gecə təşkil olunub.
AzərTAc xəbər verir ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə keçirilmiş tədbirdə Şimali Kiprdə fəaliyyət göstərən universitetlərdə təhsil alan azərbaycanlı gənclər, Nigeriya, Qazaxıstan, Türkiyəni təmsil edən tələbələr iştirak ediblər.
Tədbirdə çıxış edən Yaxın Doğu Universitetinin prorektoru Fəxrəddin Sadıqoğlu Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin dünya azərbaycanlılarının vahid milli ideologiya ətrafında birləşdirilməsi istiqamətində xidmətlərindən danışıb. O bildirib ki, həmrəylik gününün əsas məzmununu milli mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq, azərbaycançılıq duyğuları və ideyaları təşkil edir.
Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin sədri və Şimali Kipr Doğu Akdeniz Universiteti rektorunun müşaviri Orxan Həsənoğlu Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün hər bir azərbaycanlı üçün xüsusi əhəmiyyət daşıdığını söyləyib. O bildirib ki, bu bayramın qeyd edilməsi azərbaycançılıq ideyasının zənginləşməsinə, diaspor təşkilatlarının fəaliyyətinin güclənməsinə, hər birimizdə Vətən sevgisinin artmasına müsbət təsir göstərir.
Yaxın Doğu Universitetinin doktorantı Rəşad Ələkbərov Azərbaycanın son illərdə əldə etdiyi uğurlardan söhbət açıb.
Azərbaycan Yazıçılar Birliyinin üzvü və Yaxın Doğu Universitetinin tələbəsi Raul Məsumun tədbirdə söylədiyi şeirlər, Doğu Akdeniz Universitetində təhsil alan azərbaycanlı tələbə Nəzrin Həsənovanın nigeriyalı tələbə Riçerd Oduki ilə birlikdə ifa etdikləri milli rəqslərimiz iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Gecədə Azərbaycanın son illərdə əldə etdiyi uğurlarla bağlı videoçarx nümayiş etdirilib.

Paylaş:
Baxılıb: 1066 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31