İtaliyanın “Specchio economico” jurnalında Azərbaycan səfirinin müsahibəsi dərc edilib
09.01.2014 [09:38]
Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqovun bu ölkənin geniş oxucu kütləsinə malik “Specchio economico” jurnalında müsahibəsi dərc edilib.
Azərbaycan ilə İtaliya arasında münasibətlərdən danışan səfir bildirib ki, ölkələrimiz bütün istiqamətlərdə, xüsusilə iqtisadiyyat sahəsində çox fəal əməkdaşlıq edir. Azərbaycanda uğurla fəaliyyət göstərən İtaliya şirkətlərinin ölkəmizdə infrastruktur obyektlərinin tikintisi, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, ətraf mühit, turizm və bir sıra sənaye sahələrinə maraqları getdikcə artmaqdadır.
Vaqif Sadıqov müsahibəsində ötən il noyabrın 13-də Bakıda keçirilmiş Azərbaycan-İtaliya biznes forumu barədə də məlumat verib. O vurğulayıb ki, həmin tədbir hər iki ölkənin şirkətləri arasında əlaqələrin qurulması baxımından böyük əhəmiyyət kəsb edir. Forumda 130-dan artıq italiyalı iş adamı iştirak edib.
Səfir bildirib ki, Azərbaycan qısa müddətdə sürətlə inkişaf edərək investisiya yatırılan ölkədən sərmayə qoyan ölkəyə çevrilib. Bu istiqamətdə dünyanın bir sıra aparıcı ölkələri ilə sıx əməkdaşlıq əlaqələri qurulmaqdadır. O, İtaliya şirkətlərinin maraq göstərə biləcəyi “Bakı Ağ Şəhər”, “Xəzər adaları” kimi irimiqyaslı layihələr və Sumqayıt Kimya Sənaye Parkı barədə də məlumat verib. Qeyd edib ki, bu layihələr getdikcə müasirləşən paytaxt Bakının inkişafına mühüm töhfə verəcək.
Azərbaycanın əsas iqtisadi göstəriciləri, ölkəmizin dinamik inkişafı ilə bağlı beynəlxalq təşkilatların rəyləri haqqında danışan Vaqif Sadıqov bildirib ki, son illərdə qeyri-neft sektorunda nəzərəçarpacaq artım müşahidə olunmaqdadır. Azərbaycanın iqtisadi siyasəti beynəlxalq birlik tərəfindən yüksək qiymətləndirilir.
Azərbaycan qazını Avropaya daşıyacaq Trans-Adriatik boru kəməri (TAP) layihəsinin əhəmiyyətinə toxunan səfir qeyd edib ki, bu layihə enerji resursları marşrutlarının şaxələndirilməsi baxımından vacibdir. Ötən ilin sonunda “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması ilə layihənin icrası mərhələsi rəsmi olaraq başlanıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan səfir diqqətə çatdırıb ki, Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal olunub, 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. BMT-nin və digər beynəlxalq təşkilatların erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən sənədləri var. Lakin təəssüf hissi ilə qeyd edilməlidir ki, bu sənədlərə hələ də əməl olunmur. Hazırda münaqişənin sülh yolu ilə həlli istiqamətində danışıqlar prosesi davam etdirilir.
Müsahibənin tam mətni ilə aşağıdakı linkdə tanış olmaq mümkündür:
http://www.specchioeconomico.com/index.php/sommario/interviste/item/1059-vaqif-sadiqov-scambi-e-investimenti-tra-azerbaigian-e-italia
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12

